Icma.az
close
up
RU
Səməd Vurğunun “Allı güllü Leyla”sı Xalq artistini içində öldürən faciələr

Səməd Vurğunun “Allı güllü Leyla”sı Xalq artistini içində öldürən faciələr

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Xalq artisti Leyla Bədirbəylinin anım günüdür.

“Yeni Sabah” onun haqqında materialı təqdim edir:

Leyla Bədirbəylinin 1920-ci il yanvarın 8-də Bakıda anadan olub. Atası Ağalar kişi hərbçi olub, hətta polkovnik rütbəsinə qədər yüksəlib. Ehtiyata buraxıldıqdan sonra isə Energetika Texnikumunda direktor işləyib. Atası Ağalar Bədirbəyov Şəmkir bəylərinin nəslindən olub. Anası şəmkirli Bikə xanım isə xan qızı idi.

Leyla Bədirbəylinin sənətə gəlməyində anasının böyük rolu olub. Əli Bayramov klubundakı qadınlar dərnəyinə gedən Bikə xanım böyük qızı Leylanı da özüylə aparırmış. Məşhur aktrisanın istedadını üzə çıxardığı ilk sahə də məhz rəqs olub.

Aktrisa on altı yaşında rəqqas Fərəc Cavanşirovla ailə həyatı qurub. Bir il sonra onların oğlu sünyaya gəlir. Buna baxmayaraq gənc ana işindən ayrılmır və səhnə fəaliyyətini davam etdirir. Leyla Bədirbəyli ilə Fərəc Cavanşirovun evliliyi cəmi 4 il çəkir.

İkinci həyat yoldaşı diş həkimi Kamil Aslanovla tanışlığının isə qəribə tarixcəsi olub. Kamil Aslanov ixtisasca diş həkimi olub, amma rəqs etməyi xoşlayırmış. Əli Bayramov klubuna gedən həkim Leylanı orada görür və çox bəyənir. Bir gün Leyla anasını da götürüb diş həkimə aparmaq adı ilə Kamilin işlədiyi xəstəxanaya gətirir. Lakin, bu gedişlərin sayı çoxaldıqca Leylanın anasının da hər dəfə bir dişi çəkilirmiş. Elçi gələndə isə artıq hər şey bəlli olur. Bikə xanım zarafata salıb deyir: “Bir-birinizi sevdiyinizi əvvəldən desəydiniz, mən də dişlərimi çəkdirməzdim”.

Tamaşalarda həmişə baş rolları oynayırdı. Öz işinə çox ciddi, məsuliyyətlə yanaşması onu hamıya sevdirmişdi. Çıxış edəcəyi tamaşaya 2 saat əvvəl gələrmiş. Peşəsinə çox sadiq və məsuliyyətli olduğundan onun sirlərinə də dərindən yiyələnirmiş. Məsələn “Solğun çiçəklər”də Saranı oynayırdı. Bu tamaşada sonda Sara ölür. O tamaşanı Leyla dəfələrlə oynayıb, amma bir dəfə də olsun tamaşa qurtarıb pərdə açılanda o, səhnəyə baş əyməyə çıxmayıb. Deyirmiş axı, Sara ölüb, mən necə çıxıb tamaşaçıların qarşısında baş əyim. Leyla Bədirbəylinin teatrda ilk çıxışı M.İbrahimovun “Məhəbbət” tamaşasında Zəhra rolu olub, bunun ardınca A.Ostrovskinin “Tufan”ında Klaşa obrazını yaradıb. Bundan sonra teatr səhnəsində “Pəri cadu” tamaşasında Pəri, “Vaqif”də Gülnar və Xuraman, “Xanlar”da Mehriban, “Solğun çiçəklər”də Sara, “Almaz”da Almaz, “Şərqin səhəri”ndə Dilarə, “Xoşbəxtlər”də İncə, “Əliqulu evlənir”də Qumral, “Kəndçi qızı”nda Göyərçin, “Şeyx Sənan”da Zöhrab, “Uzaq sahillərdə” Ancelika, “Otello”da Dezdemona, “Canlı meyit”də Liza və digər rollar ifa edib.

1945-ci ildə Rza Təhmasib "Arşın mal alan" filmini çəkərkən Gülçöhrə rolu üçün gözəl xarici görünüşə malik qız axtarırmış. Üzeyir Hacıbəyovun tövsiyəsindən sonra Leyla Bədirbəyli bu rola təsdiqlənir. Hətta belə iddialar da səsləndirilir ki, gözəllik aşiqi olan Üzeyir bəy Leyla Bədirbəylini bu rola ona olan sonsuz sevgisinə görə tövsiyə edib. Bəzi sənət adamları isə ümumiyyətlə bu iki şəxs arasında sevgi münasibətlərinin olduğunu deyirlər.

“Arşın mal alan” qısa vaxt ərzində dünya şöhrəti qazanır. Filmin yaradıcı qrupu, o cümlədən Leyla Bədirbəyli 1946-cı ildə "Stalin mükafatı"na layiq görürlər.

Leyla Bədirbəylinin məşhurlaşmasında böyük rol oynamış digər şəxs isə İosif Stalin idi. 1938-ci ildə Moskvada Azərbaycan Mədəniyyəti günləri keçirilirdi. Mədəniyyət kollektivinə Üzeyir bəy Hacıbəyov rəhbərlik edirmiş. Konsertlərdən birinə Stalin də gəlmişdi. Səhnədə Azərbaycan Dövlət Filarmoniyasının rəqs kollektivinin çıxışından sonra Stalin kollektivlə görüşür və yanında əyləşmiş Üzeyir bəyə qızlardan birini göstərib kimliyi ilə maraqlanır. Üzeyir bəy “Leyladır, bizim rəqqasə qızlardan biri” deyə cavab verir. Stalin qızı yanına çağırıb onu qucaqlayır və alnından öpərək deyir: “Sən əsil Azərbaycan gözəlisən”.

Sara Qədimova ilə Leyla xanım yaxın rəfiqə olublar. Aktrisanın hərbçi olan və müharibəyə gedən atası haqqında 1943-cü ildə itkin düşmə xəbəri gəlir. 4 ildən sonra isə atası sağ-salamat geri qayıdır. Bir gün aktrisa Sara xanımgildə qonaq olarkən telefon zəng çalır. Sara xanıma deyirlər ki, Leylaya qəfil deməyin, atası qayıdıb. Sara xanım Leylaya təklif edir ki, onu anasıgilə qonaq aparsın. Leyla Bədirbəyli evlərinin qapısından içəri girəndə atasını sağ-salamat görür və ürəyi gedir.

Leyla Bədirbəylinin pərəstişkarları sırasında məşhur qəzəlxan Əliağa Vahidin də adı çəkilir. Hətta şairin aktrisaya erotik şeirlər həsr etdiyi də deyilir. İddialara görə Əliağa Vahidə həsr olunmuş "Qəzəlxan" filmində Nübar Novruzovanın canlandırdığı aktrisa obrazı məhz Leyla Bədirbəylinin prototipidir.

Çoxları bilmir ki, xalq şairi Səməd Vurğun da Leyla Bədirbəylinin gözəlliyinin aşiqi olub. Hətta şairin aktrisaya "Allı-güllü Leylam" adlı şeir də həsr etdiyi deyilir. Həmin şeir isə sonradan mahnıya çevrilib

Həyat yoldaşı Kamil Aslanov Almaniyaya gedir. Ordan Azərbaycana qayıdanda Ukraynada ağır yol qəzasına düşərək vəfat edir. Bu hadisədən bir il sonra isə aktrisanın qızı Laləni Bakıda maşın vurur. O, isə 48 yaşında dünyasını dəyişir. Məhz bu iki hadisədən sonra Leyla Bədirbəyli əsəb xəstəliyinə tutulur, heç kimlə görüşmək, danışmaq istəmir və özünə qapanır. Yalnız 1999-cu ilin yanvar ayının 1-də mərhum prezident Heydər Əliyev ona "İstiqlal" ordenini verərkən evdən çıxır. Leyla Bədirbəyli həmin ilin noyabr ayının 23-də 79 yaşında dünyasını dəyişir.

Aydan Hacı 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 23 Noyabr 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see429

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see202

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see181

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see169

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see157

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see145

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see130

Biz bütün dövrlərdə dilimizi qorumuşuq Prezident

05 Yanvar 2026 23:40see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri