Icma.az
close
up
RU
Səni görəndə dəniz də ağzının suyun axıdır Yeni imza

Səni görəndə dəniz də ağzının suyun axıdır Yeni imza

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kulis.az Hacıbala Mahmudovun şeirlərini təqdim edir.

Səni görmək...

Səni ilk dəfə görəndə külək sahildə uşaqların çərpələngini oğurlayırdı,
Havanın qanı qaralmışdı, islanmışdıq, buludlar soğan doğrayırdı.
Səni görmək təxəyyülümün ən çılğın ehtirası, kor adamın gördüyü ən rəngli yuxudur,
Səni görəndə dəniz də ağzının suyun axıdır.
Səni görmək səndən gələn ətrin ürək notlarının səsini duymaq,
Səni görmək həbsxanada qaşıqla taxtanın üzərində qadın heykəli oymaq.
Səni görmək qəlbimin xəfif külək toxunuşlu əsintisi,
Bir körpənin doğuşda həyatını itirmiş anasının qucağında cənnət gəzintisi.
Səni görmək yaz dirilişi, təbiət canlanması,
Səni görmək dünyanın ən son həftəsinin qiyamət günü, yer və göyün nişanlanması.
Səni görmək çarəsizliyimlə barışmaqdı, bircə dəfə güləsən deyə barmaqlarımı çənəmin altında hörməyimdi.
Məsələ səni görmək deyil, sənin məni görməyindi...

Müşahidə etdiklərim...

Üzünə düşən ikinci yağış damcısından sonra, ovcunu səmaya doğru tutan adamın şübhəsi qədərdi, inancımız.
Yoxlayırıq, hər şeyi yoxlayırıq.
Dərmanların sitayiş etdiklərimizdən daha təsirli olduğunu düşünürük, kəsmirsə sancımız.
Gülərüz insanların həyatı, sonu ayrılıq və ölümlə bitən filmdən daha dramatikdir.
Zəncirvari nöqsanlarımın tövbələri, ağ vərəq üzərində düzəlişlər kimidir. Etdiyim günahlar, hamısı qramatikdir.
Gördüklərimizə verdiyimiz adlar - düşüncə güzgümüzün əks etdikləridir.
Bütün toylardan yadımda qalan - tanımadığım insanların, bir-biri ilə rəqs etdikləridir.
Ulduzlar - göy üzünün yeniyetməlik səpkiləridir.
Burulğan, fırtına - dənizin intiharlara ilkin təpkiləridir.
Buludlar - yadplanetlilərin təhlükəsizlik yastıqlarıdır.
Yalnışlar - kafirlərin İsa deyil, əvəzinə başqasını çarmıxdan asdıqlarıdır.
Gənclik - qaçaraq, birnəfəsə qalxdığın pilləkənləri sürüşməkdi, sürahilərdə.
Allaha sevgi, bəlkə də, bizdən daha çoxdu, ateist saqqallı dahilərdə.
Bütün rənglərin boz olduğu şəhərdə, saçlarımın ağarmağa başlaması, ahəngə uyğundur.
Ağlamaq - mühit dəyişkənliyinə alışan birinci duyğundur.
Sevgi - ürək xəstəliyi, ritm pozğunluğudur.
Sərbəstlik - evdar qadın yorğunluğudur.
Sən, gecə korluğum,barmaq məsamələrimin yaddaşı.
Eşq- ipə-sapa yatmayan qozbelin əhlət daşı.
İnsanlar - cənnətdən qovulmuş mələyin ən yaxın qonşusu.
Dünya - günahkarların gecəqondusu...

Getmə...

Soyuyub... Masadakı yemək, hava, insanlar... hər şey soyuyub.
Daha yağışlı havada bir çətir, iki yad insanı birləşdirmir.
Daha heç kim ümumi çəkilən ailə fotosuna başını yerləşdirmir.
Darıxır, hər kəs darıxır. Avtobus kartını keçid aparatına yaxınlaşdıranda, gələn səsdən aydın olur təkliyin.
Ürəyinin başına qışqırır - yolboyu xəyalınla döyüşən birnəfərlik oturacaqdakı gərçəkliyin.
Darıxmağın da, zamanı var. Xatirələr mücrüsünün açılması, axşamçağı, şərqarışan vaxtı. Günəşin üzünün, bakirəliyini yenicə itirmiş qız kimi qızarması.
Vurulub, sağ qalmağa çalışanların sol tərəfini tutub uzandığı yalnızlar kazarması.
Hərdən, düşünürəm ki, bəlkə də, biz ayrılmaq üçün görüşmüşük. Bəlkə də, aramızdan keçir yer kürəsinin xəyali oxu.
Mən belə şeylərə inanan adamam, onsuzda, çoxdandı kilsə rahibləri kimi yaşayıram: İş,dua,yuxu...
Yox, heç nə demə. Xoşbəxtlik, yatan körpə qədər sakitliyi sevir.
Gedirsən? Onsuzda, bildiyini edəcəksən. Qadınlar seçimlərində sabitliyi sevir.
Bu gecəlik getmə, hara gedirsən?! Qar səkini dimdikləyir.
İndi küçədə it yiyəsin tanımır, qaranlıq işıq dirəklərin çimdikləyir.
Belə getmə! Səssiz, barmaqların ucunda, stuldan sürüşən köynək kimi.
Səninki səmaya aşiq olan birini öldürməkdi, şimşək kimi.
Mən, yalnız, sən yuxuda ikən ölə bilərəm. Məni həyata heç nə bağlamır, gözlərindən başqa.
Neçə gecə yuxusuz qala bilərsən?! Axı, hamı intihar edənlərin yaşamasını istəyir... Özlərindən başqa...

Səndən sonra...

Sən gedəndə payız idi, deyəsən,
Külək ağac budaqların əyirdi.
Çəp yağışın damcıları aramsız
Üzümüzə, gözümüzə dəyirdi.

Başındaydı ayrılığın havası
Əlvidalar düyünlüydü dilinə.
Doluxsunub dayanmışdım eləcə,
Göz yaşlarım istəmirdim bilinə.

Səndən sonra nələr oldu bilirsən?
Köynəyimə özüm vurdum ütünü.
İçkilərin əzbərlədim dadını,
Nəfəsimə öyrəşdirdim tütünü.

Zaman biraz yubanmadı, qocaldım,
Təqvim özün sığalladı boşuna.
Cavan vaxtı bəyənmirdin sən məni,
İndi necə gəlim sənin xoşuna?!

Gözəlliyin dəyişməyib açığı
Məni atan qız kimisən indidə.
Əllərinə toxunmadan bilirəm,
Üşüdərsən, buz kimisən indidə...

***

Kaş anam otuz il cavan olaydı,
Qazanın dibini yandıran yaşda.
Babama mətbəxdən çay aparanda,
Stəkan, nəlbəki sındıran yaşda.

Üzünə nisbətən ovuclarında,
Anamın daha çox qırış olaydı.
Heç mən də gəlməzdim dünyaya hələ
Atamla yenicə tanış olaydı.

Kaş anam otuz il cavan olaydı
Mən də ki, yenicə dil açan uşaq.
İlk dəfə ürəkdən ana deyəydim
Bütün deyəcəyim sözlərdən qabaq.

Kaş anam otuz il cavan olaydı,
Səsinə laylalar bəstələnərdi.
Kaş zaman sürətli keçməsin deyə
Saatın əqrəbi xəstələnərdi.

Onu itirməyin vahiməsini,
Ağlımdan biryolluq silə biləydim.
Ana acısını dadmamaq üçün,
Ondan bir gün qabaq ölə biləydim...

***

Mənim kimi xəstələrin
Tapılmır ki əlacları.
Bir az, həyat yorur məni
Bir az, Bakı tıxacları.

Bir az səni düşünürəm
Həmişəki yerimizdə.
Yaxşıdı da, nəsə qalıb,
İkimizdən birimizdə.

Günah, yəqin, məndə olub
Günah olmur gedənlərdə.
Tez-tez səni axtarıram,
Başqa-başqa bədənlərdə.

Mənim səndə vaxtım qalıb,
Qaytararsan vaxtın olsa.
Səndə də heç günah yoxdu.
Qız olmazdın, baxtın olsa.

Bir şüşəlik deyil bu dərd
Gərək yeşik-yeşik alım.
Görən, səni unutmağa,
İt saxlayım, pişik alım?!

Görən, səni unutmağa
Bəs edərmi şəkillərin!?
Sən gedəni düşməniyəm
Bütün soyuq fəsillərin

Yaxşı, bir de, necəsən e?
Xoşbəxtsənmi uzaqlarda?
Görən, yenə, sən güləndə,
Batıq qalır yanaqlarda?!

Sən ərköyün, mən qürurlu
Od və barıt aralığı.
Gözlərinə çəkib biraz,
Taleyimin qaralığı.

Getmisənsə, qayıtma heç.
Bizimki çox gedə bilməz.
Bir maşında iki nəfər
Sürücülük edə bilməz.

Məsumluq və dəliliyin vəhdəti - Müasir yazıçılar sovet yazıçılarına uduzur? Ahmet Kurala “Ən yaxşı aktyor” mükafatı verildi Uşaq pulu mütləq verilməlidir! - Aqil Abbasla səmimi söhbət
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://kulis.az
archiveBu xəbər 01 İyul 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri