Сemima Njuki: 2050ci ilə qədər 150 milyona yaxın qadın yoxsulluğa düçar olacaq VİDEO AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 21 noyabr, AZƏRTAC
Biz qadınların və gənc qızların hüquqlarını qorumalıyıq. Bizim qeyri-adi imkanlarımız var. İqlim maliyyəsi ilə bağlı hansı tədbirlərin keçiriləcəyini yaxşı öyrənməliyik. Bu maliyyə gənc qızları və qadınları əhatə etməlidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri BMT-nin Qadınlar Agentliyinin qadınların səlahiyyətləndirilməsi üzrə sədri, BMT-nin Qadınlar Agentliyinin icraçı direktoru Sima Sami Bahaus adından çıxış edən Сemima Njuki COP29 çərçivəsində keçirilən “Şəffaflıqda gender” mövzusunda yüksəksəviyyəli tədbirdə deyib.
Afrika qitəsində içməli su problemi yaşadığını diqqətə çatdıran Сemima Njuki burada əsas yükün qadınların üzərinə düşdüyünü qeyd edib: “Onlar uzaq məsafələri qət edərək içməli su dalınca gedirlər. 2050-ci ilə qədər 150 milyona yaxın qadın yoxsulluğa düçar olacaq. Qadınlar milli uyğunlaşma planında prioritetdə olmalıdırlar. Biz bu sahədə vəsaitlərin toplanılmasını tezləşdirməliyik. Çalışmalıyıq ki, qadınların səsi iqlimə aid olan problemlərdə ucalsın”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 21 Noyabr 2024 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















