Icma.az
close
up
RU
Menu

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

“Səndə olmayan ədaləti özündən kənarda yarada bilməzsən“

“Səndə olmayan ədaləti özündən kənarda yarada bilməzsən“

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

ABŞ-ın Rusiya–Ukrayna müharibəsinin dayandırılmasına yönələn diplomatik təşəbbüsləri Vaşinqtonla Kiyev arasında təhlükəsizlik prioritetləri və danışıqların şərtləri ilə bağlı fikir ayrılıqlarını gündəmə gətirir. Xüsusilə, Ukraynanın Rusiyanın enerji infrastrukturuna zərbələri, ABŞ-ın kəşfiyyat dəstəyi və mümkün prezident seçkiləri ətrafında yaranan mübahisələr Vaşinqtonun Moskva ilə danışıqlarda hansı güzəştlərə hazır olduğu sualını aktuallaşdırır. 

Maraqlıdır,  ABŞ-ın Rusiya–Ukrayna müharibəsinin dayandırılması istiqamətində yürütdüyü siyasət, xüsusilə Vaşinqtonun Kiyevə təzyiqləri və Moskva ilə mümkün razılaşmalara üstünlük verməsi beynəlxalq siyasi münasibətlər sisteminə necə təsir göstərə bilər? Bu yanaşma Rusiyanın sülh danışıqlarında mövqeyini dəyişməsinə real təsir göstərə bilərmi, yoxsa əksinə, Moskvanın mövcud tələblərini daha da sərtləşdirməsinə şərait yarada bilər?

Mövzu ilə bağlı Moderator.az-a politoloq Natiq Miri açıqlama verib. 

Politoloq qeyd edib ki, Donald Trampın ikinci dəfə hakimiyyətə gəlişi beynəlxalq hüquqla yanaşı, beynəlxalq münasibətlər sistemini də tamamilə alt-üst edib:

"Bu gün dünyada hüquqi nihilizm hökm sürür. Hüquq, beynəlxalq hüquq ayaqlar altına atılır. Bu gün “haqlı olan güclüdür” prinsipi öz yerini “güclü olan haqlıdır” prinsipinə verib. Buna görə də əvvəlcə güc tətbiq edilir, sonra isə bu, beynəlxalq hüquqla əsaslandırılmağa çalışılır.

Beynəlxalq münasibətlər sistemində də eyni faciəvi böhran yaşanır. Bu cür davranışlar, xüsusilə də ədalətli tərəfə deyil, təcavüzkar tərəfə üstünlük verilməsi, ona güzəştlərin edilməsi, seçim qarşısında qalındıqda ədalətin deyil, zalımın yanında dayanılması dünya üçün sarsıdıcı nəticələr doğuracaq. 

Çünki ədalət, ilk növbədə, hər bir insanın daxilindədir. İnsanın özündə olmayan ədaləti özündən kənarda yaratması mümkün deyil. “Mən müharibə tərəfdarı deyiləm, müharibələri dayandırmaq istəyirəm, ölümdən yana deyiləm, hətta Nobel Sülh Mükafatına iddialıyam” kimi gülünc fərziyyələr həqiqəti əks etdirmir. Bütün bunlar Donald Trampın özü ilə yanaşı, ABŞ-ın hegemon nüfuzuna da sarsıdıcı zərbələr vurur".

Natiq Miri vurğulayıb ki, söhbət etimadın itirilməsindən gedir. Bu dünyada ən qiymətli şey etibar və etimaddır:

"Konqresə aralıq seçkiləri naminə və ya dizel yanacağının qiymətinin qısa müddət ərzində bir neçə dollar aşağı düşməsi naminə bütövlükdə bir xalqı gözardı etmək, Ukraynada hər gün həlak olan körpələrin qanını görməzdən gəlmək, yurd-yuvasını zorla tərk etməyə məcbur edilən doqquz milyondan çox ukraynalını, dağıdılan evləri, şəhərləri, müəssisələri və yaşayış məskənlərini nəzərə almamaq dünya vicdanına, Tramp səviyyəsində, vurulan ən böyük zərbələrdən biridir.

Beynəlxalq münasibətlər sistemindən danışarkən nəzərə almaq lazımdır ki, bu sistemi formalaşdıran insanlardır, əsas amil insandır. Bu cür hadisələr insanların vicdanında çox ciddi izlər buraxır. Eyni zamanda, belə ədalətsiz davranışlar başqalarının vicdanında da presedent yaradır, xəyanəti daha asan və məqbul göstərir. 

Necə ki, cəzasızlığın hökm sürdüyü yerdə cinayətlərin sayı artır, xəyanət də eyni mexanizmlə yayılır. Xəyanət elə bir toxumdur ki, onun cücərməsi və daha geniş miqyasda inkişaf etməsi üçün münbit şərait yarandıqda, dərhal böyüməyə başlayır.

Beləliklə, Donald Trampın davranışı beynəlxalq münasibətlərə, beynəlxalq hüquqa, dünya nizamına və qlobal ədalətə ciddi təsir göstərməklə yanaşı, bu dəyərləri də dəhşətli dərəcədə sarsıdır. Əslində, bu, ABŞ Prezidenti Donald Trampın və onun administrasiyasının bəhanəsidir. Guya Rusiyaya müəyyən cəlbedici təkliflər verməklə, bunun müqabilində Moskvanın güzəştə gedəcəyi, danışıqlara razılaşacağı, hətta perspektivdə atəşkəsə razılıq verəcəyi iddia olunur. Bu, özünü aldatmaqdan başqa bir şey deyil. 

Belə yanaşma Rusiyaya vaxt qazandırmaqdan başqa heç bir işə yaramayacaq. Rusiya hazırda təngnəfəs vəziyyətdədir. Müharibənin maliyyələşdirilməsi ciddi problemə çevrilib. Sanksiyaların təzyiqi altında olan Rusiyaya yeni nəfəs və əlavə imkanlar yaradan Donald Trampdır. Donald Trampın siyasəti Rusiyaya bu imkanları verir. Belə şəraitdə Vladimir Putin bunları bu qədər rahatlıqla əldə etdiyi halda, niyə güzəştə getməlidir?

Bundan başqa, Vladimir Putin bu müharibəni başlatsa da, onu başa çatdıra bilmir. Çünki müharibənin bitməsinin öz hakimiyyətinin sonunu gətirə biləcəyini çox yaxşı anlayır. Bunu həm Kremldəki dairələr, həm də Prezident Putin dərk edir. Buna görə də heç bir güzəştdən söhbət gedə bilməz. Əksinə, bu yanaşma Rusiyaya müharibəni daha uzun müddət davam etdirmək üçün yeni maliyyə imkanları qazandıracaq.

Donald Tramp ikinci dəfə hakimiyyətə gəldikdən bəri Vladimir Putinlə birbaşa təmaslar zamanı və ya telefon danışıqlarında hər zaman Rusiya prezidentinə öz mövqelərini təslim edib, yəni uduzub. Çünki bu adam diplomat və siyasətçi deyil, alverçidir. Buna görə də bütün məsələlərə yalnız mənfəət prizmasından yanaşır".

Pərvin Şakirqızı 
Moderator.az/ Redaktor

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Oktyabr 2026 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see338

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see306

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see293

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see290

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see281

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see281

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see248

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see244

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see209

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see208

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see204

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see202

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see200

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see197

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see194

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see192

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see189

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see186

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see166

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri