“Səngəçal yarımstansiyası enerji ixracını artıracaq” DEPUTAT
Icma.az, Sia Az portalına istinadən məlumat verir.
"Səngəçal yarımstansiyasının istifadəyə verilməsi Azərbaycanın enerji ixracının artmasına və bütövlükdə ixrac imkanlarının genişləndirilməsinə gətirib çıxaracaq". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, nəzərə alsaq ki, sözügedən yarımstansiya vasitəsilə ölkənin vahid enerji sisteminə inteqrasiya olunan elektrik enerjisi istehsalının həyata keçirilməsi reallaşacaq:
"Bu layihə Azərenerji ilə BP şirkəti arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında reallaşır. Bir məqamı da nəzərə almaq lazımdır ki, sözügedən layihənin icrası nəticəsində terminalın illik təxminən 500 milyon kilovat-saat elektrik enerjisi tələbatı ödəniləcək və enerji təminatı həyata keçiriləcək.
Bu da təbii ki, təxminən 150 milyon kubmetrə yaxın təbii qaza qənaət edilməsi deməkdir. Eyni zamanda, təxminən 330 min ton karbon emissiyasının azalmasına imkan yaradacaq.
Bu baxımdan, yarımstansiyanın istifadəyə verilməsi bir tərəfdən təbii qaza qənaət edilməsinə və bu istiqamətdə ixrac imkanlarının genişləndirilməsinə, digər tərəfdən isə ekoloji baxımdan daha çox yaşıl enerjinin istehsalına imkan yaradacaq.
Təbii ki, bu, Azərbaycanın enerji infrastrukturunun genişləndirilməsi baxımından vacib layihədir. Bir mənalı şəkildə enerji istehsalımızın artmasına və bütövlükdə gələcəkdə həm təchiz edilən təbii qazın, eyni zamanda istehsal edilən enerji məhsullarının ixracının genişləndirilməsinə gətirib çıxaracaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 04 Avqust 2026 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















