Icma.az
close
up
RU
Şənbə üçün nəzm

Şənbə üçün nəzm

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Gecə düşər, Günəş axtararam

gözlərin deyib.

Gəzərəm veyil-veyil,

yolum sənə çıxar..

Adını silərəm,

yenidən başlayaram həyata

sonum sənə çıxar...

Saçlarına toxunsam,

ekvatora qədər getdiyim olar.

Eh, yuxular... Yuxular!..

Gözlərimdə nə qədər

adam ölər, yıxılar

Əllərimdə qalan ətrin

göy üzünə qanadlanar...

Ən möhtəşəm səhərlər

Bütün kəndlər, şəhərlər,

Yer-göy ismin adlanar.

Bütün cismim odlanar,

Bulud-bulud yaş gedər...

Savaş gedər,

Həsrətin diz çökdürər,

dünyanı, başıma yıxar...

Çingiz xan qılıncdan keçirər

Mavəraənnəhri, Buxaranı,

kəllələri qarşıma yığar,

Sevdan dindən çıxarar,

quruyaram...

Romada

Sən müsəlman məscidisən,

Mən dinimi qoruyaram.

Minbərdə dua edərəm:

SƏNdən başqa Tanrı yox!

İnan ki, vallah-billah!

La ilahə illallah!

***

Bu qaranlıq gecənin o üzündə işıq var,

Görən, nə vaxt gətirər bu yollar səni mənə?..

Eh, elə darıxıram, bir Allah

şahidimdi -

Əvəz etməz versələr, bütün

dünyanı mənə;

Yer yerində qalandı,

Göy göyündə qalandı...

Mən hələ gözləyirəm həmin

ağrı-acıda,

Söz vermişdin gələcəm qış

sovuşsa, yaz olsa.

Bəlkə, qurbanlar kəsim yeddi yol ayrıcında,

Əllərim əllərinə bircə kərə

qovuşsa,

Məni məndən alandı,

Səni səndən alandı...

Parlayan gözlərinin xırda

səmalarında

Ulduzlar da yerindən aramla

sürüşərdi.

Bu vəfasız ömrümün könül

burulğanından

Ən uzağı ovcuma iki damla

düşəndi:

Biri sənin olandı,

Biri mənim olandı...

***

Belə daha rahatdı, belə daha

bəsitdi -

Ağrıların içindən üzüb də

çıxmaq olur.

Bir ağ rəngli kağızdı, bir ağ

tüstü, bir qələm,

Dərdi dərin badəyə süzüb də çıxmaq olur...

Başım üstə çağlayır bir qaraca bulud, gəl...

Səbir kasam çatlayır, yaxşı,

olsun, unut gəl..

Qurban olum, gözünü birdəfəlik qurut gəl

Başqa nəyə deyirsən, dözüb də çıxmaq olur...

Nə tez əsdi aradan həftə yeli,

an yeli,

Saçlarının ətridi göz yaşımın

qan yeli.

Ölüm təkcə əcəllə olmayır ki, dan yerim,

Bu dünyadan əcəlsiz bezib də çıxmaq olur.

***

Keç bulud yaddaşından,

su səp tikanlı zəmilərə,

yalın ayaqlara batmasın.

Bu payız

ağaclar yarpaqlarını,

ilanlar dərilərini,

güllər ləçəklərini atmasın...

Çərpələnglər uçmasın,

pəncərə kənarları buz tutmasın.

Sevgi ilə açılsın evlərin

taxta qapıları...

Qış gəlməsin bircə il,

uşaqlar yıxılmasın,

pambıq olsun qartopuları.

Sevgi isitsin evləri,

sobalara atmayaq

odunları...

Günahında yanmasın

dünyanın gözəl qadınları.

Hey, fikirlər,

başımdan dağılışın...

Bax, Qadınlar Günü gəlir,

Hədiyyəm sənsən, üşüyən...

Təbrik et doğuluşumu...

Sənə gələn təyyarə var,

açıb bütün ağuşunu.

Sındırıb qanadlarını -

iki bilet hazırlamışam.

Zərfin üstündədi ünvan,

həminki...

Qar içində qızılgülüm,

imza: Sevinc Yunuslu.

Beş fevral, ikimin iyirmi iki...

YAZ GƏLƏ

Otən qış ötdü şaxtal

Dedim, dedim ki yaz gələ.

Unut məni çıxım gedim

Gedim, gedim ki yaz gələ.

Göz yaşımdı yağan yağış

Sevgi bəzək, sevgi naxış.

Gərək vüsalına bu qış

Yetim, yetim ki yaz gələ.

Qışdan qışı dərib bahar

Ömrünə göndərib bahar.

Bu qışı döndərib bahar

Edim, edim ki yaz gələ.

***

Bu yatdığım quş yuvası,

Yuxulardan oyat məni.

Hər gecə yaz yağışıyla

Gözlərində yu, yat məni.

Bitib pir olan inamım,

İtib sir olan inamım...

Yalvarıram, qoy inanım,

Bir yalan de, uyut məni.

Ağlayır, gözüm qanayır,

İçimdə dözüm qanayır...

Gedirəm, izim qanayır,

Unut, unut, unut məni.

GİZLƏNMİŞƏM

Payızın kölgəsində

Qış olub gizlənmişəm.

Yarpaqlar arasında

Quş olub gizlənmişəm.

Gəlmişəm ki, qəm yeyəm.

Nə bilmişəm cəm deyəm?

Qara gözlərindəyəm,

Yaş olub gizlənmişəm.

Göz yaşımdı bulaqda

Qalmışam bir qıraqda.

Mən burdayam, bu dagda

Daş olub gizlənmişəm.

YOXA VARDIN

Bu sevdanı qanmadım,

Yuxuydun, yoxa vardın.

Sən hec zaman yanımda

Yoxuydun, yoxa vardın.

Tutammadıq əl-ələ,

Aglama görək hələ,

Sevdasız ürəklərə

Çox uydun, yoxa vardın.

O göy buluda köcdün,

Gəlib könlümdən kecdin.

Göz yaşlarımı içdin,

Toxuydun, yoxa vardın.

GƏTİRDİN

Gəldin də,yağış gətirdin.

Ömrün yağışlı olmasın.

Gözlərimə yaş gətirdin,

Gözlərin yaşlı olmasın.

Sənsiz qalıb könül xanam,

Qıyma ki, həsrətdə yanam.

Sən gələn yola qurbanam

Yolların daşlı olmasın.

Bu nə yagış tökur göydən?

Göz yaışmı götur göydən.

Bir az günəş gətir göydən

Baharım qışlı olmasın..

Sevinc Yunuslu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBu mövzuda digər xəbərlər:
Şənbə üçün nəzm
12 Aprel 2025 08:13
seeBaxış sayı:146
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Oktyabr 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see399

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see286

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see286

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see280

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see253

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see245

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see211

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see210

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see197

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see197

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see196

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see194

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see187

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see186

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see186

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see177

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see166

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see162

Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yol Vüqar Rəhimzadə

04 Oktyabr 2026 10:30see158

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri