Icma.az
close
up
RU
Senator: Tarix, Qəzzadakı kabusa şərikliyimizi bağışlamayacaq

Senator: Tarix, Qəzzadakı kabusa şərikliyimizi bağışlamayacaq

Icma.az bildirir, Bizimyol portalına istinadən.

“Tarix bu kabusa şərikliyimizi heç vaxt bağışlamayacaq. (İsrailin Baş naziri Binyamin) Netanyahunun Fələstin xalqını məhv etməsinə verdiyimiz dəstəyə son qoymağın vaxtı çoxdan çatıb”.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, bunu Amerikalı senator Berni Sanders ABŞ-ın Qəzzada humanitar fəlakətə səbəb olmaqda və bunu davam etdirməkdə "şərik" olduğuna işarə edərək deyib.

Müstəqil senator Sanders Senatda çıxış edərək Qəzzaya humanitar yardımın çatdırılmasının qarşısının alınmasına münasibət bildirib. Sanders: “Dünyanın hər yerindən insanlar bu məsələ barədə düşünür, təəccüblənir, lakin qəribə səbəblərdən bu ölkənin paytaxtında və ya Konqresin dəhlizlərində bu barədə çox az danışılır”, - deyib.

Sanders əlavə edib: “İsrailin (Qəzzaya) bütün yardımları kəsməsi ilə indi gördüyümüz şey – əsas ehtiyacların inkarı ilə kollektiv aclıq və yavaş, amansız ölüm prosesidir. Bu, məqsədyönlüdür, planlı şəkildə edilir”.

Qəzzada baş verənlərin "insan tərəfindən yaradılmış kabus" olduğunu vurğulayan Sanders: “Bu gün Qəzzada baş verənlər dünyanın ortaq vicdanında silinməz bir ləkə kimi qalacaq. Tarix buna icazə verdiyimizi heç vaxt unutmayacaq və burada, ABŞ-da, biz bu davam edən zülmü mümkün etdik”, - deyə bildirib.

Senator Sanders deyib: “Tarix bu kabusa şərikliyimizi bağışlamayacaq. Netanyahunun Fələstin xalqını məhv etməsinə verdiyimiz dəstəyə son qoymağın vaxtı artıq keçib”.

ABŞ prezidenti Donald Trampın "Qəzzanı Orta Şərqin Rivierasına çevirmək" istəyinə toxunan Sanders: “Qəzza milyarderlərin Riviera zövqünü çıxarması üçün yox, Fələstin xalqı üçün yenidən qurulmalıdır”, - deyib

ABŞ-da yerləşən Dünya Mərkəz Mətbəxi (World Central Kitchen – WCK) adlı qeyri-hökumət təşkilatı bildirib ki, İsrailin iki aydan çoxdur tam mühasirəyə aldığı Qəzzada gündəlik yemək bişirmək üçün lazım olan məhsullar tükənib.

Bəyanatda qeyd olunub ki, ərzaq və bişirmə üçün yanacaqla dolu “WCK” yük maşınları martın əvvəlindən bəri Qəzza sərhədində “hazır vəziyyətdə gözlədilir”, lakin İsrail yardımların keçidinə icazə vermədiyindən “həyati əhəmiyyət kəsb edən ərzaq paylanması davam etdirilə bilmir”.

İsrail mart ayının ilk günlərindən bəri yardımların paylanmasında nəzarətin təmin olunmadığını və bəzi yardım məhsullarının talandığını iddia edərək Qəzzaya humanitar yardımın daxil olmasına imkan vermir.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 May 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri