Sərdar Cəlaloğlu qəza törədib? Mənə qarşı qərəzli münasibət onlar tərəfindən yayılıb
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu avtoqəza törədib.
Redaktor.az xəbər verir ki, bu barədə musavat.com məlumat yayıb.
Hadisə martın 15-də, səhər saatlarında Rəşid Behbudov küçəsində baş verib. İddia olunur ki, partiya sədri mopedi vurub.
Məsələ ilə əlaqədar Sərdar Cəlaloğlu ilə əlaqə saxladıq. Partiya sədri bildirib ki, böyüdüləcək hadisə baş verməyib:
“Sadəcə olaraq moped sürücüsü qırmızı işıqda önümdən keçəndə baqajı avtomobilimə ilişdi, və aşdı. Ciddi bir hadisə olmadı. Mən hadisə yerinə polis çağırmağı təklif etsəm də, moped sürücüsü günahın onda olduğunu bildirərək istəmədi. Haqqımda yayılan məlumatlar mənə qarşı qərəzli münasibət onlar tərəfindən yayılıb. Qoy yazsınlar, onların hamısını məhkəməyə verəcəm”.
Baxış sayı:81
Bu xəbər 17 Mart 2025 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















