Icma.az
close
up
RU
Şənbə üçün nəzm

Şənbə üçün nəzm

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Göz yaşını qurutmağın yanında

Bir dənizi qurutmağa nə var ki

Dərd eləmə, qurban olum dərdinə

Unut məni, unutmağa nə var ki

Mən ki sənin sevmədiyin

adamam

Elədirsə, kimin dərdin çəkirsən?

Get tarının, mizrabanın

dərdin çək

Niyə gəlib simin

dərdin çəkirsən?

Axtardığın mən olsam da, əzizim

İtirdiyin mən deyiləm, bilirsən...

Mən olsamda, itirdiyim adamı

Axtarmaram, sən deyiləm,

bilirsən...

Bir baxçada gül olsan da sonunda

Ləçək-ləçək qurudulan qadınsan

Unut məni, unutmağa nə var ki?

Sən özün də unudulan qadınsan

***

Mən səni neynirəm ki...

Sən olsan da sevirəm,

olmasan da sevirəm

Ey dodağı yasəmən,

yanaqları qızılgül

Qorxma payız gələndə

Sən solsan da sevirəm,

solmasan da sevirəm.

Sən sev deyə sevmirəm...

Mən səbəbsiz sevirəm,

qarşılıqsız sevirəm

Sizin sevgiləriniz, bu gün olur,

sabah yox.

Mən sevəndə bir ömür

ayrılıqsız sevirəm.

Mən səni neynirəm ki...

Sən olmayan günlərin

Hər günü bir şeirdi, hər

günü bir qəzəldi

Səndən gözəl olmasın,

sənsizlikdə gözəldi

***

Sən qəribə qadınsan

Nəfəsin od kimidir

Buz kimi görsənirsən

Sən öz dərdi bir yana

Hamının dərdin çəkən

Qız kimi görsənirsən

Sən qəribə qadınsan..

Gözlərində həqiqət

Dilində yalan yatır

Ürəyində məhəbbət

Qoynunda ilan yatır

Sən qəribə qadınsan

Yalandan dilin küsüb

Dodaqların öpüşmür.

Gözlərin açıq qalıb

Kirpiklərin görüşmür

Özünü danlamaqla,

Ağlamaqla ötüşmür.

Sən qəribə qadınsan

Əməlin arzularla

Bir gün üst-üstə düşmür.

Səddam Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBu mövzuda digər xəbərlər:
Şənbə üçün nəzm
12 Aprel 2025 08:13
seeBaxış sayı:241
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Fevral 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see399

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see286

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see286

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see280

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see253

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see245

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see211

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see210

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see197

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see197

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see196

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see194

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see187

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see186

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see186

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see177

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see166

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see162

Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yol Vüqar Rəhimzadə

04 Oktyabr 2026 10:30see158

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri