Icma.az
close
up
RU
Səməni saxla məni, ildə cücərdərəm səni ... Baharın, bərəkətin rəmzi səməni necə hazırlanır? Video

Səməni saxla məni, ildə cücərdərəm səni ... Baharın, bərəkətin rəmzi səməni necə hazırlanır? Video

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Səməni Novruz bayramının əsas atributlarından biridir. Səməni bahar, bərəkət və firavanlıq rəmzidir.

Qədim dövrlərdə səməni, əsasən, buğdadan hazırlanırdı. Qablarda yetişdirilən səməni yazda səpinə hazırlanan toxumların keyfiyyətini yoxlamağa imkan verirdi. Əgər səməni yaxşı yetişib, lazımi ölçüdə böyüyübsə, bu, yaxşı məhsulun alınacağı demək idi. Bəzən səməni digər taxıllardan, məsələn, arpadan hazırlanırdı.

Səməni eyni zamanda təmizlik, paklıq rəmzidir. İddialara görə, səməni cücərdən insan ənəvi və fiziki cəhətdən pak və təmiz olmasa səməni cücərməz. Yəni səməninin cücərməsini təkcə, məhsulun bolluğu ilə deyil, eyni zamanda insanların paklığı ilə uzlaşdırırlar.

Evdə bolluq və firavanlıq olması üçün səmənini evdə yetişdirmək lazımdır. Çünki mağazalardan alınan səmənilərin hansı şəraitdə, kim tərəfindən hazırlandığı məlum deyil. Bu səbəbdən də süfrənizə qoyduğunuz bu simvol öz əməyinizin bəhrəsi olmalıdır. Əslində səmənini Novruz bayramına iki həftə qalmış hazırlamaq lazımdır. Bunun üçün buğda və ya arpa bir qaba yığılır, üzərinə su əlavə edilir. Beləcə cücərəcək toxum bir neçə gün isladılır, hər gün suyu dəyişdirilir. İki-üç gün sonra cücərən toxumlar bərabər şəkildə boşqablara (və yaxud marketddən aldığınız birdəfəlik qablara) yığılaraq, üzərinə cuna sərilir. Müntəzəm olaraq üzərinə su püskürtülür.

Martın 20-də səməni tələb olunan hündürlüyə çatır. Bu hündürlük 20 sm-ə qədər dəyişir.

Səməni Novruz bayramında bütün süfrələrdə olması şərt olan atributlardan biridir. Səməni ilə bağlı folklorumuzda müxtəlif nəğmələr də var. İddialara görə, səmənini cücərtmək üçün boşqablara yığarkən

“Səməni saxla məni, ildə cücərdərəm səni” demək, səmənini hazırlayan şəxsə uğur və sağlamlıq gətirərmiş...

İndi səmənini birlikdə hazırlayaq...

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 01 Mart 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see285

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see219

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see218

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see217

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see211

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see192

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see191

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see190

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see176

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see170

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see170

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see166

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see163

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see162

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see162

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see160

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see159

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see158

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see153

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri