Icma.az
close
up
RU
Sergey Zenyov: “Azərbaycanda hər zaman yığmanın uğursuzluğundan narahat idilər” İdman və Biz

Sergey Zenyov: “Azərbaycanda hər zaman yığmanın uğursuzluğundan narahat idilər” İdman və Biz

Icma.az bildirir, Idman.biz portalına istinadən.

"Keçən il Azərbaycana qarşı oynayanda Bakıya gəlmək istəyirdim. Amma zədələndim. İndi bu matçı səbirsizliklə gözləyirəm. O zamanla bağlı çox yaxşı xatirələrim var”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycanın Millətlər Liqasında rəqibi olan Estoniyanın futbolçusu Sergey Zenyov deyib.

İki mövsüm “Qəbələ”nin şərəfini qorumuş Zenyov üçün bu matç xüsusi əhəmiyyət daşıyır. 35 yaşlı futbolçu yenidən bu şəhərdə meydana çıxacaq. O, ölkəsinin Soccernet.ee saytına müsahibəsində Azərbaycanla bağlı xatirələrindən danışıb: “Avropa Liqasının oyunlarından yalnız 1-ni Qəbələ şəhər stadionunda keçirdik. Qalan matçlar Bakıda baş tutdu. Oyunun bu şəhərdə təşkilinə necə razılıq verdiklərini bilmirəm. Gözəl yerdir, amma ətrafda heç nə yoxdur. Mağazalar çox kiçikdir. Biz Bakıdan qayıdanda hər zaman 1 həftəlik bazarlığımızı edirdik. Paytaxtda məşqlər edib, oyunları Qəbələdə keçirirdik. Bu baxımdan da yolumuz çox çətin idi. Orda oynadığım zaman komanda yoldaşım olmuş azərbaycanlılarla ünsiyyətim yoxdur. Çünki dil baryerimiz vardı. Onların çoxu rus dilini bilmir. Bakıdan kənarda doğulanlar heç bilmirdi”.

Zenyov ölkəmizdə klublarla müqayisədə millidə inkişafın yüksək səviyyədə olmadığını da vurğulayıb: “Azərbaycanda hər zaman yığmanın uğursuzluğundan narahat idilər. Bu barədə tez-tez yazırdılar. Onlar da müxtəlif həll yollarını sınayırlar. Bir vaxtlar serbləri milliləşdirirdilər. İndi isə Avropanın müxtəlif ölkələrində nənə və ya babası azərbaycanlı olan oyunçuları tapmağa çalışırlar. Buna misal olaraq, Estoniyadan Azərbaycanın gənclər komandasına dəvət olunan Murad Vəliyevin adını çəkə bilərəm”.

Qeyd edək ki, Azərbaycan – Estoniya görüşü sabah saat 18:00-da başlayacaq.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 15 Noyabr 2024 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri