Icma.az
close
up
RU
Sentyabrda dəhşətli müharibə: Ermənistanı silkələyən xəbər

Sentyabrda dəhşətli müharibə: Ermənistanı silkələyən xəbər

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Ermənistanın Baş naziri Nikol Paşinyan olduqca məntiqli bir fikir söyləyib”.

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan belə deyib.

Parlamentin “Xarici kəşfiyyat fəaliyyəti və kəşfiyyat xidməti haqqında” Qanuna əlavə və dəyişikliklərin müzakirəsi zamanı müxalifətdən olan “Ermənistan” fraksiyasının deputatı Armenui Qurgeryan Baş nazir Nikol Paşinyanın qarşıdan gələn seçkilərdə hakim “Vətəndaş Müqaviləsi” partiyasının konstitusion çoxluğu qazana bilməyəcəyi təqdirdə sentyabr ayında fəlakətli müharibənin başlayacağı barədə açıqlamasına dair sual verib:

“Bu açıqlama Xarici Kəşfiyyat Xidməti tərəfindən konkret məlumatlar əsasında verilib, yoxsa Xarici Kəşfiyyat Xidmətinin bundan xəbəri olmayıb? 

Əgər belə deyilsə, onda belə bir açıqlamanın hansı əsasla verildiyini, onu təsdiqləmək və ya müvafiq faktı qeyd etmək üçün konkret əməliyyat kəşfiyyat məlumatlarını əldə etmək cəhdlərinin olub-olmadığını və bizə qarşı bu müharibəni hansı ölkənin başlamalı olduğunu öyrənməyə çalışmısınızmı?”, - deyə müxalifət nümayəndəsi sual edib. Buna cavab olaraq Kristine Qriqoryan Baş nazirin sözlərinə aydınlıq gətirib:

“Əgər seçki kampaniyası zamanı bir-biri ilə rəqabət aparan siyasi qüvvələr sülh arxitekturasının təməl daşlarını şübhə altına almağa başlasalar, bu, sülhün gələcəkdə məhv ola biləcəyini göstərir. 

Baş nazirin sözləri də bu məntiqə uyğun olaraq başa düşülməlidir”.Buna cavabında Armenui Qurgeryan isə Paşinyanın fikirlərini məntiqsiz adlandırıb.

Qeyd edək ki, Nikol Paşinyan hakimiyyəti “Sülh partiyası”, müxalifəti isə  “Müharibə partiyası” adlandıraraq Ermənistan cəmiyyətini seçim etməyə çağırıb.

Baş nazir aprelin 6-da verdiyi açıqlamada müxalifətin seçkilərdə qalib gələcəyi təqdridə sentyabr ayında müharibəyə başlayacağını deyib.

O bildirib ki, sülh gündəminin reviziyası Ermənistan üçün təkcə ərazilərin deyil, həm də suverenliyin tamamilə itirilməsi riskini daşıyır.

Bu bəyanatdan sonra radikal müxalifət ardıcıl şəkildə Nikol Paşinyanın fikirlərini təkzib etməyə və sülhə qarşı olmadığını nümayiş etdirməyə çalışır. Çünki Nikol Paşinyanın bəyanatı Ermənistanda siyasi “partlayış”a səbəb olub.

Belə ki, Ermənistanda seçici kütləsi “müharibə yoxsa, sülh” sualı ilə qarşı-qarşıya qalıb. Paşinyanın açıqlaması revanşist qüvvələr üçün problem yaratmağa başlayıb. 

Bu gün Ermənistan cəmiyyəti müharibənin daha ağır məğlubiyyətə və itkilərə səbəb olacağından narahatlıq mövcud olduğundan sülh tərəfdarları üstünlük təşkil edir. Nəticədə, revanşist müxalifət seçkilərdə müharibə əleyhdarlarının və tərəddüdlü elektoratın səslərini itirə bilər.

Eks-prezident Robert Köçəryanın liderlik etdiyi “Ermənistan” blokunun deputatı Armenui Qurgeryanın Paşinyanın bəyanatının hər hansı kəşfiyyat məlumatlarına əsaslanmadığı barədə iddaları əslində, diqqəti revanşistlərin müharibə planlarından yayındırmağa xidmət edir.

Qurgeryanın guya başqa dövlətin Ermənistana hücum edəcəyi barədə sualı da manipulyasiya məqsədi daşıyır. Halbuki, Robert Köçəryan hakimiyyətə gələcəyi təqdirdə, 2025-ci il avqustun 8-də Vaşinqtonda Ermənistanla  Azərbaycan arasında paraflanmış sülh sazişindən və kommunikasiyaların açılmasına dair digər razılaşmalardan imtina edəcəyini açıq şəkildə deyib. 

Sülhdən imtina isə münaqişənin başlanmasına gətirib çıxara bilər. Revanşist müxalifətin digər qütbündə liderlik edən rusiyalı milyarder Samvel Karapetyan da erməniləri Qarabağa qaytaracağını vəd edir.

Onun Qarabağı “ikinci vətənimiz” adlandırması Azərbaycana qarşı ərazi iddialarının davam etdirilməsi deməkdir. Bu da müxalifətin seçkilərdə əsas missiyasının sülhdən imtina və mövcud geosiyasi reallıqları müharibə yolu ilə dəyişməkdən ibarət olduğunu təsdiq edir.

Lakin radikallar bu niyyətlərini açıq şəkildə bəyan edə bilmir. Paşinyan hakimiyyətindən fərqli olaraq, müxalifət cəmiyyətə sülh vəd etmir, eyni zamanda müharibə planlarını da gizlətməklə “kölgə”yə çəkilmək məcburiyyətində qalıb.

Müşfiq Abdulla     
“Cebheinfo.az”

 

Açar sözlər: Paşinyan Kristine Qriqoryan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 May 2026 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see451

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see341

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see332

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see319

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see289

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see288

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see284

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see273

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see271

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see270

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see268

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see266

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see248

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see248

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see248

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see221

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see214

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see209

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see207

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri