Icma.az
close
up
RU
Sergey Markedonov Abxaziyadakı böhrandan DANIŞDI TƏHLİL Yeni Çağ Media

Sergey Markedonov Abxaziyadakı böhrandan DANIŞDI TƏHLİL Yeni Çağ Media

Yenicag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Abxaziyada siyasi böhran davam edir və yeni inkişafların hələ də gözlənildiyi görünür. Xatırladaq ki, Abxaz müxalifətçiləri Suxumidə “hökumət” binasını zəbt edərək, “prezident” Aslan Bjaniya istefaya getməyənə qədər həmin binanı tərk etməyəcəklərini bəyan ediblər.

“Abxaziya Xalq Hərəkatı” təşkilatının rəhbəri Adqur Ardzinba bildirib ki, Bjaniyanın prezident binasına daxil olduqda istefa ərizəsini imzalayacağı və yeni növbədənkənar seçkilərin təşkil ediləcəyi barədə şifahi təminatlarına inanmırlar. Abxaz müxalifətinin lideri bəyan edib ki, Bjaniya istefa ərizəsini olduğu yerdən də imzalaya bilər”.

Yenicag.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Sergey Markedonov təhlilində qeyd edib.

Onun fikrincə, həll edilməyən, lakin dərinləşə bilən dörd sistem problemi mövcuddur:

İnvestisiyalar – Postsovet məkanında nəqliyyatla bağlı hələ sovet dövründə formalaşmış tezisləri təkrarlamaqla, infrastrukturun və kommunikasiya kanallarının vəziyyətinin qiymətləndirilməsi qəbul edilir. Abxaziyada vəziyyət xüsusilə mürəkkəbdir, çünki müharibənin nəticələri hələ də davam edir, blokada mövcuddur və regionun siyasi-hüquqi statusu hələ də tənzimlənməyib. Buna görə də investisiyalardan danışarkən dərhal bir istiqamət nəzərə alınır: pul yalnız Rusiyadan alınacaq. Milli-dövlət öz müqəddəratını təyin etmək məsələsi bir kənara qoyulsa, başqa bir ölkədən borc almaq mümkündür. Abxaz variantında kollektivləşmə mümkün deyil, çünki ictimai inkişaf o səviyyədə deyil, tərəzi də bu cür məsələlərə uyğun deyil.

Qanun və qanunçuluq – İstəsələr də, istəməsələr də, Abxaziyada qanun və qanunçuluq qorunub saxlanılacaq. Əks halda, ölkə “Qara dəniz hövzəsində banan respublikası”na çevriləcək, inqilablar və çevrilişlər ardıcıl baş verəcək. Buna görə də iqtidara da, müxalifətə də hörmət göstərmək vacibdir. Çözümlər qarşılıqlı məqbul olmalıdır. Əks halda, başa düşülən oyun qaydaları ölkənin həyatında heç vaxt formalaşmayacaq. Qanun və qanunçuluq təmin olunduqda, həm mülkiyyət, həm də şəxsi hüquqların qorunması təmin ediləcək.

İctimai kommunikasiya – Abxaziyada Rusiya-Belarus modelinə bənzər ictimai-siyasi münasibətlər sistemi qurmaq mümkün olmayacaq. Əgər belə bir şey həyata keçirilərsə, o zaman Abxaziya bizim öyrəşdiyimiz mənada olmayacaq. Həm cəmiyyət, həm də siyasi sistem, yumruq dilindən imtina edib, kompromislər və böhranların qarşısının alınması dilini öyrənməlidir. Yəni, emosional reaksiyalardan uzaqlaşıb sağlam düşüncə sahəsinə keçmək lazımdır.

Müttəfiq münasibətləri – Burada artıq Rusiya ilə bağlı çoxlu suallar yaranır. Abxazlar oyun qaydalarına və nümunələrinə əməl etməlidir. Bu məsələdə ruslar nümunə göstərməlidirlər. Təhlükəsizlik təminatları verilirsə, tikinti, milli inkişaf və ətraf mühitin qorunması sahələrində də təminatlar olmalıdır. Ənənəvi simanı itirərək, onu müasir və qorxulu bir quruluşa çevirmək mümkün deyil. Bunu müdrik, diqqətli və hesablanmış addımlarla, səriştəli ünsiyyətlə etmək olar”, – Markedonov öz təhlilində bildirib.

Tərcümə: Rafi Müslümov

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 19 Noyabr 2024 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see367

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see325

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see287

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see263

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see260

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see251

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see240

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see234

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see232

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see219

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see215

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see213

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see211

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see208

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see207

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see202

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see202

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see195

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see195

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri