Icma.az
close
up
RU
Sərgən Yalçın “Beşiktaş”ın təklifini ikinci dəfə geri çevirdi!

Sərgən Yalçın “Beşiktaş”ın təklifini ikinci dəfə geri çevirdi!

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Beşiktaş”da baş məşqçi problemi yenə həllini tapmadı.

Növbədənkənar seçkidə Hüseyn Yücələ qalib gələrək klubun yeni prezidenti seçilən Sərdar Adalı bazar günü Sərgən Yalçınla görüşərək ona 2,5 illik rəsmi təklif irəli sürdü. Amma daha öncə Covanni van Bronkhorstun istefasından sonra klubdakı qarışıq durumu əsas gətirərək təklifi geri çevirən təcrübəli mütəxəssis bu dəfə qardaşı Gürsoy Yalçının səhhəti ilə bağlı problem önə çəkdi və ikinci dəfə “yox” dedi.
47 yaşlı Gürsoy Yalçın xərçəng xəstəliyindən əziyyət çəkir. “Beşiktaş”a 2020/21-də son çempionluğu qazandıran Sərgən dünən tez-tez qonaq olduğu “Ekol TV” adlı “yutub” kanalında məsələ ilə bağlı bunları dedi:

“Bəli, Adalı ilə görüşdüm. Ona işimə köklənə bilməyəcəyimi söylədim. İndi başqa yerə - ailəmə konsentrasiya olunmuşam. Məşqçi üçün isə konsentrasiya ən önəmli məqamdı. Başqan da sağ olsun, məni anlayışla qarşıladı. Təəssüf ki, indiki dönəmdə komandaya faydalı ola bilməyəcəyimi söylədim. Mən heç kimə söz verməmişdim və heç kimi də gözlətdirmədim. Qardaşım iki ildi müalicə olunur. Müalicəsi çətin keçir. Yeni ili Türkiyədə qarşılamadım. Başqa ölkədəydim. Yeni ildən 2 gün sonra qəfil vəziyyəti pisləşdi. Tibbi yardımla xəstəxanaya gətirdik. Ciddi həkim nəzarətindədi. Həyati təhlükəsinin olduğunu dedilər. Mən də dərhal ölkəyə qayıtdım. Heç kimə izahat vermək məcburiyyətində deyiləm. Sadəcə, insanları məlumatlandırmaq üçün söyləyirəm. Sonradan məni günahlandırmalarını, yanlış sözlər yazmalarını istəmirəm. Ailə həyatda hər şeydən önəmlidi. Ailəmiz üçün asan bir durum deyil. Heç birimiz bunu gözləmirdik. Hər şeyin öz axarında irəliləyəcəyini düşünürdük. Bir andaca vəziyyəti dəyişdi. Mənə düzələcəyinə söz verib. İnşallah, düzələcək. Biz Sərdar Adalı ilə bir-birimizi çoxdan tanıyırıq. Aramızda köhnə dostluq var. Görüşdə komanda ilə bağlı bəzi məsələləri də müzakirə etdik. Adalıya komanda ilə bağlı fikirlərimi bildirdim. Mən ona məsləhətlər verdim, o da mənə. Yəni söhbət əsasən bu məcrada keçdi. Heç bir müqavilə və ya maddi məsələlər müzakirə olunmadı. Mən heç kimə “gəlməyə razıyam” deməmişdim. Belə məsələlərdə əvvəlcədən söz verməyi xoşlamıram. Sadəcə, bazar günü başqanla görüşəcəyimi demişdim, vəssalam. Görüşümüz də baş tutdu. Həyatımda indi bu qədər çətin bir dönəm olmasaydı, durum fərqli ola bilərdi. Amma fikrimi başqa yerə yönəldə bilmirəm”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:332
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Yanvar 2025 21:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri