SEPAH Hörmüzdən 33 gəminin keçidinə icazə verdi
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri son 24 saat ərzində Hörmüz boğazından 33 gəminin keçidinə icazə verildiyini açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə SEPAH-ın ictimaiyyətlə əlaqələr xidməti məlumat yayıb.
Bildirilib ki, boğazdan keçən gəmilər arasında neft tankerləri, konteyner daşıyan yük gəmiləri və digər kommersiya təyinatlı dəniz nəqliyyat vasitələri olub.
SEPAH bəyanatında qeyd edib ki, ABŞ ordusunun Hörmüz boğazında həyata keçirdiyi hücumlardan sonra yaranan ciddi təhlükəsizlik vəziyyəti fonunda bölgəyə nəzarət gücləndirilib:
"ABŞ ordusunun təcavüzündən sonra yaranmış ciddi təhlükəsizlik şəraitində Hörmüz boğazına nəzarət SEPAH Hərbi Dəniz Qüvvələri tərəfindən qətiyyətlə həyata keçirilir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 24 May 2026 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















