Sən demə, kahı yox, narkotik keçirirlərmiş...
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinin qarşısı alınıb.
Komitədən Bakıvaxtı.az-a bildirilib ki, Astara gömrük postunda İran İslam Respublikasından Rusiya Federasiyasına "kahı" və "kərəviz" yükü aparan yük nəqliyyat vasitəsi idxal yoxlama xəttində saxlanılaraq gömrük nəzarətinə cəlb edilib.
Nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilərək kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılıb, yükdə gizlədilən bağlamaların olduğu müəyyən edilib.
Aparılan yoxlama zamanı gömrük nəzarətindən gizlədilən 230 ədəd "kərəviz" formalı qablaşdırmada xalis təmiz çəkisi 79 kq 740 qram narkotik vasitə - marixuana aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 21 Sentyabr 2026 09:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















