Icma.az
close
up
RU
“Şelburn” “Qarabağ” qarşılaşması öncəsi güc nisbətinə BAXIŞ

“Şelburn” “Qarabağ” qarşılaşması öncəsi güc nisbətinə BAXIŞ

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Qarabağ” avrokuboklarda adından söz etdirməyə başlayandan 2-ci təsnifat mərhələlərini, əsasən, rahat keçdiyindən bu dəfə də Azərbaycan çempionuna ümidlər böyükdür. Komanda yalnız 2023-cü ildə “Rakov”la oyunlarda çətinlik çəkmiş, iki qarşılaşmanın nəticəsinə əsasən Polşa klubuna uduzmuşdu – 1:1, 2:3. Amma bu dəfəki rəqib “Şelburn” güclülərdən sayılmır.

Avrokuboklarda diqqətəlayiq uğurları yoxdur. Yalnız uzaq 2004-cü ildə “Zirə”nin hazırkı rəqibi Split “Hayduk”unu UEFA Çempionlar Liqası 2-ci təsnifat mərhələsindən kənarlaşdıraraq (2:0, 2:3) üçüncü mərhələyə çıxmasını qeyd etmək mümkündür.

Üstəlik “Qarabağ” üçün irlandlarla ilk qarşılaşma təcrübəsi də uğurlu olub. Təmsilçimiz 2019-cu ildə UEFA Çempionlar Liqasının elə 2-ci təsnifat mərhələsində qarşılaşdığı “Dandolk” səddini rahat keçib – 3:0, 1:1. Amma ötən mövsümün yekunları əsasında yenilənmiş UEFA reytinqində Azərbaycanın 30-cu, İrlandiyanın isə 31-ci pillədə yer alması iki ölkənin çempionatlarının təxminən eyni səviyyədə olduğunu göstərir.

“Şelburn” ötən mövsüm 18 illik fasilədən sonra öz ölkəsində çempionluğu qazansa da, cari mövsüm ümidləri doğrultmur. 25 turdan sonra beşinci yerdədir və lider “Şemrok Rovers”dən də 14 xal geri qalır. Yalnız iyulda hələ ki, məğlub olmamaları faktı diqqəti çəkir: bütün turnirlərdə 4 oyunda 3 qələbə.

Rəqibin hazırkı heyətində, əsasən, irlandlar oynayırlar – amma onlar milli komanda səviyyəsində futbolçular deyillər. Daha çox İngiltərə liqalarında çıxış edənlərə üstünlük verən İrlandiya millisinə sonuncu dəfə 2006-cı ildə “Şelburn”dan oyunçu dəvət olunub.

“Qarabağ”ın bu yay heyətinə qatdığı yeni oyunçulardan da yalnız mərkəz müdafiəçisi Sami Mmaee milli komandada çıxış etmək təcrübəsinə malikdir. Anası mərakeşli olduğundan Mərakeş millisini seçsə də, 2020-ci ildən bəri orada cəmi 10 oyunda forma geyinməsi, həmin komandada ondan daha güclü futbolçuların yer almasının göstəricisidir.

Bununla belə, Mmaee müdafiədə dirənişli və əzmkar oynaması, fiziki gücü, hücumlara qoşulmaq həvəsi (əvvəlki iki klubunda beş mövsümə ümumilikdə 7 qol da vura bilib) ilə diqqəti çəkir.

Görünür, onun “Ferentsvaroş” (bir oyunda oynayıb, onda da 57-ci dəqiqədə zədələnərək əvəzlənib) və xüsusilə də Zaqreb “Dinamo”sunun heyətində “Qarabağ”a (hər iki oyunu əvəzlənmədən keçirib, Bakıda sarı vərəqə ilə cəzalandırılıb) qarşı matçlarda göstərdiyi oyun Qurban Qurbanovun diqqətini o qədər çəkib ki, onu icarə əsasında komandaya götürməyə razı olub. Halbuki “Qarabağ” hansısa oyunçunu müvəqqəti heyətə cəlb etmək üsulundan nadir hallarda istifadə edir. Sonuncu dəfə 2022-ci ildə qapıçı Luka Quqeşaşvilinin icarə əsasında “Qarabağ”a gəlməsini xatırlamaq mümkündür.

Digər transferlərdən braziliyalı dayaq yarımmüdafiəçisi Pedro Bikalyo “Palmeyras”ın oyunçusu kimi gəlsə də, nə klublararası dünya çempionatında iştirak edib, nə də bu komandanın son illərdəki uğurlarında imzası var. Çünki vaxtının çoxunu icarələrdə keçirib, son olaraq da Portuqaliyanın aşağı liqalarında “Alverka”da oynayıb.
Amma “Qarabağ”ın Portuqaliya çempionatından (hətta aşağı liqadan) transferlərini uğurlu saymaq mümkündür. Kevin Mediana, Kadi Borges, Julio Romao və Juninyonu xatırlamaq mümkündür.

Bu məqamı nəzərə alan Azərbaycan çempionu Portuqaliya bazarında fəallığını davam etdirir.

Sürətinə görə Usein Boltun şərəfinə onun soyadını götürən braziliyalı sağ cinah müdafiəçisi Dani Bolt və kot d’ivuarlı mərkəz yarımmüdafiəçisi Kris Kuaku Portuqaliyanın aşağı liqasından təşrif buyurublar.

Yeni transferlər müdafiə və yarımmüdafiə xəttinə aid olduğuna görə “Qarabağ” hücumda yenə Emmanuel Addai, Musa Qurbanlı və Nəriman Axundzadənin ümidinə qalacaq. Amma əlbəttə ki, komandada qol vurmağı bacaran Leandro Andrade, Kadi Borges və Abdullah Zubir kimi yarımmüdafiəçilər də var.

Gedən futbolçulardan isə yalnız Yassin Benzia komanda üçün itki sayıla bilər.

Xarici komandalarla yoxlama görüşlərinə gəlincə, "Qarabağ" Avstriyadakı ilk sınaq oyununda "Metallist 1925"ə (Ukrayna) 4:5 hesabı ilə uduzub. Ardınca “Tvente” (Niderland) ilə iki matç keçirib - 3:2, 1:2. Daha sonra “Zalsburq”la (Avstriya) oyunda da uğursuzluq qeydə alınıb - 1:2.

Hazırlıq zamanı məğlubiyyətlərin sayının çoxluğu, həmçinin bəzi oyunlarda məhsuldarlığın yüksək olması da diqqəti çəkir. Hər halda “Tvente” ilə qarşılaşmalardan sonra “hər iki matçda komandamızın çıxışı gələcəyə ümid verdi” deyən Qurban Qurbanovun böyük təcrübəsinə əsaslanan sözlərinə inanaq.

Qeyd edək ki, bu gün İrlandiyanın paytaxtı Dublində “Tolka Park” stadionunda keçiriləcək və xorvatiyalı hakim Ante Çulinanın idarə edəcəyi “Şelbrun” - “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Rasim Mövsümzadə

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 23 İyul 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri