Icma.az
close
up
RU
Səkkiz vəkil hakim təyin olunub

Səkkiz vəkil hakim təyin olunub

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Noyabrın 27-də "De Fendo" Vəkil Bürosunda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) rəhbərliyi hakim vəzifəsinə yeni təyin edilən vəkilləri təbrik və təltif edib.
Reyting.az
xəbər verir ki, görüş zamanı ARVK-nın sədri Anar Bağırov yeni təyin olunan hakimləri salamlayaraq onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi sahəsində görülən işlərdən, Məhkəmə-Hüquq Şurasının fəaliyyətindən, hakimlərin seçilməsi ilə bağlı keçirilən müsabiqələrdən, habelə gənc və yüksək ixtisaslı kadrların irəli çəkilməsindən danışan Anar Bağırov ARVK-nın Şurada və Hakimlərin Seçki Komitəsində uğurla təmsil olunduğunu dilə gətirib.
Həmçinin sədr hakim təyin olunan vəkillərin öz savad və bacarıqları ilə məhkəmə-hüquq islahatlarına töhfə verəcəklərinə əminliyini vurğulayaraq, şərəfli hakim adını hər zaman uca tutmağı, şəffaf fəaliyyət göstərmələri üçün vacib olan prinsiplərə əməl etməyi tövsiyə edib.
Prezidentin 19 noyabr 2024-cü il tarixli Sərəncamı ilə təyin edilən hakimlərdən məhz 8 nəfərin Kollegiyanın üzvü olduğunu nəzərə çatdıran Anar Bağırov bunu çox yüksək göstərici kimi qiymətləndirib. Sədr göstəricilərə əsasən hazırda vəkilliyin digər sahələrlə yanaşı, məhkəmə hakimiyyəti üçün də kadr bankına çevrildiyini söyləyib.
Diqqətə çatdırılıb ki, vakant hakim vəzifələrinə qəbulla bağlı elan edilən müsabiqədə yüksək bilik nümayiş etdirən ARVK-nın 8 üzvü - Nəbiyev Rəmzi Sultan oğlu Şirvan Kommersiya Məhkəməsinə, Nuriyev Aqil Abdul oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsinə, Qənbərov Tağı Ədalət oğlu Tərtər Hərbi Məhkəməsinə, Həsənov Teymur Həsən oğlu Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə, Məmmədova Günel İqbal qızı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə, Meybullayeva Şəfiqə Eldar qızı Astara Rayon Məhkəməsinə, Bayramov Samir Zakir oğlu Xaçmaz Rayon Məhkəməsinə və Hüseynov Elşən Təbrizoviç isə Masallı Rayon Məhkəməsinə Prezidentin 19 noyabr 2024-cü il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin olunublar.

Ana səhifəyə dön


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://reyting.az
archiveBu xəbər 27 Noyabr 2024 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri