Icma.az
close
up
RU
Şənbə üçün nəzm

Şənbə üçün nəzm

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qanadlı ayaqlarla yol gedən zaman,

Barmaqlarda gizlənən bir hikmət varmış:

“Bu da keçər...” deyə pıçıldayan üzük,

Yaralara gülümsər, ehtirasa qarışmış.

Şad-xürrəm yaşamağı öyrədir insana,

Qorxmuş dünyanın içində dik dayanmağı.

Quzğunlar da bir gün anlayacaq bəlkə -

Göylər qu quşlarını sevir hər axşamı.

Sinəsində ürək gəzdirən bəndələr,

Kinlərinin, vədlərin yorğun əsirləri...

Bilsinlər: bəraət yazılmayıb heç vaxt

Əzabların alnına, ağrı səhifələri.

Həyat əmr verib yaşamağa insanı

Zəfər soraqlı son nəfəsinə qədər.

Bir müdrikin kəlamı düşməsin yadından:

Nə gəlirsə ömrünə - inan, “bu da keçər...”

***

Bu şəhəri sevirəm - yuxusuz gecələri,

Doğma ocaq nəfəsi kimi isti küçələri.

Bakir zülmət qoynunda ağlımı itirmişəm,

Bir şəhərin sevgisinə çevrilmişəm beləcə.

Bu şəhərdə doğulub yenidən böyümüşəm,

Dumanını nəfəs tək çəkmişəm içimə.

Dizlərimə güc verib, ruhumu əyməyib,

Sığınacaq olubdur ən çətin günlərimə.

Burda xəyallar belə tavana çevriləndə

İnsan göyə yaxınlaşır - qəribə sirr kimi.

Yaşıllığa bürünmüş bir kareta tək gəzir

Məni küçə-küçə bu şəhər sakitcə indi.

Zaman qırış salmayıb onun gözlərinə,

Pozulmayıb dünyanın çirkli nizamıyla.

Yaşayacaq uzun illər nəfəsimdə belə -

Mən getmərəm bu şəhərdən heç yana... heç yana.

***

Həyat dalan deyil, düz bucağı yoxdur,

Bu dünya girdədir - hikməti bundadır.

Kainat şəfəqini yalnız ona verir

Qəlbində böyük sevgi yaşadan adamdır.

Biz də bu dünyanın bir zərrəsi kimi

Su, qan, torpaq, ətlə yoğrulmuşuq axı.

Fanidir hər səltənət, fanidir şərbətlər,

Ömür keçib gedəndə qalır insan haqqı.

Həyat dalan deyil - özünə sual ol,

Öz içində cavab tap gecənin yerində.

Bir gün güzgü önündə dayanıb görəcəksən

Əvvəlini, sonunu öz baxışlarının içində.

Qurbansız qurbangah yoxdur bu dünyada,

Şam yanır - istisini ayırır özündən.

Göylər qırış toxuyur yorğun üzlərimizə,

Allah qalib çıxır yenilmiş şeytanın üstündən.

***

Qaranlıq səmada işıqlı möhür var,

Ulduzlar yağış kimi tökülür göylərdən.

Qaçmağa yer yoxdur ədalət hökmündən,

İnsan dərisini soyur sanki göy hərdən.

Göylərin altında hamımız qonağıq,

Kimi yuxudadır, kimisi oyaq.

Bir gün görünməyən divar önündə

Hamı dua edəcək titrəyərək ayaq.

Bu dünya fanidir, heç kim günahsız deyil,

Mələyi cinlərdən seçmək çətindir yenə.

Qaranlıq səmada işıqlı möhür tək

Bir həqiqət qalacaq insanın üstünə.

Tanrı, min şükür oyanan ürəyimə,

Döyündüyüm günə, saata, zamana.

Sinəmdə yuva salan böyük kainata,

Səbr verən o görünməz imtahana.

İrinsiz yaralara şükür bu ömürdə,

Səssiz keçən illərə, sınanmağıma.

Həyat min yol dartıb qıraqlarımdan,

Yenə dönməmişəm öz inadımıdan.

Sən arxamsan, dayağımsan həyatda,

Nəzərini çəkmədin heç zaman məndən.

Savabım da, günahım da boynumda mirvari

Diriliş günü kimi keçir hər həftəm.

***

Ey insan, sən çöldən tapılmamısan,

İnsandan doğulmusan - insan adın var.

Qoru ruhunu da, adını da daim,

Ən böyük mükafatın elə bunlar.

Ana duası, ata nəfəsi

Qol-qanad verir insan ömrünə.

Həyat sevinc ilə kədərin qarışığıdır,

İnsanlıq yaraşır yalnız insana.

Bir gün əcəl gəlib səni çağıranda

Zəhmətin keçəcək gözlərinin önündən.

Və səni yola salan insanların dilindən

Bir rəhmət qalxacaq səmaya dərindən.

Daş üstə yazılar doğumla ölüm,

Ömür çox qısadır baxa bilsən sən.

Xatirələrdə yaşayan insanlar

Öləndən sonra da yaşayır hərdən.

Nigar Həsənzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBu mövzuda digər xəbərlər:
Şənbə üçün nəzm
12 Aprel 2025 08:13
seeBaxış sayı:157
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 May 2026 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see982

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see453

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see355

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see274

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see263

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see262

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see253

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see241

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see231

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see211

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see205

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see198

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see196

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see195

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see194

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see191

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see188

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see184

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see183

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri