Icma.az
close
up
RU
Sərhədlərin demarkasiyası zamanı hansı xəritələrdən istifadə olunacaq?.. Ermənistan XİN dən açıqlama

Sərhədlərin demarkasiyası zamanı hansı xəritələrdən istifadə olunacaq?.. Ermənistan XİN dən açıqlama

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Ermənistan və Azərbaycan arasında ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı son bəyanatlarda, xüsusən 1991-ci il Alma-Ata Bəyannaməsinə istinad edən 2022-ci ilin oktyabrında Praqada qəbul edilmiş bəyannamədə qeyd olunan mənbələrdə konkret xəritələrə istinad olmadığına görə biz Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana bir sıra suallar ünvanladıq”.

Moderator.az xəbər verir ki, bunu “Johovurd” qəzeti yazırş

Ermənistan baş diplomatına ünvanlanan suallar arasında bunlar da var:

-Əgər yuxarıda qeyd olunan Praqa və Alma-Ata bəyannamələrində konkret xəritələrə aydın istinad yoxdursa, Ermənistan və Azərbaycan hansı konkret xəritə(lər) əsasında bir-birinin ərazi bütövlüyünü tanıyıblar?

-Tərəflər arasında ərazi bütövlüyünün tanınması üçün əsas kimi müəyyən edilmiş razılaşdırılmış və ya hüquqi cəhətdən məcburi olan hər hansı xəritə varmı?

Xəbərdə bildirilir ki, erməni qəzeti Ermənistan Xarici İşlər Nazirliyinin informasiya və ictimai əlaqələr departamentinin rəhbəri vəzifəsini icra edən Akop Sarkisyanın adından aşağıdakı cavabları alıb: 

“Vurğulaya bilərik ki, 2024-cü ilin avqustun 30-da imzalanan «Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının birgə fəaliyyəti haqqında» qaydalarına əsasən, delimitasiya prosesində tərəflər gələcəkdə Ermənistan və Azərbaycan arasında Sülh Müqaviləsi ilə başqa tənzimləmələr nəzərdə tutulmayacağ halda Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar. Avqustun 8-də imzalanan və avqustun 10-da dərc olunan Sülh Bəyannaməsi və paraflanmış Slüh Sazişinin mətnində bununla bağlı bir şey nəzərdə tutulmayıb.

Bundan başqa, müqavilədə keçmiş SSRİ Sovet Sosialist Respublikaları arasındakı sərhədlərin müvafiq müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə çevrildiyini və beynəlxalq ictimaiyyət tərəfindən belə tanındığını təsdiq etməklə tərəflər bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır və hörmətlə yanaşacaqlar”.

ER XİN xatırladır: “Əsasnamədə təsbit olunmuş 1991-ci il Alma-Ata Bəyannaməsinin rəhbər tutulmasının əsas prinsipi müvafiq sənədlərin əhatə dairəsini əvvəlcədən müəyyən edir, çünki bu sənədlər hüquqi cəhətdən əsaslandırılmış sənədlər və Sovet İttifaqının dağılması zamanı mövcud olan xəritələr olmalıdır ki, bu da Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasında inzibati sərhədi ifadə edir. Ermənistan Respublikasının bu məsələ ilə bağlı mövqeyi bir sıra ictimai istinadlarda ifadə olunub”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Sentyabr 2025 08:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri