Serbiya ilə birgə elektrik stansiyası tikiləcək
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Belqradda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Serbiyanın dövlət enerji müəssisəsi “Serbiya Elektrosənayesi” (EPS) və “Srbijagas” şirkəti arasında Niş şəhərində kombinə edilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair səhmdar sazişi imzalanıb.
500 meqavat gücündə stansiyanın inşasını və birgə müəssisənin təsis edilməsini nəzərdə tutan sənədi SOCAR prezidentinin müşaviri, “SOCAR Türkiye”nin baş direktoru Elçin İbadov, EPS-in baş direktoru Duşan Jivkoviç və “Srbijagas”ın baş direktoru Duşan Bayatoviç imzalayıblar.
Sazişə əsasən birgə müəssisədə Serbiya iştirakçılarının və Azərbaycan tərəfinin hər biri 50 faiz iştirak payı əldə edib. Sənəd tərəflərin hüquq və öhdəliklərini, birgə idarəetmə prinsiplərini, hazırlıq mərhələsində əsas qərarların yekdilliklə qəbul edilməsi qaydasını, həmçinin layihə işlərinin maliyyələşdirilməsi şərtlərini təsbit edir.
İmzalanma mərasimində Serbiyanın dağ-mədən sənayesi və energetika naziri Dubravka Cedoviç-Handanoviç, SOCAR prezidentinin müşaviri Elçin İbadov, EPS-in baş direktoru Duşan Jivkoviç və “Srbijagas”ın baş direktoru Duşan Bayatoviç çıxış ediblər.
Çıxışlarda belə layihələrin Azərbaycan və Serbiya rəhbərlərinin siyasi iradəsi nəticəsində ölkələrimiz arasında formalaşmış strateji tərəfdaşlıq əlaqələrinə əsaslandığı qeyd olunub. Layihənin Serbiyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, elektrik enerjisi sisteminin sabitləşdirilməsinə töhfə verəcəyi bildirilib.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 02 Oktyabr 2026 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















