Serbiya və Şimali Makedoniya arasında qaz kəməri çəkiləcək
Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Serbiya və Şimali Makedoniya arasında qaz birləşdiricisinin tikintisinə tezliklə başlanacaq.
Newscenter.az TASS-a istinadən bildirir ki, bununla da Yunanıstanın Aleksandrupoli şəhərindəki LNG terminalından əlavə qaz təchizatı marşrutu açılacaq. Qeyd edək ki, Serbiya, Bolqarıstan, Yunanıstan və Şimali Makedoniya enerji nazirlərinin Belqradda keçirilən regional sammitdən sonra tərəflər birgə bəyanat imzalayıb.
Sənəddə deyilir ki, Serbiya-Şimali Makedoniya qaz birləşdirici hissəsi üçün ilk borular Serbiyada çatdırılıb və boruların çəkilməsi işlərinə tezliklə başlanacaq.
Yeni qaz kəməri hazırda tikilməkdə olan Yunanıstan-Şimali Makedoniya birləşdirici xəttinə birləşəcək. Yunanıstan hissəsinin 2026-cı ilin sonuna, Şimali Makedoniya hissəsinin isə 2027-ci ilə qədər tamamlanması gözlənilir.
Bəyanata görə, infrastrukturun inkişafı Yunanıstana 2027-ci ilə qədər qaz ixrac gücünü 9,5 milyard kubmetrə çatdırmağa imkan verəcək.
Anar
Bu mövzuda digər xəbərlər:Azərbaycan və Şimali Makedoniya arasında yeni fürsətlər
12 Mart 2025 11:03
Şimali Makedoniya Şaquli Qaz Dəhlizinə qoşulur
16 İyul 2026 00:41
Millimiz Şimali Makedoniya ilə qarşılaşacaq
25 Mart 2025 14:54
Şimali Makedoniya heyəti XİN də
18 İyun 2025 10:28
Şimali Makedoniya Türkiyədən haubitsalar alıb
01 İyul 2025 15:33
Baxış sayı:185
Bu xəbər 06 Oktyabr 2026 19:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















