Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Şəmkirin icra orqanları şəhid abidələrini niyə dağıdır?

Şəmkirin icra orqanları şəhid abidələrini niyə dağıdır?

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Şəmkirin Düyərli kəndində fəaliyyət göstərən Xeyriyyə Fondu barədə elə yerli əhalidən məlumat aldıq, fond qeyri-rəsmi, kənd əhalisinin öz büdcələri hesabına formalaşdırdığı birlikdir. 10 000-dən artıq əhalisi olan Düyərli kəndinin əhalisi heyvandarlıq və əkinçiliklə məşğuldur. Kənd I və II Qarabağ müharibələrində ümumi 11 şəhid verib.

Kənd sakinlərinin öz təşəbbüsləri ilə yaradılmış, büdcəsi həm kənddə yaşayan sakinlərin, həm də Rusiyada, Bakıda işləyən şəmkirlilərin ianələri hesabına formalaşan Düyərli Xeyriyyə Fondu bu günədək bir çox yerli problemi həll edib, sosial problemləri aşkarlayaraq aradan qaldırıb. Kənd sakinlərinin verdiyi məlumata görə bugünədək ümumilikdə 300-dən artıq aztəminatlı, şəhid və könüllülər ailəsi olmaqla ümumi məbləği təxminən 20 min manat həcmində ərzaq və maddi yardımlar edilib və bütün məbləğ kənd sakinlərinin ianələri hesabına təmin edilib.

Habelə, 44 günlük Vətən müharibəsi dövründə ön cəbhədə vuruşan əsgərlərin, eləcə də kəndin könüllü əsgərlərinin ailələrinə 1 785,4 manat həcmində maddi vəsait və ərzaq yardımları edilib. Kəndin qaziləri daima diqqətdə saxlanır, müalicə və ehtiyacları fondun büdcəsindən qarşılanır. Əsir düşmüş hərbçilərimizin azad edilməsində sonra onlara və ailələrinə də baş çəkilib, maddi yardım göstərilib. Xeyriyyə Fondundan həmçinin ermənilərin 11 oktyabr 2020-ci il tarixində Gəncəyə raket atəşi nəticəsində hər 2 valideynlərini və doğmalarını itirən Xədicə və Nilay adlı körpələrə də maddi yardımlar göstərilib.

Aldığımız məlumata görə, adı Düyərli Xeyriyyə Fondu olsa da, yalnız Düyərli kəndində deyil, ölkəmizin müxtəlif bölgələrində yaşayan aztəminatlı ailələrə dəstək göstərilib. Eləcə də Kəlbəcərin yenidənqurma və bərpa işlərinə də öz büdcələrindən vəsait ayırıblar. Qeyd olunanlarla yanaşı, fond, 2023-cü ilin 6 fevral tarixində qardaş Türkiyə Respublikasında baş vermiş dəhşətli zəlzələ fəlakətləri nəticəsində evsiz-eşiksiz qalmış insanlara ərzaq, geyim və yataq dəstləri ilə yanaşı, maddi yardım da göstərib.

Fondun Düyərli kəndinə etdiyi ən böyük xidmətlərdən biri də kənd ərazisinin abadlaşdırılması, məişət tullantılarının təmizlənməsi üçün gördüyü işlərdir. “Təmiz Düyərli” layihəsinin işə başlaması üçün 2 yük maşını alınaraq fonda təhvil verilib və həmin maşınların köməyi ilə kənd ərzisində toplanan məişət tullantıları təyinatı üzrə daşınır.

Həmçinin I və II Qarabağ müharibələrində şəhid olmuş kənd sakinlərinin dəfn edildiyi məzarlıqda abadlıq, yenidənqurma və bərpa işləri aparılıb. Düyərli Xeyriyyə Fondu həm Düyərli kəndində yaşayan, həm də kənardan müraciət edən, müxtəlif növ xəstəliklərdən əziyyət çəkən insanların müalicəsi, habelə əlil arabası və digər dərman preparatlarının alınması üçün ümumilikdə 10 196,87 manat məbləğində maddi yardım sərf edib. Düyərli Xeyriyyə Fondunun büdcəsindən təhsilə də maliyyə ayrılır. Həm Azərbaycanda, həm də ölkə xaricində oxuyan kənd sakinlərinin maddi ehtiyacları bu fondun büdcəsindən qarşılanır. Eləcə də, sözügedən büdcə hesabına kənddə sünnət yaşına çatmış uşaqların sünnət mərasimi həyata keçirilib, ailələrinə maddi dəstək göstərilib.

Fondun təşəbbüsü ilə kəndin adı yazılmış və kənd şəhidlərinin fotoları həkk etdilmiş trafaret hazırlanıb və bu trafareti kəndin girişinə qoymaq üçün əraziyə nəzarəti həyata keçirən aidiyyəti dövlət orqanına müraciət edilərək razılıb alınıb. Qeyd edək ki, trafaret sözügedən fondun maliyyəsi hesabına hazırlanıb. Bölgədəki yol infrastrukturunun yenilənməsi və kəndin əsas girişinin yer dəyişdirməsi səbəbindən bu trafaret kəndin əvvəlki girişindən götürülərək yeni mərkəzi girişinə köçürülüb. Yeni trafaretdə həmçinin şəhidlərin əksi də həkk edilməsi planlaşdırılıb, bunun üçün hazırlıq görülüb, şəhid fotoları böyüdülüb.

Düyərli kəndinin şəhidlərinin portretlərinin əks olunduğu trafaretin qoyulması həm şəhid ailələrinin, həm də kənd sakinlərinin istəyi olub. Lakin trafaretin gövdə hissəsi qoyulduğu gün Şəmkir Rayon İcra Hakimiyyərinin başçısı Rəşad Tağıyev tərəfindən verilən göstərişlə kobudluqla sökülərək yerlə-yeksan edilib. Trafaretin sökülməsində xüsusi “payı” olanlardan polis nəfəri Anar İsgəndərov və Şəmkir RİH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rasim Mustafayev olub. Hətta icra başçısı Rəşad Tağıyevin sözügedən trafaretin sökülərək yerlə-yeksan edilməsi üçün məhz Rasim Mustafayevin vasitəsilə yerli icra nümayəndəsi və bələdiyyə sədrinə 10 dəqiqə vaxt verdiyi də redaksiyamıza verilən məlumatlar arasındadır. Kənd sakinlərinin dediyinə görə həmin trafaret ildırım sürətilə və çox kobudluqla sökülərək yerlə-yeksan edilib. Bunu əks etdirən video və foto çəkilişlər də var. Şəhidlərin xatirəsinə ucaldılan trafaretin dağıdılması tək həmin kəndin əhalisinə qarşı deyil, eyni zamanda Azərbaycan şəhidlərinə, Azərbaycan xalqına edilmiş ən böyük hörmətsizlikdir.

Kənd şəhidlərinin ailələrinin üzvləri İcra Hakimiyyətinə gedərək başçı Rəşad Tağıyevlə görüşərək Azərbaycanın bütövlüyü uğrunda şəhid olmuş 11 kənd sakininin fotosunun trafaretdə həkk olunmasına və trafaretin qoyulmasına icazə verilməsini xahiş etmək istəsələr də başçı onlarla görüşdən imtina edib. Şəhid ailələrinin dediyinə görə onları icra hakimiyyətinin şöbə müdirləri Rasim Mustafayev, Sərdar Namazov və başçının köməkçisi Mahir Əliyev qəbul edərək bu işin mümkünsüzlüyü və həmin trafaretin dərhal sökülməsi ilə bağlı başçının göstərişi olduğunu qeyd ediblər.

Düyərli kəndinin sakinləri, torpaqlarımızın azadlığı uğrunda həlak olan 11 Düyərli şəhidinin ailələri mətbuat vasitəsi ilə ölkə rəhbərinə müraciət edir, şəhidlərin adının əbədiləşdirilməsi üçün kəndin girişinə trafaretin qoyulmasına göstəriş verməyi xahiş edir. Qeyd edək ki, trafaretin bütün xərcləri Düyərli Xeyriyyə Fondunun büdcəsi hesabına təmin ediləcək.

Sözügedən mübahisədə adıçəkilən qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Lalə Mehralı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Yanvar 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see355

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see297

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see288

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see287

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see270

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see266

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see263

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see254

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see254

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see253

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see236

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see235

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see227

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see219

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see217

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see214

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see212

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see209

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see203

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri