Icma.az
close
up
RU
Serbiya Prezidenti: Rusiyanın qazla bağlı mövqeyindən ciddi məyus olmuşuq

Serbiya Prezidenti: Rusiyanın qazla bağlı mövqeyindən ciddi məyus olmuşuq

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Serbiya Prezidenti Aleksandr Vuçiç ölkənin qaz təchizatı məsələsində Rusiya tərəfinin mövqeyindən məyusluğunu ifadə edib.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə "Informer" portalı məlumat yayıb.

"Bizə Yeni ilə qədər qaz müqaviləsi təklif etdilər və mən dedim ki, bu bizim üçün çox məyusedici xəbərdir. Biz maya qədər müqavilə bağlamalı idik. Niyə yeni ilə qədər? Çünki onlar bizə demək istəyir: əgər siz NIS-i milliləşdirəcəksinizsə və yaxud başqa bir şey edəcəksinizsə, biz dekabrın 31-də qaz təhcizatını kəsə bilərik", - A.Vuçiç deyib.

Onun sözlərinə görə, belə tədbirlər Serbiyanın NIS-i milliləşdirmək planı olmamasına baxmayaraq, narahatlıq yaradır.

Öz növbəsində, Serbiyanın energetika naziri Dubravka Cedoviç-Handanoviç Prezident Vuçiçin vəziyyəti həll etmək üçün "sehrli çubuğu"nun olmadığını bəyan edib.

Nazir vurğulayıb ki, Serbiya hökuməti beynəlxalq hüquq çərçivəsində hərəkət etmək və ölkəyə investisiya yatırmaq niyyətində olan hər kəs üçün yaxşı tərəfdaş olmaq istəyir: "Şirkətin rəhbərliyi ümid edir ki, Aleksandr Vuçiç ən yüksək səviyyədə hansısa həll yolu tapacaq, amma bilirsiniz, hətta Serbiya Prezidentinin də "sehrli çubuğu" yoxdur".

KİV-in məlumatına görə, Serbiya Prezidenti oktyabrın 13-də "Qazprom"un nümayəndələri və Rusiya hökuməti ilə görüş keçirəcək, burada Belqradın Moskva ilə qarşılıqlı əlaqələri müzakirə olunacaq.

Rusiya bu gün Serbiyaya qazın əsas tədarükçüsüdür.

Serbiyanın enerji təhlükəsizliyinin təmin edilməsi ilə bağlı vəziyyət həftənin əvvəlində ABŞ-nin Serbiyanın neft şirkəti NIS-ə qarşı sanksiyalar tətbiq etməsindən sonra mürəkkəbləşib.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Oktyabr 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri