Icma.az
close
up
RU
Sərdar Dursun “Fənər”in çempion ola bilməməsindən danışdı

Sərdar Dursun “Fənər”in çempion ola bilməməsindən danışdı

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Karyerasını İranda, İsmayıl Kartalın çalışdırdığı “Persepolis”də davam etdirən Sərdar Dursun Türkiyənin “Tivibu Spor” kanalına açıqlamalar verib.

Almaniyada doğulan və karyerasının böyük hissəsini bu ölkədə keçirən 33 yaşlı Sərdar yalnız 2021-in yayında Türkiyəyə gələrək “Fənərbaxça” ilə müqavilə imzaladı. O, “Fənər”də iki ayrı dönəmdə, eləcə də “Fatih Karahümrük” və “Alanyaspor”da çıxış edib.
Bu mövsümün qış fasiləsində “Fənər”dəki sabiq çalışdırıcısı Kartalın təklifini qəbul edərək İrana yollandı. Mövsümü 3-cü pillədə bitirən “Persepolis”də 12 oyuna 5 qol vura bildi. Təcrübəli forvard İran macərası, eləcə də “Fənərbaxça” və Türkiyə yığması haqda diqqətçəkən ifadələr işlədib.
* Asiya Çempionlar Liqasında “Əl-Nəssr” ilə qarşılaşsaydıq və mən qol vursaydım, zarafat xətrinə Kriştiano Ronaldonun önündə onun klassik qol sevincini nümayiş etdirərdim. İstərdim ki, onunla bağlı belə bir xatirəm qalsın. İranda futbolçular bizə qarşı oyunlarda tez-tez özlərini yerə atır. Hakimlər də dərhal fiti səsləndirirlər. Türkiyədə bir çox klub məğlubiyyəti hakimlərlə əlaqələndirir. Amma İranda da hakimlik məsələsi problemlidi. Hərçənd bu durumu dəyişə bilərlər. Legioner limitini 8-10-a yüksəltsələr və xaricdən səviyyəli futbolçular gəlsə, çempionatın da səviyyəsi artar. Bu, son illərdə Türkiyə çempionatında baş verdi. Düzdü, türkiyəli oyunçular üçün xoş bir durum deyil. Amma yaxşı futbolçu onsuz da həmişə oynayacaq.
* İran çempionatının əsas üstünlüyü azarkeşlərdi. Bizim hər oyunumuzda tribunalarda 50-100 min azarkeş olur. Son bir ayda, demək olar, çempion olmayacağımız bəlli idi. Buna baxmayaraq, yenə də oyunlara gələrək bizi dəstəkləyirdilər. İranda qadınların da futbola inanılmaz marağı var. Oyunlara böyük həvəslə gəlirlər. İran futbolu inkişafdadı. Klubların imkanları da yaxşılaşmağa başlayır. Gələn mövsümdən İran çempionatı daha da güclü olacaq.
* “Fənərbaxça”nın çempionluq həsrətinə son qoya bilməməsi çox dərin bir mövzudu. Hər dəfə çempionluğa yaxınlaşırlar. Amma hər dəfə kiçik detallar üzündən hədəfə çata bilmirəlr. Buna uğursuzluq deməzdim. Hər mövsüm şanssızlıqlar yaşayırlar. Məsələn, ötən mövsüm orta hesabla inanılmaz xal topladılar. Son üç mövsümdə “Qalatasaray” bir qədər üstün göründü. 4-5 il əvvələ baxsaq, bu iki klub bu dərəcədə böyük pullar xərcləmirdi. Son 2-3 mövsümdə bu planda “tavan”ı yüksəltdilər. Amma əvəzində digər klublar çox geridə qaldı. Bu da çempionatın səviyyəsini aşağı saldı. “Fənərbaxça” və “Qalatasaray” artıq mövsümü çox asanlıqla 80-100 xalla başa vurur. Bu, inanılmaz nəticədi. “Fənərbaxça”, təbii ki, yeni mövsüm üçün heyəti bir qədər də gücləndirməyə çalışacaq. Amma gələnlər psixoloji cəhətdən də güclü olmalıdı. “Fənər”də oynamaq asan məsələ deyil. Futbolçu istədiyi qədər güclü olsun. Təzyiqin öhdəsindən gələ bilmirsə, Türkiyədə heç nə edə bilməyəcək!
* Məncə, heyətin əsasını təşkil edən 6-7 futbolçu müəyyənləşməlidi. Onlar komandanın onurğa sütununu təşkil etməlidi. Hər həftə heyətdə uzaqbaşı 2-3 dəyişiklik edilsə, daha yaxşı olar. Bu mövsüm həm heyətdə, həm də sistemdə çox dəyişikliklər oldu. “Fənərbaxça” ötən mövsüm İsmayıl Kartal ilə ya 4-3-3, ya da 4-1-4-1 sistemi ilə oynayırdı. Bu mövsüm ən çox 3-5-2 sistemi tətbiq olundu. İrəlidə Ən-Nəsiri, Ceko və Tadiçə şans verildi. Qışdan sonra Talişka da gəldi və gah “10 nömrə”, gah da hücumçu kimi oynamağa başladı.
* Ən-Nəsiri ilə Cekonun tənqid olunması normaldı. “Fənərbaxça”da oynayırsansa, tənqidlərə hazır olmalısan. “Fənər”də son iki mövsümdə cərimə meydançasına çox gözəl toplar ötürüldü. Düzdü, həm Ceko, həm də Ən-Nəsiri mövsüm ərzində 20-dən çox qol vurdu. Amma görürük ki, çempionluq üçün yetərli deyil. Deməli, çempion olmaq üçün hücumçular 25, 30, 35 qol vurmalıdı! Şəxsi fikrim belədi ki, Türkiyə çempionatı üçün ən uyğun sistem 4-1-4-1-di. Rəqibin cərimə meydançasında nə etmək lazım olduğunu anlamaq lazımdı. Çünki “Fənərbaxça” və “Qalatasaray”a qarşı oynayırsansa, hücuma çıxmaq asan məsələ olmur. Matçın böyük bölümündə müdafiə olunmaq məcburiyyətində qalırsan.
* Yığma komanda isə tam başqa bir yerdi. Orda da oynamaq üçün təzyiqin öhdəsindən gəlməyi bacarmalısan. Klubla yığma arasında böyük fərq var. Yığmaya çağrılmaq üçün əlimdən gələni edirəm. Son üç ayda kifayət qədər oyun keçirmişəm. Özümü yığmada oynamağa hazır sayıram. Qarşıdan yığmanın oyunları gəlir. Mənim üçün fərqi yoxdu, istər ehtiyatda qalım və 5 dəqiqə oynayım, istərsə də start heyətində oynayım. Həmişə yığmaya fayda verməyə qadir olduğumu düşünürəm. Montella son matçlarda daha çox nominal hücumçusuz oynamağa üstünlük verir. Cinah oyunçularını ön plana çıxarmağa çalışır. Bu sistem əksər matçlarda komandaya uğur qazandırdı. Hələ bir müddət də bu sistemlə davam edəcəyini düşünürəm. Komandanın hücumçulu və ya hücumçusuz oynamasına məşqçi qərar verir. Montellanın taran tipli və fiziki göstəriciləri ilə seçilən hücumçulara çox da marağı yoxdu. Bəlkə də ona görə ki, özü də belə hücumçulardan olmayıb. Gözləyək görək, nələr olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:299
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 May 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri