Icma.az
close
up
RU
Sərdar Cəlaloğlu: Rusbaş lardan qurtarmaq üçün rus məktəbləri bağlanmalıdır SÖHBƏT

Sərdar Cəlaloğlu: Rusbaş lardan qurtarmaq üçün rus məktəbləri bağlanmalıdır SÖHBƏT

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

 “Rus dilində məktəblər Rusiyanın agentura şəbəkəsindən yüzqat daha təhlükəlidir”


“Rus sektorunda oxuyanların yanaşması odur ki, "ruslar türklərdən, ingilislərdən, amerikalılardan yaxşıdır"


“Azərbaycanda 1 milyon adamı rus dilində oxudursuzsa, deməli, onlar rus kimi düşünəcək və hərəkət edəcəklər. Hətta onların arasından Azərbaycan dövlətinə, xalqına qarşı agentlər də çıxacaq”


"Sherg.az“ın Gündəm söhbəti”nin budəfəki qonağı ADP sədri Sərdar Cəlaloğlu oldu. 

Rusiya Azərbaycanla münasibətləri gərginləşdirməklə özü bölgədə xaos yaradır. Kremlin Cənubi Qafqazın aparıcı dövləti ilə münasibətləri gərginləşdirməsi, mövcud vəziyyətdən çıxış yolları axtarmaması düşünülmüş planın tərkib hissəsinə oxşamağa başlayıb. Rusiya Prezidenti Vladimir Putin gərginliyə anında son verə bilər, ancaq görünür, hələlik bunu istəmir. Azərbaycana qarşı təzyiq siyasəti artıq qara təbliğat vasitəsinə çevrilib. Təbii olaraq, rəsmi Bakı bunu cavabsız qoymayaraq adekvat addımlar atır. Aydındır ki, təyyarəmizin Qroznı hava məkanında vurulmasından sonra Moskva qəribə mövqe tutdu. Kremlin üç günlük susqunluğundan sonra Rusiya Prezidenti Vladimir Putin, daha çox formal xarakter daşıyan, günahını və məsuliyyətini dərk etmədiyini göstərən bir zənglə Azərbaycan Prezidenti İlham Əliyevdən üzr istədi. Lakin üç günlük "sükut" dövründə Kremlin təbliğat maşını olan KİV və teleqram kanalları informasiyanı saxtalaşdırmaq üçün əllərindən gələni etdilər. Təyyarənin "quşlarla toqquşması", "qaz balonunun partlaması" kimi absurd, axmaq fərziyələr ortaya atıldı. Dövlət başçısı bu iddiaları dərhal rədd edərək onları qeyri-ciddi və mənasız adlandırdı. Hadisədən artıq iki aya yaxın vaxt keçməsinə baxmayaraq, Moskva hələ də məsuliyyəti öz üzərinə götürmək və günahkarları cəzalandırmaq istəmir. Əksinə, Rusiyadan Azərbaycana qarşı təhdid və qarayaxmalar artmaqda, şantaj dilinə üstünlük verilməkdədir. Son günlər daha gərgin müstəviyə keçən Azərbaycan-Rusiya əlaqələri ilə bağlı "Şərq"in suallarını cavablandıran Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib ki, münasibətlərin gərginləşməsi son günlərdə baş verən hadisələrlə bağlı deyil və daha dərin kökləri var...


- Sərdar bəy, kəskinləşən Rusiya-Azərbaycan əlaqələri təyyarəmizin vurulması ilə bağlıdır, yoxsa alt qatda başqa səbəblər dayanır? 

- Rusiya-Azərbaycan arasında gərginliyin yaranmasının səbəbləri başqadır. AZAL-ın təyyarəsinin vurulmasından sonra yaranan məsələlər sadəcə prosesin görünən, zahiri tərəfidir. Təyyarə hadisəsi tətikləyici rol oynadı. Əslində isə Rusiyanın məqsədi Azərbaycanı öz təsir dairəsinə salmaq, dövlətimizin müstəqil xarici siyasət aparmasının qarşısını almaqdır. Kreml Bakı qarşısında Türkiyə ilə əlaqələri zəiflətmək, ABŞ və Avropa ilə münasibətlərə yenidən baxmaq, Ukraynaya dəstək verməkdən çəkindirmək kimi şərtlər qoyur. Azərbaycan bu şərtləri qəbul etmək niyyətində deyil. Çünki bu şərtlər müstəqilliyimizin, suverenliyimizin məhdudlaşmasına, hətta itirilməsinə gətirib çıxara bilər. Təyyarə qəzası isə bu gərgin prosesi inkişaf etdirən məqamlardan biridir. 


- Rusiyadan Azərbaycana yönəlik açıq təhdidləri, məsələn, azərbaycanlı miqrantlarla bağlı şantajı necə şərh edərdiniz? 

- Rusiyanın Azərbaycana qarşı heç bir arqumentləri ciddi deyil. Miqrantların geri qayıtması da bizim üçün təhlükə sayılmamalıdır. Əvvəla, miqrantların Rusiyadan çıxarılması mümkün deyil. Belə bir addım Rusiyanın özündə onsuz da bərbad gündə olan iqtisadiyyatın tamam pozulması ilə nəticələnər. Çünki azərbaycanlılar Rusiya bazarını təmin edən bir neçə əsas elementlərdən sayılır. Miqrantların ölkədən çıxarılması rusların özü üçün problemlərin yaranması deməkdir. Moskvadan tacikləri çıxarıblar, paytaxtın bütün küçələri zir-zibil içindədir. Azərbaycanlı miqrantların Rusiyadan qovulması rus bazarlarının çökdürülməsi anlamına gəlir. Bu da Rusiya üçün çox ciddi problemlər deməkdir. 


- Rusiya problemləri gözə alaraq belə bir addım atsa, bizim üçün hansı nəticələrə səbəb olar?  

- Əgər belə bir şey baş verərsə, yəni Rusiya azərbaycanlı miqrantları zorla çıxarmağa cəhd edərsə, Azərbaycan öz vətəndaşlarını qəbul etməyə hazır olmalıdır. Hətta deyərdim ki, özümüz buna cəhd etməliyik. Rusiyada çalışan azərbaycanlıların iş problemi varsa, onların iş məsələsi həll edilməlidir. Hazırda Qarabağda geniş bərpa-quruculuq işləri gedir. İşlərin tempi kifayət qədər yüksəkdir. Qarabağ və Şərqi Zəngəzurda məskunlaşma və dövlət büdcəsinə gəlir gətirən sahələrin formalaşması üçün orada həddindən artıq işçi qüvvəsi lazımdır. Əgər Rusiyadan əmək miqrantları gələrsə, onların hamısı Qarabağa yönəltməliyik. Həmçinin, Azərbaycan hökuməti Türkiyə ilə bərabər Suriyanın bərpasında da iştirak edəcək. Suriyada adi fəhlədən, mütəxəssislərədək ehtiyac olacaq. Lazım olarsa, miqrantların böyük bir hissəsini Suriyaya istiqamətləndirmək olar. Yəni Rusiya Azərbaycanı belə məsələlərlə qorxuda bilməz. Miqrant məsələsi də Azərbaycana təsir etməz. Azərbaycanlı miqrantlara görə, dövlət müstəqilliyimizin məhdudlaşmasına, suverenliyimizin əldən çıxmasına razı ola bilmərik. 


- Rusiyanın düşmən mövqeyindən sonra Azərbaycan ictimaiyyətində çağırışlardan biri də ölkəmizdəki rus məktəblərinin bağlanması yönündədir. Bu çağırış barədə nə deyə bilərsiz?

- Ölkəmizdə rus məktəblərinin olması Azərbaycan Konstitusiyasına ziddiyyət təşkil etdiyinə görə bağlanmalıdır. Rus məktəbləri Azərbaycan dövlətçiliyinə böyük təhdid deməkdir. Kimlərsə bu məsələni indi gündəmə gətirir. Mən 3 ildir deyirəm ki, rus məktəblərinin açılması ölkə Konstitusiyasına ziddir. Bu addım Azərbaycanda Rusiyanın mədəni təsir dairəsinin genişlənməsinə xidmət edir. Rus məktəblərində faktiki olaraq Rusiya dövlətinin maraqlarını müdafiə edən adamlar yetişir. Rus məktəblərində təhsil alanların demək olar ki, hamısı Rusiya-Azərbaycan əlaqələrində Rusiyanın tərəfini saxlayırlar. Azərbaycanın çörəyini yeyirlər, burada şöhrət qazanıblar, amma Azərbaycan qalıb kənarda, Rusiyanın dəmirini döyürlər. Bunun ən acı nəticələrindən biri sovet dövründə rus təhsili alan adamların, "rusbaş" dediyimiz insanların rusafil mövqeləridir. İndi təsəvvür edin, onlara əlavə olaraq təxminən 1 miylon adam da rusafil təfəkkürdə hazırlanır. Əlbəttə, onlar öz dövlətinin, millətinin yox, Rusiyanın maraqlarını Azərbaycanda müdafiə edəcəklər. Çox təhlükəli məsələdir. 


- Təhlükəli gördüyünüz məqamlar nədir? 

- Rus sektorunda oxuyanların yanaşması odur ki, "ruslar türklərdən, ingilislərdən, amerikalılardan yaxşıdır". Biz 1990-cı illərdən başlayaraq, Türkiyəyə yaxınlaşmağın zərurətindən danışanda həmin "rusbaş"lar Rusiya təşkilatları yaratmağa başladılar. Kommunist Partiyasının, sosial-demokratların ölkəmizdə özəyini yaratdılar. Rus təhsili alanlar, rus kimi düşünənlər Rusiya ilə əlaqələr üçün hər şeyi etdilər. Özlərini Azərbaycan xalqının nümayəndəsindən daha çox rus xalqının tərkib elementi kimi görürlər. Bu, adi həqiqətdir. Avropa mütəfəkkirləri təhsillə bağlı öz əsərlərində qeyd edirlər ki, təhsilin əsas vəzifəsi konkret olaraq müəyyən düşüncəni formalaşdırmaqdır. Kim hansı dildə danışırsa, o xalqın nümayəndəsi kimi düşünür. Təhsilin vəzifəsi budur. İndi siz Azərbaycanda 1 milyon adamı rus dilində oxudursuzsa, deməli, onlar rus kimi düşünəcək və hərəkət edəcəklər. Hətta onların arasından Azərbaycan dövlətinə, xalqına qarşı agentlər də çıxacaq. İctimai birliklər, müxtəlif təşkilatlar yaradaraq Rusiyanın Azərbaycanda maraqlarını müdafiə edəcəklər. Təhsil sahəsi rusların 150 ildən artıqdır istifadə etdiyi üsuldur. İmperiya xalqları əvvəlcə mədəni təsirə salır, sonra onların üzərində imperiyanın siyasi təsirini təşkil edir. Ona görə də Azərbaycanda rus məktəbləri bağlanmalıdır. 


- Deməli, rus məktəbləri Rusiyanın agentura şəbəkəsindən daha təhlükəlidir? 

- Rus dilində məktəblər Rusiyanın agentura şəbəkəsindən yüzqat daha təhlükəlidir. Niyə? Çünki konkret vəzifə icra edən agentlərin ifşası, cinayət məsuliyyətinə cəlb edilməsi və həbsə atılması mümkündür. Amma rus məktəbləri bütünlükdə Rusiyanın maraqlarını müdafiə edən, eyni zamanda hərəkətində cinayət əməli olmayan adamlarla doludur. Onlar rus mədəniyyətini, dilini, tarixini təbliğ edirlər. Təkcə təbliğ etmirlər, həm də o mədəniyyətin, tarixin bir tərkib hissəsi kimi özlərini hiss edirlər. Təhlükə də ondadır ki, faktiki olaraq həmin şəxslərin əməlləri cinayət tərkibi daşımır. Ancaq düşüncələri, baxışları Azərbaycan dövlətinin maraqlarına ziddir.  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Fevral 2025 08:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri