Icma.az
close
up
RU
Sərhədlər yalnız sülh sazişindən sonra açıla bilər ŞƏRH

Sərhədlər yalnız sülh sazişindən sonra açıla bilər ŞƏRH

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistan mərhələli şəkildə Azərbaycan və Türkiyənin tələblərini yerinə yetirir


“Gerbdəki Ağrı dağı Türkiyəyə ərazi iddiasıdır, Ermənistan utopik iddialardan əl çəkməlidir”

Məlum olduğu kimi noyabrın 1-dən Ermənistan hakimiyyəti ölkə sərhədini keçənlərin pasportlarına vurulan möhürlərdən Ağrı dağının təsvirini yığışdıracaq. Müvafiq qərarı Ermənistan Nazirlər Kabineti qəbul edib. Hökumətin qərarı ilə 12 may 2011-ci il tarixli qərarda dəyişiklik edilib. Dəyişikliklərdə markanın təsvirində “Ararat” adı çəkilmir.

 Bundan əlavə, Ağrı dağının da olmadığı hökumətin saytında möhür nümunəsi dərc edilib. Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan vətəndaşları Ermənistanın ən hündür nöqtəsinin Araqats (Alagöz və ya Ələyəz) dağı olduğunu tanımağa və Türkiyədə yerləşən Ararata diqqət yetirməməyə çağırıb. Daha sonra ofisinin divarını Alagöz dağının təsviri ilə bəzədib. Qeyd edək ki, Ağrı dağının təsvirinin Ermənistanın dövlət gerbində və digər rəsmi sənədlərində əks olunması ermənilərin Türkiyəyə məxsus bu əraziyə tarixi iddiası ilə bağlıdır. Ağrı dağının təsviri 1918-1920-ci illərdə mövcud olmuş Ararat Respublikasının, sonra Ermənistan SSR-in, müstəqillik dövründə Ermənistanın dövlət gerbində yer alıb.  Ağrı dağının təsviri Ermənistanın 1992-ci ilin aprel ayında qəbul edilmiş “Dövlət gerbi haqqında” Qanunda da təsbit olunub. Türkiyə Ermənistanla münasibətlərin normallaşması üçün gerbin dəyişdirilməsini İrəvan qarşısında əsas şərtlərdən biri kimi irəli sürür. Baş nazir Nikol Paşinyan, Ermənistan parlamentinin spikeri Alen Simonyan gerbin dəyişdirilməsinin vacibliyi məsələsini dəfələrlə gündəmə gətiriblər.  Onlar gerbdəki təsvirlərin, o cümlədən Ağrı dağının Ermənistana aidiyyəti olmadığını, bu səbədən də dövlət rəmzinin dəyişdirilməli olduğunu bildiriblər. Lakin buna nail olmaq üçün ilk növbədə Ermənistanın konstitusiyasına dəyişiklik edilməlidir. Ermənistanın xarici pasportlar üçün dövlət möhürlərindən Ağrı dağının təsvirinin çıxarılması yeni konstitusiya layihəsinin mətnində Türkiyənin tələbinin yerinə yetirildiyini deməyə əsas verir. Çox güman ki, bu məsələ Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələrin sentyabrın 12-də keçirilmiş görüşündə də müzakirə olunub. Yəqin ki, referendumda qədər Ermənistanın yeni dövlət gerbinin layihəsi də ictimaiyyətə təqdim olunacaq və onun təsviri konstitusiyaya daxil ediləcək. Türkiyənin Ermənistan qarşısında irəli sürdüyü tələblərdən biri konstitusiyanın preambula hissəsinin ali qanunun mətnindən çıxarılması ilə bağlıdır. Ona görə də Ermənistan hakimiyyəti yalnız 21-ci maddəni dəyişməklə, yəni Ağrı dağının təsvirinin dövlət gerbindən çıxarılması ilə kifayətlənməməli, həm də preambula hissəsinin konstitusiyadakı mövcudluğuna hüquqi xitam verməlidir. 


Millət vəkili Ceyhun Məmmədov Sherg.az-a açıqlamasında deyib ki, bəhs edilən nəticələr Azərbaycan liderinin rəhbərliyi ilə ölkəmizin uzun müddət Türkiyə ilə apardığı siyasətin nəticəsidir. Deputatın sözlərinə görə, əslində proses mürəkkəb olduğu üçün daha uzun müddət çəkə bilərdi: 


"Ancaq məsələnin önəmli tərəfi odur ki, Ermənistan mərhələli şəkildə Azərbaycan və Türkiyənin tələblərini yerinə yetirir, öz iddialarından imtina edir. Azərbaycanın Ermənistan Konstitusiyası ilə bağlı tələbi var. Tələb edirik ki, Ermənistan digər dövlətlərə qarşı ərazi iddialarına son qoymalı, qanunvericilikdə bununla bağlı maddəni aradan qaldırmalı, dövlət rəmzlərində də qonşu ölkələrə məxsus bölgələr əsk olunmamalıdır. Ermənistan gerbində Ağrı dağının simvolunun əks olunması əslində Türkiyəyə qarşı da ərazi iddiası deməkdir. Artıq Ermənistan rəhbərliyi anlayır ki, utopik iddialardan əl çəkməlidir. Burada vacib məqam odur ki, biz Ermənistanı təcrid etmək yox, əksinə, normal qonşuluğa, regional əməkdaşlığa cəlb etməliyik. Əks halda Ermənistandan yenə də bölgədə kimlərsə alət kimi istifadə edəcək. Görünür, İrəvan hökuməti bu reallığı anlayır və lazımi addımları atır. Ermənistan əhalisinə gəldikdə isə, bilirik ki, bu cəmiyyət zərərli ideologiyalarla uzun müddət zəhərlənib. Əvvəlki hakimiyyətlərin, Kilsənin, diasporun siyasəti ermənilərdə bizə, türklərə qarşı düşmənçiliyi ciddi formada bəsləyib. Ona görə qısa müddətdə Ermənistanda xalq arasında ciddi dəyişikliyin baş verəcəyini gözləmək tezdir. Önəmlisi odur ki, artıq bu cür addımlar atılır, mərhələli şəkildə erməni cəmiyyəti sülh prosesinə hazırlaşdırılır".


Parlamentari diqqətə çatdırıb ki, Azərbaycanın və Türkiyənin yanaşması ondan ibarətdir ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması yalnız Bakı-İrəvan arasında yekun sülh imzalandıqdan sonra baş verə bilər: 

"Bu, çox önəmli məsələdir. Əslində Ermənistan uzun müddətdir çalışır ki, Türkiyə ilə sərhədləri açsın. İrəvan hökuməti Ankaraya təklif edirdi ki, gəlin, sərhədləri açaq, onsuz da Azərbaycanla danışıqlar gedir, sülh sazişinin imzalanması yaxındır və s. Amma Ankara və Bakı bunu qəbul etmir. Qardaş Türkiyə hər zaman Azərbaycanın yanında olub və bundan sonra da olacaq. Türkiyə rəhbərliyi və digər rəsmilər də davamlı açıqlama verirlər ki, Ermənistanla sərhədlərin açılması Bakı-İrəvan arasındakı sülh prosesindən asılıdır. Ermənistan bunu nəzərə almalıdır. Yəni İrəvan hökuməti düşünməsin ki, əgər Türkiyə nümayəndə heyəti Ermənistan ərazisinə gedirsə, bu, sərhədlərin açılması deməkdir. Bu, olmayacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Sentyabr 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri