Şəmkirdə 24 nəfərin zəhərləndiyi dönərxananın fəaliyyəti dayandırıldı
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Şəmkir rayonunda kütləvi zəhərlənmə baş verdiyi dönərxananın fəaliyyəti tam dayandırılıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, bu gün Qida Təhlükəsizliyi Agentliyinin rəsmiləri tərəfindən 24 nəfərin zəhərləndiyi ehtimal olunan "Almalı" dönər evinin fəaliyyəti dayandırılıb.
Obyektə möhür vurulub, qidalardan nümunələr götürülüb.
Məlumat üçün bildirək ki, "Almalı" dönər evi Şəmkir rayon Mərkəzi Xəstəxanasının yaxınlığında yerləşir.
TƏBİB-dən verilən son məlumata görə, zəhərlənmə şübhəsi ilə 24 nəfər (9-u kişi, 15-i qadın olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Onlardan 14-ü azyaşlı olub.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.


