Icma.az
close
up
RU
“Rusbaş”lardan qurtarmaq üçün rus məktəbləri bağlanmalıdır” Sərdar Cəlaloğlu

“Rusbaş”lardan qurtarmaq üçün rus məktəbləri bağlanmalıdır” Sərdar Cəlaloğlu

Icma.az xəbər verir, Oxumeni.az saytına əsaslanaraq.

“Rusbaş”lardan qurtarmaq üçün rus məktəbləri bağlanmalıdır” – Sərdar Cəlaloğlu

Rusiyanın məqsədi Azərbaycanı öz təsir dairəsinə salmaq, dövlətimizin müstəqil xarici siyasət aparmasının qarşısını almaqdır. Kreml Bakı qarşısında Türkiyə ilə əlaqələri zəiflətmək, ABŞ və Avropa ilə münasibətlərə yenidən baxmaq, Ukraynaya dəstək verməkdən çəkindirmək kimi şərtlər qoyur.

Miqrantların geri qayıtması da bizim üçün təhlükə sayılmamalıdır. Moskvadan tacikləri çıxarıblar, paytaxtın bütün küçələri zir-zibil içindədir. Azərbaycanlı miqrantların Rusiyadan qovulması rus bazarlarının çökdürülməsi anlamına gəlir.

Rusiya azərbaycanlı miqrantları zorla çıxarmağa cəhd edərsə, Azərbaycan öz vətəndaşlarını qəbul etməyə hazır olmalıdır. Rusiyadan əmək miqrantları gələrsə, onların hamısı Qarabağa yönəltməliyik. Lazım olarsa, miqrantların böyük bir hissəsini Suriyaya istiqamətləndirmək olar. Yəni Rusiya Azərbaycanı belə məsələlərlə qorxuda bilməz.

Rus məktəbləri Azərbaycan dövlətçiliyinə böyük təhdid deməkdir. Kimlərsə bu məsələni indi gündəmə gətirir. Mən 3 ildir deyirəm ki, rus məktəblərinin açılması ölkə Konstitusiyasına ziddir. Rus məktəblərində təhsil alanların demək olar ki, hamısı Rusiya-Azərbaycan əlaqələrində Rusiyanın tərəfini saxlayırlar.

Rus təhsili alanlar, rus kimi düşünənlər Rusiya ilə əlaqələr üçün hər şeyi etdilər. Özlərini Azərbaycan xalqının nümayəndəsindən daha çox rus xalqının tərkib elementi kimi görürlər.

İndi siz Azərbaycanda 1 milyon adamı rus dilində oxudursuzsa, deməli, onlar rus kimi düşünəcək və hərəkət edəcəklər. Hətta onların arasından Azərbaycan dövlətinə, xalqına qarşı agentlər də çıxacaq. İctimai birliklər, müxtəlif təşkilatlar yaradaraq Rusiyanın Azərbaycanda maraqlarını müdafiə edəcəklər.

Rus dilində məktəblər Rusiyanın agentura şəbəkəsindən yüz qat daha təhlükəlidir. Niyə? Çünki konkret vəzifə icra edən agentlərin ifşası, cinayət məsuliyyətinə cəlb edilməsi və həbsə atılması mümkündür. Amma rus məktəbləri bütünlükdə Rusiyanın maraqlarını müdafiə edən, eyni zamanda hərəkətində cinayət əməli olmayan adamlarla doludur

Oxuməni.az ADP sədri Sərdar Cəlaloğlunun Sherg.az-a müsahibəsini təqdim edir:

- Sərdar bəy, kəskinləşən Rusiya-Azərbaycan əlaqələri təyyarəmizin vurulması ilə bağlıdır, yoxsa alt qatda başqa səbəblər dayanır?

- Rusiya-Azərbaycan arasında gərginliyin yaranmasının səbəbləri başqadır. AZAL-ın təyyarəsinin vurulmasından sonra yaranan məsələlər sadəcə prosesin görünən, zahiri tərəfidir. Təyyarə hadisəsi tətikləyici rol oynadı. Əslində isə Rusiyanın məqsədi Azərbaycanı öz təsir dairəsinə salmaq, dövlətimizin müstəqil xarici siyasət aparmasının qarşısını almaqdır. Kreml Bakı qarşısında Türkiyə ilə əlaqələri zəiflətmək, ABŞ və Avropa ilə münasibətlərə yenidən baxmaq, Ukraynaya dəstək verməkdən çəkindirmək kimi şərtlər qoyur. Azərbaycan bu şərtləri qəbul etmək niyyətində deyil. Çünki bu şərtlər müstəqilliyimizin, suverenliyimizin məhdudlaşmasına, hətta itirilməsinə gətirib çıxara bilər. Təyyarə qəzası isə bu gərgin prosesi inkişaf etdirən məqamlardan biridir.

- Rusiyadan Azərbaycana yönəlik açıq təhdidləri, məsələn, azərbaycanlı miqrantlarla bağlı şantajı necə şərh edərdiniz?

- Rusiyanın Azərbaycana qarşı heç bir arqumentləri ciddi deyil. Miqrantların geri qayıtması da bizim üçün təhlükə sayılmamalıdır. Əvvəla, miqrantların Rusiyadan çıxarılması mümkün deyil. Belə bir addım Rusiyanın özündə onsuz da bərbad gündə olan iqtisadiyyatın tamam pozulması ilə nəticələnər. Çünki azərbaycanlılar Rusiya bazarını təmin edən bir neçə əsas elementlərdən sayılır. Miqrantların ölkədən çıxarılması rusların özü üçün problemlərin yaranması deməkdir. Moskvadan tacikləri çıxarıblar, paytaxtın bütün küçələri zir-zibil içindədir. Azərbaycanlı miqrantların Rusiyadan qovulması rus bazarlarının çökdürülməsi anlamına gəlir. Bu da Rusiya üçün çox ciddi problemlər deməkdir.

- Rusiya problemləri gözə alaraq belə bir addım atsa, bizim üçün hansı nəticələrə səbəb olar?

- Əgər belə bir şey baş verərsə, yəni Rusiya azərbaycanlı miqrantları zorla çıxarmağa cəhd edərsə, Azərbaycan öz vətəndaşlarını qəbul etməyə hazır olmalıdır. Hətta deyərdim ki, özümüz buna cəhd etməliyik. Rusiyada çalışan azərbaycanlıların iş problemi varsa, onların iş məsələsi həll edilməlidir. Hazırda Qarabağda geniş bərpa-quruculuq işləri gedir. İşlərin tempi kifayət qədər yüksəkdir. Qarabağ və Şərqi Zəngəzurda məskunlaşma və dövlət büdcəsinə gəlir gətirən sahələrin formalaşması üçün orada həddindən artıq işçi qüvvəsi lazımdır. Əgər Rusiyadan əmək miqrantları gələrsə, onların hamısı Qarabağa yönəltməliyik. Həmçinin, Azərbaycan hökuməti Türkiyə ilə bərabər Suriyanın bərpasında da iştirak edəcək. Suriyada adi fəhlədən, mütəxəssislərədək ehtiyac olacaq. Lazım olarsa, miqrantların böyük bir hissəsini Suriyaya istiqamətləndirmək olar. Yəni Rusiya Azərbaycanı belə məsələlərlə qorxuda bilməz. Miqrant məsələsi də Azərbaycana təsir etməz. Azərbaycanlı miqrantlara görə, dövlət müstəqilliyimizin məhdudlaşmasına, suverenliyimizin əldən çıxmasına razı ola bilmərik.

- Rusiyanın düşmən mövqeyindən sonra Azərbaycan ictimaiyyətində çağırışlardan biri də ölkəmizdəki rus məktəblərinin bağlanması yönündədir. Bu çağırış barədə nə deyə bilərsiz?

- Ölkəmizdə rus məktəblərinin olması Azərbaycan Konstitusiyasına ziddiyyət təşkil etdiyinə görə bağlanmalıdır. Rus məktəbləri Azərbaycan dövlətçiliyinə böyük təhdid deməkdir. Kimlərsə bu məsələni indi gündəmə gətirir. Mən 3 ildir deyirəm ki, rus məktəblərinin açılması ölkə Konstitusiyasına ziddir. Bu addım Azərbaycanda Rusiyanın mədəni təsir dairəsinin genişlənməsinə xidmət edir. Rus məktəblərində faktiki olaraq Rusiya dövlətinin maraqlarını müdafiə edən adamlar yetişir. Rus məktəblərində təhsil alanların demək olar ki, hamısı Rusiya-Azərbaycan əlaqələrində Rusiyanın tərəfini saxlayırlar. Azərbaycanın çörəyini yeyirlər, burada şöhrət qazanıblar, amma Azərbaycan qalıb kənarda, Rusiyanın dəmirini döyürlər. Bunun ən acı nəticələrindən biri sovet dövründə rus təhsili alan adamların, "rusbaş" dediyimiz insanların rusafil mövqeləridir. İndi təsəvvür edin, onlara əlavə olaraq təxminən 1 milyon adam da rusafil təfəkkürdə hazırlanır. Əlbəttə, onlar öz dövlətinin, millətinin yox, Rusiyanın maraqlarını Azərbaycanda müdafiə edəcəklər. Çox təhlükəli məsələdir.

- Təhlükəli gördüyünüz məqamlar nədir?

- Rus sektorunda oxuyanların yanaşması odur ki, "ruslar türklərdən, ingilislərdən, amerikalılardan yaxşıdır". Biz 1990-cı illərdən başlayaraq, Türkiyəyə yaxınlaşmağın zərurətindən danışanda həmin "rusbaş"lar Rusiya təşkilatları yaratmağa başladılar. Kommunist Partiyasının, sosial-demokratların ölkəmizdə özəyini yaratdılar. Rus təhsili alanlar, rus kimi düşünənlər Rusiya ilə əlaqələr üçün hər şeyi etdilər. Özlərini Azərbaycan xalqının nümayəndəsindən daha çox rus xalqının tərkib elementi kimi görürlər. Bu, adi həqiqətdir. Avropa mütəfəkkirləri təhsillə bağlı öz əsərlərində qeyd edirlər ki, təhsilin əsas vəzifəsi konkret olaraq müəyyən düşüncəni formalaşdırmaqdır. Kim hansı dildə danışırsa, o xalqın nümayəndəsi kimi düşünür. Təhsilin vəzifəsi budur. İndi siz Azərbaycanda 1 milyon adamı rus dilində oxudursuzsa, deməli, onlar rus kimi düşünəcək və hərəkət edəcəklər. Hətta onların arasından Azərbaycan dövlətinə, xalqına qarşı agentlər də çıxacaq. İctimai birliklər, müxtəlif təşkilatlar yaradaraq Rusiyanın Azərbaycanda maraqlarını müdafiə edəcəklər. Təhsil sahəsi rusların 150 ildən artıqdır istifadə etdiyi üsuldur. İmperiya xalqları əvvəlcə mədəni təsirə salır, sonra onların üzərində imperiyanın siyasi təsirini təşkil edir. Ona görə də Azərbaycanda rus məktəbləri bağlanmalıdır.

- Deməli, rus məktəbləri Rusiyanın agentura şəbəkəsindən daha təhlükəlidir?

- Rus dilində məktəblər Rusiyanın agentura şəbəkəsindən yüz qat daha təhlükəlidir. Niyə? Çünki konkret vəzifə icra edən agentlərin ifşası, cinayət məsuliyyətinə cəlb edilməsi və həbsə atılması mümkündür. Amma rus məktəbləri bütünlükdə Rusiyanın maraqlarını müdafiə edən, eyni zamanda hərəkətində cinayət əməli olmayan adamlarla doludur. Onlar rus mədəniyyətini, dilini, tarixini təbliğ edirlər. Təkcə təbliğ etmirlər, həm də o mədəniyyətin, tarixin bir tərkib hissəsi kimi özlərini hiss edirlər. Təhlükə də ondadır ki, faktiki olaraq həmin şəxslərin əməlləri cinayət tərkibi daşımır. Ancaq düşüncələri, baxışları Azərbaycan dövlətinin maraqlarına ziddir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 25 Mart 2025 01:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri