Senator rekorda imza atdı: Trama qarşı 25 saat 4 dəqiqəlik ÇIXIŞ
Icma.az, Modern.az saytına istinadən bildirir.
ABŞ senatoru Kori Buker Senatda çıxışı zamanı tarixi rekorda imza atıb.
Modern.az xəbər verir ki, Nyu-Cersi ştatını təmsil edən senator ABŞ Prezidenti Donald Trampın siyasətini 25 saat 4 dəqiqə çıxışla tənqid edib.
Qeyd edək ki, bundan əvvəlki rekord 1957-ci ildə çıxış edən senator Strom Turmonda məxsusdur.
O, 24 saat 18 dəqiqə çıxış edib.
Bruk bazar ertəsi axşam yerli vaxtla saat 19:00 radələrində nitqinə başlayacağı üçün fiziki imkanları olduğu müddətcə danışacağını söyləyib. Onun çıxışı çərşənbə axşamı saat 20:06-da yekunlaşıb.
55 yaşlı senator prezident Trampın siyasətindən zərər gördüklərini deyən seçicilərin məktublarını oxuyub. O, idmanla bağlı müzakirələr apararaq, şeir oxuyaraq və həmkarlarının suallarını cavablandıraraq çıxışına yekun vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 02 Aprel 2025 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















