Sərhəddə itən çinli aktyor insan alverçiləri tərəfindən qaçırılıb? Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az bildirir, Baku.ws portalına istinadən.
Keçən həftə Tailand-Myanma sərhədində itən 22 yaşlı çinli aktyor Vanq Sin Myanmada tapılıb. Tailand rəsmiləri aktyorun insan alverçiləri tərəfindən qaçırılmış ola biləcəyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, Vanq Sinin itkin düşdüyü Tak bölgəsində genişmiqyaslı cinayət şəbəkələri və təşkilatlanmış insan alveri fəaliyyətləri olduğu məlumdur.
Polis müfəttişi Taççai Pitaneelabut jurnalistlərə verdiyi açıqlamada, ilkin araşdırmalara əsasən aktyorun insan alverinin qurbanı olduğunu düşündüklərini bildirib. Vanqın Tailandda bir çəkiliş üçün dəvət aldığı və bu dəvətin əslində fırıldaqçılıq olduğu müəyyən edilib.
Hadisə zamanı aktyora hər hansı hücum və ya zorakılıq edilmədiyi bildirilib. O, Tailandda tapılaraq təhlükəsiz yerə gətirilib. Çin sosial mediasında aktyorun itkin düşməsi böyük ajiotaj yaratmışdı.
Tailand Baş naziri Pətontarn Şinavatra bu hadisənin ölkənin turizm sektoruna mənfi təsir etməməsi üçün məsələni diqqətlə idarə etməyə çağırıb. Qeyd edək ki, ötən il Tailand 6,74 milyonu Çindən olmaqla ümumilikdə 35,55 milyon xarici turist qəbul edib.
Birləşmiş Millətlər Təşkilatına görə, Tailand, Myanma və Laos sərhəd şəhərləri onlayn fırıldaqçılığın mərkəzinə çevrilib. İnsan alverçiləri tərəfindən minlərlə insan qaçırılaraq bu mərkəzlərdə işləməyə məcbur edilir.
İnsan alverinin qurbanlarının əksəriyyəti Çin, Tayvan və Honq Konq vətəndaşlarıdır. Bununla yanaşı, Afrika və Latın Amerikası kimi uzaq bölgələrdən də qurbanların olduğu qeyd edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 10 Yanvar 2025 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















