SENSASİYA: Paşinyan onların telefon danışığını dinləyir XƏBƏRDARLIQ EDİLDİ KONKRET
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistanda dövlət qurumlarından birinin əməkdaşları üzərində siyasi nəzarət və təzyiq iddiaları gündəmə gəlib.
KONKRET.az xəbər verir ki, “Hraparak” qəzetinin yaydığı məlumata görə, dövlət qurumlarından birinin əməkdaşı redaksiyaya bildirib ki, parlament seçkilərindən sonra onların rəhbəri kollektiv iclas keçirərək işçilərə xəbərdarlıq edib.
İddiaya əsasən, rəhbər bildirib ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) əməkdaşların telefon danışıqlarını dinləyib və hər kəsin hansı siyasi qüvvəyə səs verdiyi barədə məlumatlara malikdir.
Mənbənin sözlərinə görə, rəhbər müxalifətə simpatiya bəsləyən və Baş nazir Nikol Paşinyanı tənqid edən şəxslərin dövlət sistemindən uzaqlaşdırılacağını deyib. Bu açıqlama bəzi əməkdaşların narazılığına səbəb olub.
Onlar telefon danışıqlarının dinlənilməsinin qanuni əsaslarını sorğulayıblar.
Məlumata görə, etirazını ən fəal şəkildə ifadə edən, müxalif baxışları ilə tanınan əməkdaş sonradan yazılı töhmət alıb.
Qeyd edək ki, bu iddialarla bağlı hələlik Ermənistan hakimiyyəti və ya MTX tərəfindən rəsmi açıqlama verilməyib.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:211
Bu xəbər 17 İyun 2026 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















