Selena və anası dələduzluqda ittiham olunur
Icma.az, Olay.az portalına istinadən məlumat verir.
Müğənni Selena Qomesin həmtəsisçisi olduğu “Wondermind” şirkətinin investorları ona və anası Mendi Tifiyə qarşı məhkəməyə müraciət ediblər.
OLAY yazır ki, qadınlar platformanın perspektivləri ilə bağlı dələduzluqda və investorları yanlış məlumatlandırmaqda ittiham olunurlar. İddiaçılar bildirirlər ki, üç il ərzində şirkətin real vəziyyəti barədə onlara məlumat verilməyib. Onların sözlərinə görə, şirkətdəki böhrandan yalnız 2025-ci ildə “The Cut” nəşrinin apardığı araşdırmadan sonra xəbər tutublar. İndi investorlar yatırdıqları vəsaitin geri qaytarılmasını, dəymiş zərərin ödənilməsini, məhkəmə xərclərinin qarşılanmasını və qanunla nəzərdə tutulan digər kompensasiyaları tələb edirlər.
İddiada qeyd olunur ki, Qomesin marketinq istiqamətinə şəxsən rəhbərlik etməli olduğu, digər həmtəsisçi və baş direktor Daniela Pirsonun isə təcrübəli top-menecer kimi təqdim edildiyi bildirilir. Bundan əlavə, investorlara tətbiqin hazırlanması, reklam müqavilələri və digər gəlir gətirəcək layihələr barədə məlumat verilib. Lakin iddiaya görə, bu təşəbbüslərin heç biri nəticədə həyata keçirilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 14 Avqust 2026 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















