Şelburn un baş məşqçisi: Mənim üçün əsas avrokubok oyunlarına görə peşman olmamaqdır
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
"Həftəsonu yerli komandaların hokkey oyununa baxırdım. Autsayder olan komanda qalib gəldi. "Qarabağ"la oyuna da belə yanaşacağıq".
Oxu.Az xəbər verir ki, bunu İrlandiyanın "Şelburn" klubunun baş məşqçisi Co O'Brayen UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ"la ilk oyunundan öncə keçirilən mətbuat konfransında deyib.
"Mənim üçün əsas odur ki, avrokubok oyunlarına görə peşman olmayaq. Bu, bir oyunçunun karyerasında elə bir məqamdır ki, bundan həzz almaq lazımdır. Ev oyunu olduğu üçün yaxşı atmosfer yaratmalı, irəli çıxmalı və rəqibi geri çəkilməyə məcbur etməliyik. İstəyirəm ki, komandam hücumda oynasın və keyfiyyətini nümayiş etdirsin. Bizdən fərqli olaraq, onların yeni mövsümdəki ilk oyunudur. "Qarabağ" yalnız Avstriyada təlim-məşq toplanışında olub".
Rəqib komandanın çalışdırıcısı O'Brayen növbəti mərhələyə vəsiqənin "Şelburn"a maddi gəlir gətirəcəyini əlavə edib.
"Bu bizim kimi klub üçün əla fürsətdir. Çempionlar Liqası oyununda qələbə qazanmaq bir futbolçu üçün möhtəşəm hadisədir. I təsnifat mərhələsində "Linfild"i (Şimali İrlandiya) keçə bildiyimiz üçün indi "Qarabağ"a rəqib olmuşuq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 23 İyul 2025 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















