Icma.az
close
up
RU
“Sən Kralsan!”

“Sən Kralsan!”

525.az saytına istinadən Icma.az xəbər verir.

Sevinc RƏHİMOVA

Son günlər Bakının mərkəzi küçələrində qəribə bir hadisə baş verib. Belə ki, ilk baxışda qeyri-adi, əslində isə səhnə ulduzlarının geyimini xatırladan, üzərində qızılı  işləmələri olan ağ rəngli, şux geyimli kişi ötənlərin diqqətini cəlb edirdi.  Bir anlıq hamı ona təəccüblə baxır və sual edirdi, görəsən, bu şəxs kimdir? Amma çox keçmədi ki, onu tanıdılar,  Elvis Presli. Bu odur. XX əsrin ən çox seviləm ulduzu. Rok-n-rollun şəriksiz kralı.  Elə o anda da, bunun bir şou, tamaşa olduğunun fərqinə vardılar. Ancaq real olmasa da, hər kəs üçün bu, xoş təsadüf idi, fürsəti əldən verməyən kimisi şəkil çəkdirir,  kimisi də avtoqraf alırdı.

Bəs əslində nə baş verirdi? Elvis Preslinin obrazı birdən-birə niyə Bakıda peyda olmuşdu?  

Teatr cameəsi, eləcə də sənətsevərlər üçün əla bir xəbərimiz var. Azərbaycan Dövlət Akademik Musiqili Teatrın səhnəsində dünya musiqisinin əfsanəsi, “rok-n-rollun kralı” hesab olunan Elvis Preslinin məşhur hitləri əsasında hazırlanan  “Sən - Kralsan!” tamaşanın son məşqləri gedir. Elə bu səbəbdən də paytaxt sakinləri belə bir xoş sürprizlə qarşılaşmışdılar. 

“Sən - Kralsan!” tamaşasının bədii qaynağı olan Elvis Presli axı yalnız bir musiqiçi və ya səhnə ulduzu deyil. O, XX əsr musiqisinin simvolu, azad ruhun, inam və fərdiyyətin təcəssümü idi. 1950-ci illərin ortalarında musiqi dünyasında inqilab edən Elvisin səsi və səhnə davranışları cəmiyyətin o dövrkü stereotiplərini sındırmış, musiqiyə yeni enerji və azadlıq gətirmişdi. Çünki Elvis rok-n-rollu sadəcə musiqi janrı kimi yox, özünəinam fəlsəfəsi kimi təqdim edirdi. O, səhnədəki hər hərəkəti ilə “cəsarətli və fərqli ol, qəlbinin səsini dinlə” mesajını verirdi.

Elvis Preslinin illər öncə təqim etdiyi “fərqli ol” mesajı elə bu tamaşada da özünü göstərir. Bu tamaşa bir çox xüsusiyyətlərinə görə müasir səhnəmiz üçün əsl yenilikdir. Onu, cəsarətlə teatr tariximizdə yeni bir səhifə açan hadisə də adlandırmaq olar. Bu səhifənin müəllifi isə istər Azərbaycanda, istərsə də beynəlxalq  aləmdə bir çox uğurlu layihələrə imza atan məşhur rejissor,  prodüsser  Ələkbər Tağızadədir. 

Libretto müəllifi və rejissoru olduğu bu tamaşa ilə Ələkbər Tağızadə ilk  dəfə Azərbaycan teatrı səhnəsinə jukebox müzikl janrını gətirir. Bu janrın özəlliyi hər hansı bir ifaçının mahnılarından necə deyərlər, gen-bol istifadə edərək, yeni bir hadisəni səhnədə canlandırmaqdır. Teatr dili ilə desək, Elvis Preslinin ölməz hitləri yeni səhnə kontekstində səsləndiriləcək. Rok-n-roll janrı  ulduzunun ab-havası təbii ki, tək tamaşada səslənəcək mahnılarla məhdudlaşmır. O, mahnıların  səsləndiyi məkanda hər bir görüntüyə, - səhnənin işığından tutmuş rəqslərə qədər, səhnə tərtibatına, tamaşaçıya yönələn mesaja qədər öz diktəsini edir. Bu təqdimat Azərbaycan tamaşaçısı  üçün tam yenidir. Bu yeniliyə    tamaşanın həm də elə ideya müəllifi olan Ələkbər Tağızadə də özünəməxsus imza atıb. Onun hər bir detalla bağılı öz tövsiyələri, öz  yanaşması var. Səhnə tərtibatının ilk esksizləri belə ona məxsusdur. Rəqs elementləri, səhnə işıqları da ideya müəllifi Ələkbər Tağızadənin tələblərinə və istəyinə uyğunlaşdırılıb.

Bütün bunlar tamaşa ilə bağlı aldığımız ilk informasiyadır.  Təəssürata gəlincə isə...

Teatr tariximizdə yeni bir səhifə acaçaq tamaşanın premyera gününü gözləmirəm. Son məşqlərin birində tamaşaya baxmaq fürsətini  qaçırmıram.

Budur, son məşqlərin birinə ciddi  hazırlıq gedir. Səhnədə gur işıqların altında kimlər yoxdu... Dekorçular, balet truppası, işıqçılar, tamaşanın qəhrəmanları... Səhnədə necə deyərlər, aləm dəyib bir-birinə. Hər kəs də öz ampulasında, özünə aid işi tamamlamaga çalışır.

Birdən rejissorun səsi eşidilir.

- Hazırıq?

- Bəli.

- Onda başlayaq...

Pərdə yavaş-yavaş qalxır. Və qeybdən səs gəlir...

Səhnədəki hadisələr sanki başqa bir hadisənin daxilində cərəyan edir...

Onu da deyim ki, bir hadisənin, bir həyat həqiqətinin içində o qədər talelər, həyat həqiqətləri kəsişir ki, baxmayarq ki, səhnədə 6 aktyorun oyununu izləyirik. Ana oğul, ata oğul, iki dost, bir-birin sevən 2 gənc, keçmiş sevgililər, prodüsser və müğənni tandemlərini görürük. Hər münasibətdə, hər tandemdə isə biz həyatın heç zaman dəyişməyən, bəzən isə acı olan qanunlarını görürük. Dostluğun da, sevginin də, xəyanətin də, bütün bunların fövqündə isə bir gerçəklik dayanır, özünə, arzularına inam...

Tamaşanın baş qəhrəmanı Elvin adlı gəncdir. O, anası ilə yaşayır, gözəl səsi var, lakin özünə inamı yoxdur. Elvis Preslinin xəyali obrazı onun həyatını dəyişir - ona özünə inam aşılayır, səhnə qorxusunu aşmağı öyrədir.

Elvinin sevdiyi qız - gənc müğənni, yaxın dostu və çalışdığı prodüser obrazları isə əsərin dramaturji xəttini tamamlayır. Prodüserin keçmişdə Elvinin anasının həyatında olması isə  tamaşaya psixoloji dərinlik və dramatik gərginlik qatır.

Əsərin sonunda Elvin öz səsini, azadlığını və sevgisini tapır. Onun həyatındakı problemlər - səhnədəki dairəvi dekorativ elementlər kimi  bir-bir aradan qalxır.

Onu da deyim ki, tamaşanın səhnə tərtibatı minimalist üslubdadır. Səhnədə gördüyümüz dairəvi halqalar sanki qəhrəmanın daxili dünyasını simvollaşdırır. Elə bil ki,  bu halqalar qəhrəmanı məhdudlaşdıran düşüncələridir. Tamaşanın sonunda aradan qalxan halqalarsa - qəhrəmanın mənəvi azadlığa qovuşmasını, özünə inanmasını göz önünə gətirir. Bu simvolik məqam tamaşanın əsas ideyasını - “Özünə inan, istedad sədd tanımır” fikrini poetik dildə ifadə edir. Elvin obrazının daxili dəyişimini əslində Preslinin sənət  yolunun səhnə ekvivalenti də saymaq olar. 

Bütün bunlarsa Elvis Preslinin illərə duruş gətirən mahnıları ilə sanki möhürlənir... Deyərdim ki, Elvis Preslinin mahnılarının səslənməsi tamaşanın ən güclü tərəflərindən biridir. Aktyorlar bu mürəkkəb vokal partiyaları böyük məsuliyyət və ustalıqla səsləndirirlər. İfaçılar yalnız musiqini deyil, həm də onun arxasındakı emosiyanı, üsyanı və azadlıq hissini tamaşaçılara çatdırmağa çalışırlar və bunu uğurla bacarırlar. Aktyorların səs tembri və vokal texnikası bu mahnıların orijinal ruhunu qorumaqla yanaşı, sanki onlara yeni nəfəs də verir.

Rok-n-roll elementləri ilə zəngin rəqslərsə səhnədə sanki azadlığın tablosunu yaradır. Tez-tez dəyişən işıqlar da son dərəcə sadə səhnə tərtibatını hər dəfə bir yozumda tamaşaçıya təqdim edir. Hər dəfə yeni məna, yeni yanaşma, yeni vurğu. Bir sözlə, işıq, musiqi və rəqs harmoniyası tamaşa boyunca  səhnədə yüksək dinamika yaradır.

Arada rejissorun qətiyyətli səsi eşidilir. Müəyyən düzəlişlər edir. Yalnız bu səs bizə xatırladır ki, məşqdəyik. Və səhnədə   gördüyümüz bu gözəllik böyük bir kollektivin əməyidir.

Yeri gəlmişkən, tamaşanın musiqi rəhbəri və quruluşçu dirijoru Cavad Tağızadədir. Elvis Preslinin məşhur mahnılarını peşəkar şəkildə notlaşdıraraq orkestrə o təqdim edib. Dirijor postunda isə Səməd Süleymanovdur. Konsertmeyster Kamil Həsənov,  baletmeyster Kamilə Əliyeva, quruluşçu rəssam  Vüsal Rəhim, işıq üzrə rəssam isə Rəfael Vaqif oğludur.

Rejissor assistentləri Tamilla Aslanova, Polina Fyodorovadır. Səhnədə isə Əməkdar artist İlham Nəzərov, Atilla Məmmədov, Mehriban Zaliyeva, Olqa Georgieva, Rauf Babayev, Aydan Həsənova, Leonid Klets, Elçin Əhədzadə və Sübhan Rüstəmovu görəcəyik. 

Fürsətdən yararlanıb, Azərbaycan tamaşaçısına bu yeniliyi təqdim edən quruluşçu rejissor və libretto müəllifi  Ələkbər Tağızadə ilə də həmsöhbət olduq. “Nə üçün Elvis Presli?” sualından tutmuş yaradıcı heyətlə bağlı ən müxtəlif suallarımızı cavablandırdı.

“Öncə onu deyim ki, insanın özünə inamı çox vacibdir. Elə qəhrəmanımızın timsalında da biz bunu görürük. Onun tədricən özünə inanması sonda onun yolunu kəsən bütün maneələri aradan qaldırır. 

Mənə bu təklif gələndə, çox fikirləşdim. Hal-hazırda dünya teatrı səhnəsində olan bir çox əsərlər ağlımdan keçdi. Sonra fikirləşdim jukebox müziklə müraciət edim. Bu janr dünya teatrı səhnəsində ötən əsrin 50-ci illərindən var. Ən məşhurlarından biri yeri gəlmişkən, “Mamma Mia”dır. “ABBA”nın mahnıları əsasında yazılıb. Əslində bizdə bu janrın tələblərinə qismən də olsa cavab verən bir əsər var.  “Bəxtiyar” bədii filmi, eləcə də tamaşası görkəmli bəstəkarımız Tofiq Quliyevin mahnıları əsasındadır.  

Jukebox müziklin üzərində dayananda fikirləşdim, kimə müraciət edim. Elə ilk ağlıma Elvis Presli gəldi. Niyə? XX əsrin ən nəhəng, ən tanınmış necə deyim, ən ölməz müğənnisi, artisti məhz Elvis Presli olub. Görün neçə illər keçib. O mahnılar hələ də yaşayır. Bu, birinci səbəb. İkinci səbəbsə Elvisin mahnılarının audotoriyası üçün yaş fərqi yoxdur. 20 yaşlı gənc də dinləyir. 70 yaşlı ahıl bir insan da. Onu hamı tanıyır, hamı sevir.

Beləliklə, başladım əhvalatı yazmağa. Sadə həyat həqiqətidir.  İnsanın arzuları, istəkləri, hədəfi olmalıdır. Və özünə inanmaq, arzularına inanmaq əsasdır. Əgər sən nəyi isə bütün qəlbinlə arzulayırsansa, istəyirsənsə, o, mütləq gerçəkləşəcək.

Yaxın tariximizdə də bunun şahidi olduq. Düz 30 il. Azərbaycan xalqı torpaqlarımızı işğaldan azad etmək arzusu ilə yaşadı. Hər kəs inanırdı ki, Qarabağ alınacaq. Bir sözlə, inanmaq lazımdır.

Elvis Presli illərlə dinlədiyim, sevdiyim müğənnidir. Bu baxımdan mahnı seçimi çox çətin idi. Düzdür, hekayəmizə, səhnədəki situasiyaya uyğun mahnıları seçirdik. Seçilən mahnıların mətni, sözləri tamaşada baş verən hadisələrlə necə deyərlər, səsləşməli idi. Elvis Presli “Sən hər zaman mənim ağlımdasan”  mahnısını bir xanıma ünvanlayıbsa, tamaşada ana bu mahnını oğluna xitabən oxuyur.

Tamaşada elə məqamlar var ki, biz onun cavabını açıq saxlamışıq. Son qərarı tamaşaçı özü verəcək. Diqqət yetirdinizsə, obrazların geyimləri çox sadədir. Yalnız bir obraz parlaq, şux görünür. O da səhnənin kralı, Elvis Presli. Ümumiyyətlə səhnədəki xəyali obraz - Elvis Presli ruhdur, yoxsa qəhrəmanın qəlbinin səsidir? Bu sualı da biz açıq qoymuşuq. Ancaq görünən odur ki, Elvin, bizim qəhrəmanımız nə zaman onu narahat edən suallara cavab tapa bilmir, özünə qapanır. O zaman Elvis peyda olur, həyəcanla, inadkarcasına ona dəstək verir. Amma tamaşanın sonunda Elvin artıq özünə inananda, arzularını reallaşdıranda, Elvis  rahatdır. Bir kənardan, müdrikcəsinə, məmnunluqla  baş verənləri seyr edir. Bu iki obraz arasında bax belə bir bağlantı var.

Kollektivə gəlincə isə, açıq etiraf edim ki, iş birliyim olmamışdı. Aktyorları, yaradıcı heyəti yaxından tanımırdım. Öncə teatrın saytına baxdım. İntuitiv bir seçim elədim. Bir-bir aktyorları seçdim. Məsələn, Olqa Georgieva var. Sankt-Peterburqun Konservatoriyasını bitirib. Gözəl sopranosu var. Aktrisalıq məharətinə də söz ola bilmz. Mehriban xanım çox gözəl aktrisadır, səsi də var. Digər aktyorlarda eləcə, hər biri haqda xoş sözlər deyə bilərəm. Məncə, seçimim  çox düz olub. Amma məqlərin ilk günləri bir qədər çətin idi. Çünki mənim aktyorlardan tələbim çox olur.  Hər hərəkətə, hər detala baxıram. Mənim iş prinsipim belədir. Elə ona görə də, ilk məşqlər təbii ki, çətin idi.  Çətinliyə baxmayaraq, məni ruhlandıran nə idi? Onu deyim sizə.  Hamı həvəslə işləyirdi. Materialın yeniliyi, fəqli janr, fərqli musiqi görünür, bu, onların özü üçün də çox maraqlıdır. Bir sözlə, bu tamaşa ətrafında böyük bir komanda yaranıb. Hamı əl-ələ verib, böyük həvəslə tamaşanı ərsəyə gətirib. Hər kəsə öz minnətdarlığımı bildirmək istəyirəm”.

Tamaşada baş qəhrəman Elvini  canlandıran Əməkdar artist İlham Nəzərovun da fikirləri maraqlıdır:

“Bu tamaşa ilə teatrın səhnəsinə çıxmaq mənim üçün çox qürurvericidir. Elvin obrazına gəlincə isə, vokal cəhətdən çox məsuliyyətlidir. Xüsusən də Elvis Preslinin mahnılarını ifa eləmək.  Mən bu obrazla üzümü gənclərə tuturam. Axı, Elvin kimi dünyada yüzlərlə, minlərlə gənc var. Hansı ki, onların yolunu kimlərsə kəsir. Elvinin  nümunəsində görürük ki, istedad Allahın verdiyi paydır. İnan və çalış. Gec, ya tez parlayacaqsan”.

Səhnədə Elvis Presli obrazını canlandıran Rauf Babayev də tamaşa ilə bağlı təəssüratını belə bölüşdü:  

“Elvis Presli obrazını mən ruh kimi yox. Elvinin daxili səsi hesab edirəm.  Axı Elvin Elvis Prezliyə bənzəmək istəyən, onun mahnıları ilə böyüyüən milyonlarla gənclərdən biridir. Elvis Preslidən nə qədər insan ilhamlanıb. Və onlar öz qəlblərində hər zaman onunla danışıblar. Elvis gənclərə yol göstərən bir mayak olub. 

Tamaşanın özünə gəlincə isə, bu səhnə əsəri bizim teatr üçün tam fərqli və yenidir. Kollektivdə hər kəsin yaradıcılığında bu tamaşa necə deyərlər, yeni bir mərhələdir. Onu da deyim ki, Elvisin repertuarına müraciət eləmək opera müğənnisi kimi məndən 2 qat məsuliyyət tələb edir”.    

“Sən Kralsan” müzikli deyərdim ki, həm də mədəniyyətlərarası dialoqdur. Amerikalı rok əfsanəsinin musiqilərinin Azərbaycan teatr səhnəsində bu cür yaradıcı formada təqdim olunması tamaşaçını həm nostalji duyğulara aparır, həm də yeni bədii dəyərlər təqdim edir. Elvis Preslinin mahnılarının milli teatr mühitində səslənməsi həm qloballığın, həm də fərdi yaradıcılığın uğurlu sintezidir. Bu tamaşa milli teatr sənətimizin  beynəlxalq mədəniyyətə açılan yeni pəncərəsi də hesab oluna bilər.

“Sən - Kralsan!” tamaşaçıya öz həyatının “kralı” ola bilməyin vacibliyini aşılayan fəlsəfi bir mesajdır.

“Sən - Kralsan!” insanın daxili azadlığı və özünü dərk etməsi haqqında fəlsəfi metaforadır.

Bu tamaşa göstərir ki, teatr təkcə söz və hərəkət sənəti deyil, həm də ruh enerjisinin səhnədə vizual ifadəsidir.

“Sən - Kralsan!”da rejissor məhz bu enerjini musiqi, rəqs və minimalizm vasitələri ilə tamaşaçıya ötürür.

Bu tamaşa hər kəsi düşündürəcək, həm də onlara xatırladacaq:

“Həyat səhnəsində hər kəs öz kralıdır - yetər ki, özünə inanasan”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Oktyabr 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see304

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see277

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see248

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see196

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see184

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see166

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see165

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see162

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see146

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see141

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

Neymar və het trik

04 Dekabr 2025 09:17see128

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see128

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see128

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see126

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri