Icma.az
close
up
RU
Sən demə təhsilin əsas problemi “müəllim” sözünün səhv yazılışında imiş... BƏS NƏTİCƏ?

Sən demə təhsilin əsas problemi “müəllim” sözünün səhv yazılışında imiş... BƏS NƏTİCƏ?

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Etibar ƏLİYEV

Elm və təhsil naziri Emin Əmrullayev: “Mən inanıram ki, bizim son 10 ildə müəllimlərimizin keyfiyyəti əsaslı şəkildə artıb. Bu həm diaqnostika, həm sertifikatlaşdırma prosesində, həm də ən vacibi işə qəbul olan müəllimlərimizin keyfiyyətində görünür. Yəni bizim yüzlərlə dil və ədəbiyyat, riyaziyyat, tarix, biologiya müəllimimiz var ki, onlar qəbul imtahanlarında 500-dən çox bal toplayıblarlar. Bu da onu göstərir ki, bizim gələcək müəllimlərimizin diplomları saxta deyil, bu, çox vacibdir. Çünki əvvəllər biz saxta diplomlu, müəllim sözünü düzgün yaza bilməyən müəllimlərdən danışırdıq. Onlarla da artıq sağollaşmışıq”.

Bəs nəticə?

Fərz edək ki, Misir Mərdanov dövrünün müəllimləri "müəllim" sözünü düzgün yaza bilmirdi. Əmrullayev dövrünün müəllimləri və şagirdlərinin bilik göstəriciləri necədir?

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin rəhbəri Məleykə Abbaszadə "Xalq" qəzetinə müsahibəsində (16 sentyabr 2025-ci il) deyib: "Ən aşağı nəticələr coğrafiya fənni üzrə müşahidə olunur. Nəticələr göstərir ki, coğrafiya üzrə II qrupda orta göstərici 28,68 faiz, III qrupda isə təxminən 15,5 faizdir ki, bu da çox aşağı səviyyədir".

DİM rəhbəri qeyd edib ki, ciddi narahatlıq doğuran sahələrdən biri də kimyadır: "Abituriyentlərin daha çox seçdiyi I qrupda bu fənnə aid bir çox ixtisas var. I qrupda orta göstərici 24.18 faiz, IV qrupda isə 49.17 faizdir, yəni qruplar arasında təxminən 25 faiz fərq mövcuddur. Mövcud nəticələr hələ qənaətbəxş deyil və təkmilləşdirilməyə ehtiyac var. I qrupda fizika üzrə düzgün cavabların faizi 33.29-dur və bu isə kifayət qədər aşağı səviyyədir, riyaziyyat üzrə də vəziyyət eynidir".

Bu il I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 31167 abituriyent iştirak edib. Riyaziyyat-kimya alt qrupu üzrə 6 863 nəfər 200 baldan yuxarı nəticə göstərib. Riyaziyyat-informatika alt qrupu üzrə 6848 abituriyent 200 baldan yuxarı nəticə göstərib. Ölkədə riyaziyyat, fizika və kimya fənlərinin tədrisi nə üçün belə biabırçı vəziyyətə düşüb? El dilində desək, bunun adı “funksional savadsızlıq”dır. Nəzərə alaq ki, I ixtisas qrupu üzrə buraxılış imtahanlarında riyaziyyatdan 100 bal, qəbul imtahanında isə 150 bal toplamaq mümkündür.

Müəllimlər yəqin ki, artıq "müəllim" sözünü düzgün yazmağı öyrəniblər. Bəs XXI əsrin elmləri sayılan "fizika", "riyaziyyat" və "kimya" fənlərinin tədrisinin vəziyyəti nə üçün belə acınacaqlıdır?

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Dekabr 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri