Sənə nənən qurban açıqlaması: 61 ildir, Neftçi azarkeşiyəm FOTO İdman və Biz
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Birinci dəfədir ki, əsas heyətdə meydana çıxmasına baxmayaraq, çox yaxşı oyun nümayiş etdirdi".
İdman.biz xəbər verir ki, bunu "Neftçi" klubunun futbolçusu Murad Məmmədovun nənəsi Əfiqə Məmmədova bildirib.
"Neftçi" klubunun Azərbaycan Premyer Liqasının 13-cü turunda "Şamaxı" ilə oyunla bağlı sosial şəbəkədəki paylaşımında nəvəsini dəstəkləyən Ə.Məmmədova azarkeşlərin və izləyicilərin rəğbətini qazanıb. Çoxları "nənə xeyir-duası belə olar" deyə onu təqdir ediblər.
"On bir illik zəhmətin bəhrəsini görürük. İlk dəfə əsas heyətdə oynayır. Buna baxmayaraq, məhsuldar ötürmə və bir qolla yadda qaldı. 68 yaşım var, 61 ildir, "Neftçi" azarkeşiyəm. Ümid edirəm ki, "Neftçi" yenidən liderliyə yüksələcək. Nəvəm də komandanın qalib gəlməsində əlindən gələni etməlidir", - deyə Ə.Məmmədova vurğulayıb.
Qeyd edək ki, Murad Məmmədov görüşün 4-cü dəqiqəsində mükəmməl qolla hesabı 2:0-a çatdırmışdı (Oxu.az).
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 08 Noyabr 2024 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















