Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

İraola: “Belə bir şey baş verməməlidir”

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

SEPAH ın ideoloji müharibə konsepsiyasından imtina edilməsi vacibdir

SEPAH ın ideoloji müharibə konsepsiyasından imtina edilməsi vacibdir

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


İranın keçmiş ali dini lideri Əli Xameneinin bir həftədən bəri davam edən vida və dəfn mərasimi ötən gün onun doğma şəhəri Məşhəddə başa çatdı. Bizim bəzi soydaşlarımızın, intellektual kimi tanınan insanlarımızın bu mərasimi "əsrin hadisəsi", "bəşəriyyətin ən izdihamlı vida və dəfn mərasimi", "vilayəti-fəqih sisteminə bütün Orta Şərq coğrafiyasında legitimlik qazandıran böyük bir siyasi hərəkat" kimi təqdim etmələri isə, yumşaq desək, dərin təəccüb və həm də təəssüf hissi doğurur. SEPAH-ın ifrat dərəcədə güclənməsinin, bütün regionu qan çanağına döndərən "Hizbullah", husilər, şiə milisləri kimi proksi güc şəbəkəsinin formalaşmasının əsas səbəbkarı olan və Azərbaycan Respublikasına qarşı daim destruktiv siyasətin yürüdülməsinə rəvac verən bir dini-siyasi lideri bu qədər bütləşdirmək bizim soydaşlarımız üçün heç də bəyənilən, təqdir olunası hal deyil.
Hesab edirəm ki, biz Əli Xameneinin ölümündən sonrakı proseslərə matəm pəncərəsindən deyil, fərqli rakursdan, daha geniş kontekstdə yanaşmalıyıq. Niyə fərqli rakursdan baxmalıyıq? Çünki Xameneinin vəfatı İranın "təbii halqası" olan ideoloji ekspansionizmin (regional nüfuz dairəsinin genişləndirilməsi) zəifləməsi üçün bir fürsətdir. Bizim soydaşlarımızın bu mərasimlərə verdiyi aşırı dəyər, əslində, o ideologiyanın hələ də bəzi beyinlərdə yaşadığını göstərir. Halbuki, dövlətçilik baxımından bizim üçün önəmli olan İranın daxili sabitliyinin vəhdəti deyil, bu ölkənin bizim milli maraqlarımıza təhdid təşkil etməyən, praqmatik bir qonşuya çevrilməsidir.
Bu baxımdan, Xameneinin vəfatı ilk növbədə həm İranın özü üçün, həm də bütün Yaxın Şərq və Cənubi Qafqaz üçün yeni bir mərhələnin başlanğıcı kimi nəzərdən keçirilə bilər. Zənnimcə, indi regional məsələlərin qarşıdurma yolu ilə deyil, rasional dialoq vasitəsilə, dinc qonşuluq siyasəti müstəvisində həll olunması üçün daha münbit zəmin yaranır (əlbəttə, əgər Məsud Pezeşkian-Abbas Əraqçi-Məhəmməd Qalibaf üçlüyünün təmsil etdiyi islahatçılar qanadı SEPAH-ın hüdudsuz hökmranlığı üzərində qalib gələrsə). Artıq hadisələri emosional və ya ideoloji təsir altından çıxarıb, soyuq siyasi məntiq və milli maraqlar prizmasından dəyərləndirməyin vaxtıdır. Bu, çox vacibdir.
Xameneinin vəfatından sonrakı mənzərəni təhlil edərkən qeyd etdiyimiz məqamların başında ilk növbədə intellektual "bütləşdirmə" paradoksu gəlir ki, bu da İranın uzun illər ərzində Azərbaycanda apardığı dini-ideoloji təbliğatın nəticəsidir. Bəzi soydaşlarımızın Xameneinin dəfnini "əsrin hadisəsi" kimi təqdim etməsi, bir növ tarixi yaddaşın və reallıqların göz ardı edilməsidir. Dövlətçilik maraqlarını və milli təhlükəsizliyi bir kənara qoyub, uzun illər ərzində regional sabitliyi pozan, Azərbaycanın ərazi bütövlüyünə qarşı illərlə destruktiv siyasət yürüdən bir ideoloqu ilahiləşdirmək, həqiqətən də ciddi təəssüf hissi doğurur. Bu, bəzən dini simpatiya, bəzən isə formalaşmış ideoloji stereotiplərin tənqidi təfəkkürü üstələməsindən irəli gəlir.
İranın idarəçiliyi SEPAH-ın inhisarından çıxıb islahatçılar qanadının əlinə keçərsə, bu, Cənubi Qafqaz üçün də pozitiv nəticələr doğura bilər. Əli Xameneinin dövründə İranın Cənubi Qafqaz siyasəti daha çox Azərbaycanın güclənməsinə mane olmaq və Ermənistanı bir növ "geosiyasi dəyənək" kimi istifadə etmək prinsipinə əsaslanırdı. Lakin əgər yeni rəhbərlik qonşu ölkələrlə rasional dialoqa üstünlük versə, bu, regiondakı böyük layihələrin (məsələn, Zəngəzur dəhlizi və ya regional nəqliyyat qovşaqları) açılmasına da əlverişli şərait yarada bilər. Bunun baş verməsi üçün isə Tehranın "regional hegemonluq" kompleksindən əl çəkməsi, SEPAH-ın "ideoloji müharibə" konsepsiyasından imtina edilməsi vacibdir.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 10 İyul 2026 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see342

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see313

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see276

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see264

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see260

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see250

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see248

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see246

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see243

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see239

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see235

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see234

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see228

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see223

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see219

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see219

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see219

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see209

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see202

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri