SEPAH ın 39 cu dalğa bəyanatı: ABŞ nin bazaları məhv edilib? VİDEO
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"İran 39-cu dalğa zamanı Fars körfəzində ABŞ-nin bazalarına çoxsaylı raketlərlə hücum edib".
Oxu.Az İran dövlət televiziyasına istinadən xəbər verir ki, bu açıqlamanı İslam İnqilabi Keşikçiləri Korpusu (SEPAH) yayıb.
"Bu dalğada cinayətkar və terrorçu ABŞ ordusunun Fars körfəzi bölgəsindəki bazaları "Emad", "Xorrəmşəhr" və "Qədr" kimi ağır ballistik raketlərlə məhv edilib", - deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 11 Mart 2026 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















