Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

Səməd Vurğunun irsini yaşadan gənc pianoçu Vurğun Vəkilov

Səməd Vurğunun irsini yaşadan gənc pianoçu Vurğun Vəkilov

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 13 may, AZƏRTAC

Bəzən bir insanın yaradıcılığı onun mənsub olduğu nəslin yaddaşı ilə səsləşir. Keçmişdən gələn ədəbi və mənəvi dəyərlər yeni dövrdə fərqli sənət dili ilə yaşamağa başlayır. Beynəlxalq müsabiqələr laureatı, Vurğun Vəkilovun fəaliyyəti də bu baxımdan diqqət çəkir. O, bir tərəfdən Səməd Vurğunun zəngin irsini yaşadan ev-muzeyinə rəhbərlik edir, digər tərəfdən isə musiqi yaradıcılığı ilə öz sənət yolunu formalaşdırır. Onun sənət baxışında ailədən gələn mədəni yaddaş müasir musiqi dili ilə yeni çalarlar qazanır.

AZƏRTAC-ın müxbiri ilə həmsöhbət olan Vurğun Vəkilov bildirib ki, onun yaradıcılıq yolunun formalaşmasında ailə mühiti və bu mühitdən qaynaqlanan mədəni irs mühüm rol oynayıb.

Azərbaycanın Xalq şairi Səməd Vurğunun ailəsində formalaşan zəngin mədəni atmosfer onun dünyagörüşünə və musiqi zövqünə ciddi təsir göstərib. Evdə daim musiqi səslənməsi onun sənətə bağlılığını daha da gücləndirib.

O, Bülbül adına Orta İxtisas Musiqi Məktəbini fortepiano ixtisası üzrə fərqlənmə ilə bitirib və həmin ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına qəbul olub. Təhsil aldığı illər ərzində iştirak etdiyi bir çox respublika və beynəlxalq festivallar və müsabiqələrdə qazandığı yüksək nailiyyətlərə görə, 2009-cu ildə ölkə başçısının müvafiq Sərəncamı ilə onun adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb. Həmçinin 2017-ci ildə “Gənclər üçün Prezident mükafatı”na layiq görülüb. Bu mükafatlar onun sənət yolunda qazandığı uğurların və istedadının təsdiqidir.

Vurğun Vəkilovun həyatında dönüş nöqtələrindən biri Fransada keçirilən beynəlxalq müsabiqədə laureat olması olub. Bu uğur ona Parisdə təhsil almaq imkanı qazandırıb və 2017-ci ildə o, Fransaya yollanaraq musiqi təhsilini orada davam etdirib. Tanınmış pianoçu Rəna Mustafabəyli-Şereşevskayanın sinfində təhsil alması onun peşəkar inkişafında mühüm rol oynayıb. Beynəlxalq musiqi mühiti, fərqli sənət məktəbləri və böyük səhnə təcrübəsi Vurğun Vəkilovun ifaçılıq üslubunu daha da zənginləşdirib.

Gənc istedad Səməd Vurğunun nəticəsi olmağın onun üçün ilk növbədə böyük məsuliyyət olduğunu deyib: “Heç zaman bu addan şəxsi üstünlük kimi istifadə etməmişəm. Öz yolumu zəhmət və sənətlə davam etdirirəm. Bu irs mənə yalnız əlavə stimul və mənəvi dayaq verib. Əsas məqsədim daşıdığım adı layiqincə təmsil etməkdir. Bu il Xalq şairi Səməd Vurğunun 120 illik yubileyi qeyd olunur. Bu əlamətdar tarix ədibin zəngin yaradıcılığının, milli ədəbiyyat və mədəniyyətə verdiyi misilsiz töhfələrin bir daha xatırlanması baxımından xüsusi əhəmiyyət daşıyır. Onun poeziyası Azərbaycan ədəbi fikrində dərin iz buraxaraq bu gün də yeni nəsillər üçün ilham mənbəyi olaraq qalır. Hazırda Səməd Vurğunun yaradıcılığı ilə bağlı yeni layihələr üzərində də düşünürük. Gənc bəstəkarlar arasında müsabiqələrin təşkili, şairin sözlərinə yeni musiqi əsərlərinin yazılması kimi təşəbbüslər həm klassik irsin yenidən aktuallaşdırılmasına, həm də gənclərin sənətə marağının artırılmasına xidmət edə bilər”.

Səməd Vurğunun müəllifi olduğu şeirlərdən onun üçün xüsusi olan hansıdır sualına cavab olaraq Vurğun Vəkilov deyib ki, “Azərbaycan” şeiri ona çox doğmadır. Onun fikrincə, bu əsər yalnız yüksək bədii dəyəri və emosional gücü ilə deyil, həm də milli kimliyi, Vətən sevgisini və Azərbaycan ruhunu dolğun şəkildə ifadə etməsi ilə seçilir.

Gənc pianoçu bu gün müasir Azərbaycan mədəniyyətinin diqqətçəkən simalarından biri kimi həm keçmişin zəngin irsini qoruyur, həm də gələcəyin musiqisini həmin möhkəm təməllər üzərində qurur. Onun ifasında səslənən hər bir əsər poeziya ilə musiqinin, tarixlə müasirliyin qovuşduğu xüsusi bir sənət harmoniyası yaradır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:240
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 May 2026 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see300

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see268

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see267

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see249

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see242

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see229

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see225

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see224

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see216

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see213

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see212

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see203

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see196

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see188

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see184

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see175

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see174

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see174

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

10 Noyabr 2026 05:25see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri