Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

Sektorun strateji düşüncə səviyyəsini yüksəltmək, təchizat zəncirinin ölkə iqtisadiyyatındakı rolunu daha aydın göstərmək istəyirik

Sektorun strateji düşüncə səviyyəsini yüksəltmək, təchizat zəncirinin ölkə iqtisadiyyatındakı rolunu daha aydın göstərmək istəyirik

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ölkəmizdə ikinci dəfə 15 noyabr 2025-ci ildə Gülüstan Sarayında keçiriləcək Təchizat Zənciri Liderləri Zirvəsi, Azərbaycanın strateji təchizat sektorunda mühüm dönüş nöqtəsi olacaq. Tədbir dövlət və özəl sektor nümayəndələrini, beynəlxalq ekspertləri və aparıcı şirkətləri bir araya gətirərək, dayanıqlı, çevik və rəqəmsal təchizat zəncirinin qurulması üçün vacib platforma rolunu oynayacaq. “Dayanıqlı gələcəyə doğru birlikdə” konsepti ilə keçirilən zirvə, Azərbaycanın qlobal rəqabət qabiliyyətinin artırılmasına yönəlmiş yeni təşəbbüslərin müzakirəsini təmin edəcək.

Təchizat Zənciri Liderləri Zirvəsinin təşkilatçıları və baş sponsorun fikirlərini əks etdirən müsahibəni təqdim edirik.

Rafiq Hunaltay – “Facemark” şirkətinin təsisçisi

Rafiq bəy, bu il ikinci dəfə ölkəmizdə Təchizat Zənciri Liderləri Zirvəsini “Admedia” şirkəti ilə birlikdə təşkil edirsiniz. Keçən il keçirilən ilk Təchizat Zənciri Liderləri Zirvəsindən əldə etdiyiniz əsas təcrübə və nəticələr nələr oldu? Bu il həmin təcrübədən çıxış edərək hansı sahələrdə dəyişiklik və təkmilləşdirmələr etməyi planlaşdırırsınız?Keçən il keçirilən ilk Təchizat Zənciri Liderləri Zirvəsi bizim üçün çox dəyərli bir təcrübə oldu. Həm iştirakçıların marağını, həm də sektorda bu mövzuya olan ehtiyacı daha yaxından görmək imkanı qazandıq.

Bu il həmin təcrübədən çıxış edərək bir neçə istiqamətdə yeniliklər olacaq. Ümumilikdə məqsədimiz bu il Zirvəni sadəcə tədbir kimi deyil, sektorda davamlı əməkdaşlıq platformasına çevirməkdir.

Bu ilki tədbirin əsas konsept və istiqamətləri necə müəyyən olunub? Mövzu seçimi zamanı hansı sənaye və bazar tendensiyaları nəzərə alınıb, hansı mesajı vurğulamaq istəyirsiniz?Bu ilki Zirvənin konsepti və istiqamətləri hazırkı qlobal və yerli iqtisadi tendensiyaları, eləcə də bazarın dəyişən ehtiyaclarını nəzərə alaraq formalaşdırılıb. "Dayanıqlı gələcəyə doğru birlikdə" konsept mesajı ilə keçiriləcək zirvə həm də Azərbaycanın qlobal bazarda rəqabət qabiliyyətini artırmağa yönəlik yeni təşəbbüslərin müzakirəsi üçün unikal bir imkan yaradacaq.

Bu Zirvə ilə biz həm sektorun strateji düşüncə səviyyəsini yüksəltmək, həm də təchizat zəncirinin ölkə iqtisadiyyatındakı rolunu daha aydın şəkildə göstərmək istəyirik.

Keçən il tədbirin ilk dəfə təşkil olunması bir çox yeni təcrübə qazandırdı. Bu il həmin təcrübə əsasında təşkilati baxımdan hansı daxili proseslər dəyişdirilib? Komanda işində, planlaşdırmada və icra mərhələsində hansı fərqli yanaşmalar tətbiq olunur?Doğrudur, ilk tədbir bizim üçün həm böyük məsuliyyət, həm də öyrənmə mərhələsi idi. Keçən ildən əldə etdiyimiz təcrübə göstərdi ki, belə miqyaslı tədbirlərdə ən vacib faktor koordinasiya, vaxt planlaması və komanda daxili kommunikasiya sistemidir. Bu il planlaşdırma mərhələsini daha erkən başladıq və “project management” yanaşmasını tətbiq etdik ki, bütün mərhələlər bir-biri ilə sinxron şəkildə irəliləsin. İnanırıq ki, builki Zirvəmiz də həm faydalı, həm də səs gətirən bir tədbir olacaq. Komandamızın peşəkarlığı, tərəfdaşların dəstəyi və iştirakçıların aktivliyi sayəsində bu il də sektor üçün dəyərli müzakirələr və yeni əməkdaşlıqların yaranacağına əminik.

Sabit Məmmədov – “Admedia” şirkətinin təsisçisi

Sabit bəy, ilk tədbirdən sonra sektordan, iştirakçılardan və tərəfdaşlardan aldığınız geribildirimlər bu ilki planlaşdırmaya necə təsir edib? O rəylər əsasında hansı istiqamətlərdə dəyişikliklər və yeniliklər edilib?Bu, bizim indiyədək təşkilatçılıq etdiyimiz çoxsaylı tədbirlərimizdən biridir. Ənənəvi olaraq, bizim komanda bu dəfə də tədbirin yüksək təşkilatçılıqla ərsəyə gətirildiyinə görə təşəkkürlər aldı. Bu, bizim üçün həm də böyük bir motivasiyadır. Mən bizə təşəkkür edənlərin söylədikləri arasında bir nüansı da qeyd etmək istəyirəm ki, onlar tədbirin sonuna qədər zalın dolu olmasına sanki bir qədər təəccüblənmişdilər. Bu doluluq isə tədbirin çox yüksək təşkilatçılıqla keçirilməsi, qonaqların önəmli və mühüm informasiyalarla məlumatlandırılması, eləcə də çox maraqlı sualların ünvanlanması və cavablandırılması ilə əlaqədardır.Tədbirdə iştirak edəcək spikerlər, panelistlər və qonaqlar hansı meyarlarla seçilib?Spikerlərin, panel iştirakçılarının və qonaqların hansı meyarlara əsasən seçilməklərinə gəlincə, biz yalnız bu sahəyə aid şəxsləri dəvət edirik. Çünki tədbirin mövzusu dəvət olunan qonaqlara yad gəlməməlidir. Onlar bu tədbirdə özlərini doğma yerdə hiss etməlidirlər.

Spikerlərə gəlincə isə, onlarla bağlı bizim digər partnyorumuz Fərid Qurbanov məşğul olur. Təbii ki, bu da ya bizim tövsiyəmiz əsasında, ya da bizim razılığımız əsasında olur. Bu tədbirdə xarici qonaqlar və spikerlər də mövcuddur. İnanıram ki, zirvəmiz yaddaqalan olacaqdır.

Təchizat Zənciri Liderləri Zirvəsinin gələcək illərdə regional və beynəlxalq səviyyəyə yüksəlməsi üçün hansı konkret addımlar planlaşdırılır? Bu istiqamətdə hansı yerli və ya xarici tərəfdaşlarla əməkdaşlıq imkanlarını nəzərdən keçirirsiniz?Bu tip forum və tədbirlərin keçirilməsi üçün təşkilatçılar kifayət qədər enerji sərf edirlər. Düşünürəm ki, bu işlər biznes xarakterli deyil, sırf tədbirin aid olduğu sahənin inkişafı naminə reallaşdırılır. Odur ki, bu kimi tədbirlərin gələcək illərdə də regional və beynəlxalq səviyyəyə yüksəlməsi üçün çalışmaq lazımdır. Bu, həm də bizim işimizdir. Buna görə də bu istiqamətdə yüksəliş üçün mütləq xarici spikerlərin, mütəxəssislərin cəlbini artırmaq və intensivləşdirmək lazımdır. Hesab edirəm ki, bununla da qlobala çıxmaq mümkün olar.

Arzu Salman – “Qardaşlar mebel” Marketinq və kommunikasiya departamenti rəhbəri

Təchizat Zənciri Liderləri Zirvəsinə sponsor olmaqla “Qardaşlar Mebel” şirkəti auditoriya qarşısında hansı əsas mesajı çatdırmaq istəyir?Təchizat Zənciri Liderləri Zirvəsinə sponsor olmaqla çatdırmaq istədiyimiz əsas mesaj budur ki, “Qardaşlar Mebel” təkcə mebel istehsalçısı deyil, eyni zamanda ölkədə təchizat və istehsal zəncirinin etibarlı tərəfdaşıdır. Keçən il bu forumda sponsor kimi iştirakımız bizə həm sənaye sahəsində yeni əməkdaşlıqlar qazandırdı, həm də sektorun inkişaf dinamikasını yaxından görmək imkanı verdi. Bu il isə baş sponsor kimi iştirak etməyimiz həmin inamın və dəstəyin davamıdır. Yenidən Gülüstan Sarayında keçiriləcək bu forumun 600-dən çox təchizatçı və satınalmaçını bir araya gətirməsi, biznes mühitində qarşılıqlı etimad və əməkdaşlıq mədəniyyətinin möhkəmlənməsi baxımından çox önəmlidir. Biz bu forumu sənayenin inkişafına, innovasiyaya və şəffaf tərəfdaşlıq dəyərlərinə dəstək kimi görürük.Tədbir zamanı “Qardaşlar Mebel” markasının iştirakçılarla birbaşa ünsiyyətini gücləndirmək üçün hansı interaktiv və ya kreativ həllər planlaşdırırsınız?Bu il “Qardaşlar Mebel”in 10 illik yolunu qeyd edərkən Təchizat Zənciri Liderləri Zirvəsində əsas məqsədimiz markanı sadəcə təqdim etmək deyil, onun ruhunu hiss etdirməkdir.“10 il Sizinlə” konsepsiyası altında hazırladığımız zona ziyarətçilərə şirkətin inkişaf hekayəsini, dəyərlərini və tərəfdaşlığa əsaslanan brend fəlsəfəsini daha yaxından tanıdacaq. Biz bu forumda auditoriya ilə emosional bağ qurmaq, keyfiyyət və etibarlılığın artıq bir ənənəyə çevrildiyini göstərmək istəyirik.Sizcə, sosial media və PR kampaniyaları şirkətlərin marketinq hədəflərinə çatmaq üçün kifayət edir, yoxsa əlavə kreativ yanaşmalar tətbiq olunmalıdır?Sosial media və PR kampaniyaları bu gün hər bir brendin görünürlüyü üçün vacib alətlərdir, amma təkcə onlarla kifayətlənmək mümkün deyil. Uğurlu marketinq artıq sadəcə məlumat paylaşmaq deyil , auditoriyada hiss və bağ yaratmaq, fərqli təcrübə yaşatmaqdır. Bu baxımdan biz hər zaman kampaniyalarımıza canlı təcrübə və emosional bağ qatan elementlər əlavə edirik. Çünki müasir dövrdə brend yalnız görünməməli, hiss olunmalıdır.

Qeyd edək ki, Bizimyol.info portalı “Təchizat Zənciri Liderləri Zirvəsi”nin rəsmi media tərəfdaşıdır.

“Təchizat Zənciri Liderləri Zirvəsi”nə bilet əldə etmək və tədbirlə bağlı ətraflı məlumat əldə etmək üçün tədbirin rəsmi saytına keçid edə və sosial media hesablarımızdan ətraflı məlumatı əldə edə bilərsiniz.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 Oktyabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see273

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see252

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see250

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see248

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see215

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see199

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see182

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see179

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see168

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see167

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see167

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see166

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see162

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see157

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see153

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see140

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see140

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see138

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri