Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Səksən ilin kişisi

Səksən ilin kişisi

Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fəxri UĞURLU

Seyran Səxavətin 80 yaşına

Nəsrimizin altmışıncılar nəslinin ardınca dabanqırma gələn yetmişincilər nəsli də var. Bu nəslin ən parlaq nümayəndələrini çox vaxt altmışların gözünə qatır, ya da onların mötərizəsində xatırladırlar. Zənnimcə, bu, o qədər də dəqiq təsbit, insaflı yanaşma deyil. Əvvəla, ədəbiyyatda nəsil anlayışı yaşla ölçülmür, yəni eyni ildə doğulmuş yazıçılar başqa-başqa ədəbi nəsilləri təmsil eləyə bilərlər. Məsələn, mərhum ədiblərimizdən Elçinlə Mövlud Süleymanlı yaşıd idilər, ancaq bir nasir kimi Elçin ötən əsrin altmışıncı, Mövlud Süleymanlı isə yetmişinci illərində parlamışdı. Yaxud götürək Anarla Vaqif Nəsibi - dünyaya vur-tut bircə il fərqlə gəlsələr də, nəsrə Anar Vaqif Nəsibdən bir nəsil əvvəl gəlib.

İkincisi, zamanca qonşu bu nəsillərin yaratdığı əsərlər arasında keyfiyyət fərqlərini də sezməmək olmaz. Təxminən on il fərqlə yazılmış nəsr əsərlərinin uğradığı ideya-məzmun, forma-üslub dəyişikliyinin fərqinə varmaq üçün, məsələn, Sabir Əhmədlinin altmışıncı illərdə yazdığı roman-povestlərlə Mövlud Süleymanlının yetmişlərdə qələmə aldığı roman-povestləri, yaxud Əkrəm Əylislinin uyğun illərdə yazılmış hekayələriylə Ramiz Rövşənin yetmişinci illərdə işıq üzü görmüş hekayələrini tutuşdurmaq yetər.

Qəribə burasıdır ki, yetmişincilər nəsrimizin bayraqdarlarından bir qismi, həm də aparıcı qismi nəsrə şeirdən, yəni şair kimi çap olunub bir-iki uğurlu poeziya toplusunun müəllifitək tanınandan sonra gəlib. Yuxarıda adlarını çəkdiyimiz Mövlud Süleymanlı, Vaqif Nəsib kimi nasirlərin poeziyadan prozaya keçidi məhz belə baş vermişdi. Ramiz Rövşən, Eldar Baxış, Dilsuz kimi şairlərsə bir əlləri prozada olsa da, poeziyadan uzaq düşməmişdilər. Şeiri nəsrə dəyişən yazıçılarımızdan biri də ədəbiyyatımızın yetmişinci illərdə yola çıxmış söz karvanının öncüllərindən, bələdçilərindən sayılmağa layiq, şair metrikalı, nasir pasportlu, dramaturq diplomlu, publisist sertifikatlı Seyran Səxavətdir.

Seyran Səxavət nəsrimizin dadı-duzu, qəliz mətləbləri oxucusuna asan dillə, şirin üslubla çatdıran modern nağılçısı, çağdaş dastançısıdır. Onun əsərlərindəki koloritin, saf yumorun bənzərinə olsa-olsa İsi Məlikzadənin say-seçmə povestlərində, bir də Şahmarın bəzi hekayələrində rast gəlinər. Hələ Brejnevin hakimiyyətə yenicə gəldiyi dövrdə universitetin prestijli şərqşünaslıq fakültəsində təhsil almağa başlasa da, sonradan peşəkar tərcüməçi kimi iki imperiya, iki tarixi düşmən arasına iki dildə körpü salanlardan olsa da, neçə-neçə ölkə gəzib-dolaşsa da, əsərləri neçə-neçə dilə çevrilsə də, onu nə yad dildə danışan, nə də yad ölkədə dolaşan kimi təsəvvürümə gətirə bilirəm. Elə bilirəm doğma Yağlıvənd kəndindən heç vaxt çıxmayıb, kökündən, kök dilindən, el-dil yaddaşından heç vaxt aralanmayıb; dünyanın qalan bucaqlarına, elə Bakının özünə də bir müddətlik yaradıcılıq ezamiyyətinə, ədəbi kəşfiyyata göndərilib, günün birində missiyasını başa vurub ata yurduna qayıdacaq.

Seyran Səxavət

Həm insan, həm yazıçı kimi təbii olduğuna görə onun haqqında saxta söz demək çətindir. Desən də, o söz gedib yerinə oturmayacaq, oturmağa yer tapmayacaq. Bəzən onun xarakterindəki ötkəmlik, birbaşalıq kimisə incidib küsdürür də, bununla belə saxta nəzakət, qondarma məhəbbət notlarının Seyran Səxavətin ifasında səslənməyini arzulamırsan, həm də bilirsən ki, onun dilindən qopan qaba sözün beş-on dəqiqəlik ömrü var, şirin bir yumor, lətifə, Qarabağ ləhcəsində yağlı bir əzizləmə tezliklə acı loxmanın, turş kəlmənin izini yuyub aparacaq. Yadımdadır, az qala qırx il qabaq “Ulduz” jurnalında Seyran Səxavətin “Ağdamda Qədir Rüstəmovla atüstü söhbət” başlıqlı dialoqu dərc olunmuşdu. Müsahibə əməlli-başlı hadisəyə çevrilmişdi, əl-əl, dil-dil gəzirdi, gerçəkdən janrın örnəyi sayılası bir söhbət idi. İndi o müsahibənin mətninə əlim çatmır, ona görə də yadımda qaldığı kimi deyirəm: arada Seyran müəllim Qədirə nəsə arvad-uşağı, yanılmıramsa, həyat yoldaşı barədə sual vermişdi, Qədir də özünə xas ötkəmliklə ona sərt cavab qaytarmışdı. Ancaq Seyran Səxavət o cavabdan inciməmişdi, incisəydi, onu müsahibənin yazılı mətninə salmazdı. Söhbətin ən şirin yerlərindən biri də elə Qədir Rüstəmovun acı, ötkəm cavabıydı. Deməyim odur ki, Seyran müəllimin turş kəlməsi də bəzi yağlı təriflərdən, təmtəraqlı mədhiyyələrdən şirin dadır.

İndi artıq gerçək ədəbiyyatın populyarlıq, yayğınlıq dərəcəsini ölçmək xeyli çətindir. Normal nəşriyyat sistemi, yayım şəbəkələri formalaşmış olsaydı, bəlkə bu sahəylə bağlı dəqiq fikir, mötəbər rəy eşidə bilərdik. Sovet dönəmində isə məşhurluq özü özünü isnad verirdi. Bu baxımdan dəqiq bilirəm ki, ötən əsrin səksəninci illərinin ən populyar yazıçılarından biri də Seyran Səxavət idi. O biri kitablarını hələ demirəm, “Daş evlər” romanı böyük tirajla dönə-dönə çap olunmuşdu, əminəm ki, pirat nəşrləri də olmamış deyildi. O çağın yazıçısı belə bir uğurla özünə əməlli-başlı gün-güzəran qurub maddi boyunduruqdan qurtula bilirdi. “Daş evlər”in müəllifi də o romanın sayəsində məişət əsarətindən xilas olmuşdu - bu haqda yazıçı özü müsahibələrində ətraflı danışıb. Əlbəttə, populyarlıq hələ sənət meyarı deyil, o vaxtlar yüksək sənətkarlıq nümunəsi olmayan məşhur əsərlər də vardı, ancaq Seyran Səxavət saf sənəti halal şöhrətə calaq eləməyi bacaran yazıçılarımızdan olub. Çox təəssüf ki, bu gün gerçək sənətkarın başında şöhrət çələngi, şöhrətə az-çox əli çatanlarınsa ayağının altında sənət bünövrəsi yoxdur.

Seyran Səxavət dostcanlı, ünsiyyətcil adamdır, dünyadan köçmüş dostlarının xatirəsini, sağ dostlarının xətrini həmişə əziz tutur. Son illər verdiyi müsahibələrdə (özünün deməsinə görə, yeddi min intervüsü var - bu da bir ayrı fenomendir) dünyasını dəyişmiş dostlarını, yoldaşlarını necə dərin bir hüznlə, əlacsız bir kədərlə, əvvəllər gözünə yaraşdırmadığı (indi görünür, səksəndəndir) göz yaşlarıyla andığını görənlər görüb. Adama elə gəlir, artıq Seyran müəllimin ən vacib missiyası fani dünyanı baqi dünyaya calayan rabitə xətlərini yeniləmək, iki dünya arasında gediş-gəliş üçün təzə cığır açmaq, ölən dostlardan qalan dostlara, qalanlardan da ölənlərə paydan pay, soraqdan soraq aparıb-gətirməkdir. Özü də deyir ki, bəzən haqq dünyasında olan dostlarının telefon nömrəsini yığıb onlardan cavab gözləyir, amma telefonlar susur. Şübhəsiz, bu cür həsrətli, təşnə zənglərin gücünə bir gün iki dünyanın arası açılacaq, batan zənglərə, susan ümidlərə ucadan uca səslə cavab veriləcək...

Yaxınlarda qarşıma maraqlı bir xəbər çıxdı: hansısa məmləkətdə 105 yaşlı yubilyara kimsə yüz il ömür diləyib, o da bundan bərk inciyib. Bu kiçicik yazının sətirləri arasında var-gəl eləyə-eləyə özümdən soruşuram: səksən yaşlı yarımış yazıçıya, bu dünyanın səksən min üzünü görmüş səksən ilin kişisinə nə arzulamaq olar? Ürəyindən keçən əsərləri yazıb, yazdıqlarının hesabına - indi olmasın - nə vaxtsa pul da, şöhrət də qazanıb, bir çətən oğul-uşaq atası, nəvə-nəticə dədəsi olub, doğma yurdu işğalçıdan təmizlənib, özü də səksən yaşa, maşallah, cavan oğlan kimi gəlib çatıb. İndi mən Seyran əmiyə (yeniyetmə çağımdan onu belə çağırmışam) yalnız bunu diləyə bilərəm: qoy ömrünün barını-bəhərini doyunca dadsın, əməyi itməsin, zəhmətinin gül açdığı bağ-bağçada şad-şalayın dolansın! O dünyada mənzillənmiş doğmalarına, dostlarına (ki, onlardan biri də mənim atam idi) sarı çox dartınmasın - indiki zamanı heç bilmək olmaz, bir də gördün hərəmizi baron Münhauzen kimi bir top mərmisinə mindirib, Motsartın ölməz “Rekviyem”inin sədaları altında hamılıqla oralara göndərdilər; ya da elmin qüdrətiylə elə bir möcüzə icad olundu ki, ruh tacirləri, zəka bəzirganları, şair demiş, o dünyayla alverə girdilər, dostları oralardan alıb bura gətirdilər.

Ümidvaram növbəti iyirmi ildə Yer adlı başıpozuq, ayağıtəzik göy cisminin (türk qardaşlarımız haqlı olaraq planetimizə “gəzəyən” deyirlər) fəzadakı mövqeyinə aydınlıq gələr. Mən görkəmli yazıçımıza bu müddətdə prosesi yaxından izləməyi, “Qapıların o üzündə qalan dünya”dan bir köynək bəridə “Yüz ilin kişisi” olana qədər yaşamağı arzulayıram. Ola bilsin, o vaxtacan Əzrayıl cənablarının yorulub-usanmadan can-cəsəd daşıdığı axirət dünyasının planı da dolar, getməyə nə yer, nə ehtiyac qalar, gedənlərimiz qayıdar, yer üzü cənnətə dönər. O uzunluqda yolu bir də əziyyətlə gedib-qayıtmaqdansa, elə burada oturub gözləmək yaxşıdır. Üstəlik də, gələsiləri qarşılamağa, olasıları yazıya almağa, o dünyadakıların xatirəsinə qarovul çəkməyə, nəhayət, Allahı bu “çin çıxmış yuxusundan”, bu qarışıq vaqiədən, qara yuxudan oyatmağa kimsə lazımdır axı bu xarabada - özü də bu işlərdə təcrübəsi, səriştəsi olan kimsə...


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://reyting.az
archiveBu xəbər 20 Mart 2026 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see620

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see594

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see591

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see494

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see449

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see405

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see379

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see370

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see341

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see333

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see328

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see322

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see316

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see316

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see311

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see309

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see305

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see300

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see298

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see276
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri