Sentyabrın 1 dən Rusiyada bütün telefonlara milli mesajlaşma tətbiqi tələb olunacaq
Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
Rus hökuməti ölkədə 1 sentyabrdan etibarən satışa çıxarılacaq yeni telefon və planşetlərdə milli mesajlaşma tətbiqi MAX-ın quraşdırılmış olmasını məcburi edib.
Sherg.az xəbər verir ki, Rusiya hökumətinin yazılı açıqlamasında, ölkədə WhatsApp və Telegram kimi tətbiqlərin rəqibi olaraq yaradılan MAX-a dair qərar qeyd olunub.
Buna görə, 1 sentyabrdan etibarən satılacaq yeni cihazlarda MAX tətbiqinin quraşdırılması şərt olacaq.
Rusiyada təhlükəsizlik və fırıldaqçılıqla mübarizə məqsədilə WhatsApp və Telegram üzərindən zənglər məhdudlaşdırılır. Qısa müddət əvvəl istifadəyə verilən MAX isə əsasən dövlət qurumları daxil olmaqla sürətlə yayılır.
Çin platforması WeChat-ə bənzədilməsi gözlənilən tətbiq, Rusiya şirkəti VK tərəfindən hazırlanmış mesajlaşma proqramına əsaslanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 21 Avqust 2025 17:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















