Icma.az
close
up
RU
“Sənətkarın dostu” layihəsi çərçivəsində Qarabağ Universitetində ustad xanəndə ilə görüş keçirilib

“Sənətkarın dostu” layihəsi çərçivəsində Qarabağ Universitetində ustad xanəndə ilə görüş keçirilib

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Qarabağ Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Qarabağ bölgəsində “Mədəniyyət rüzgarı” adlı silsilə tədbirlərə başlanılıb. 

XQ xəbər verir ki, MEMİM-in “Sənətkarın dostu” layihəsi üzrə oktyabrın 20-də Xankəndi şəhər Qarabağ Universitetinin İncəsənət fakültəsində Əməkdar incəsənət xadimi, ustad xanəndə, pedaqoq Aqil Məlikovla görüş keçirilib.

Fakültənin dekanı bəstəkar Türkər Qasımzadə çıxış edərək layihənin təşkilinə görə təşəkkürünü bildirib, bu kimi maarifləndirici layihələrin müəllim və tələbələr üçün önəmini vurğulayıb. 

MEMİM-in direktor vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov çıxışında dövlətimiz tərəfindən sürətlə dirçəldilən Qarabağın mədəni həyatında MEMİM-in də müəyyən qədər payının olmasından məmnunluğunu dilə gətirib, layihənin qonağı Aqil Məlikova dəvəti qəbul etdiyi üçün minnətdarlığını bildirib. 

Sonra görüş MEMİM-in əməkdaşı Ləman Eyyubovanın moderatorluğu ilə davam edib. 

Aqil Məlikov Azərbaycan klassik xanəndəlik məktəbləri, müxtəlif muğam və dəstgahlarda qəzəllərin ifa üçün düzgün seçilməsi, gənc ifaçıların həm ixtisas, həm də nəzəri baxımdan maarifləndirilməsi kimi məsələlərdən söz açıb.

İnteraktiv formatlı görüşdə İncəsənət fakültəsinin müəllimləri – tarda Bəhruz Zeynalovun, kamançada Fərid Babayevin, nağarada tələbə İlqar Süleymanlının müşayiəti ilə bu fakültədə təhsil alan Xədicə İsmayılova “Mahur-hindi”, İsmayıl İsmayılov isə “Rahab” muğamlarını səsləndiriblər. 

İncəsənət fakültəsinin müəllimlərindən Əməkdar artistlər Səbuhi İbayev, Fehruz Məmmədov (Səxavət) və Ehtiram Hüseynov, həmçinin xanəndə Səbinə Ərəbli bir-birindən maraqlı ifaları ilə tədbirə rəng qatıblar.

Sonda Aqil Məlikov auditoriyanı maraqlandıran sualları cavablandırıb.

Qarabağ Universitetinin professor-müəllim heyəti və tələbələrinin iştirak etdiyi görüş maraqla qarşılanıb.

N.Adilqızı
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Oktyabr 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri