Icma.az
close
up
RU
Şərifin qələbə xəbəri silahları işə saldı Cənubi Asiya səmasında “ölüm mələkləri” uçuşur

Şərifin qələbə xəbəri silahları işə saldı Cənubi Asiya səmasında “ölüm mələkləri” uçuşur

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Pakistanın Baş naziri Şahbaz Şərifin “Düşməni məğlub etdik və müharibəni qazandıq” sözləri böyük maraqla qarşılanıb. Baş nazir atəşkəsin əldə olunmasında göstərdikləri diplomatik dəstəyə görə Türkiyə, Çin, Qətər və ABŞ-a təşəkkürünü ifadə etdi. Lakin bu bəyanatdan dərhal sonra bölgədə yenidən silahlı toqquşmalar baş verdi. Hazırda Pakistan və Hindistan arasında vəziyyət gərgin olaraq qalır.

Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, texniki imkanlara, silahlanmaya və canlı qüvvənin sayına görə Pakistandan dəfələrlə üstün olan Hindistan bütün cəhdlərinə baxmayaraq, qarşıya qoyduğu məqsədlərə çata bilmədi və nəticədə atəşkəs razılaşmasına razı oldu:

“Pakistan bu qarşıdurmada Hindistanı bütün cəbhələrdə məğlub etməyi bacardı. Əvvəla, Qərbin bəzi dairələrinin açıq dəstəyinə baxmayaraq, Hindistanın Pakistana qarşı həyata keçirdiyi hücumlara beynəlxalq aləmdə bəraət qazandırmaq mümkün olmadı. Beynəlxalq təşkilatlar bu hücumları dəstəkləmədi və nəticədə Hindistan diplomatik müstəvidə də Pakistan qarşısında geri çəkilməli oldu.

İnformasiya müharibəsində də Hindistan uğur qazana bilmədi. O, Pakistanı terror təşkilatlarına şərait yaradan və terroru dəstəkləyən ölkə kimi təqdim etməyə çalışsa da, bu cəhdlər də nəticəsiz qaldı. Hərbi əməliyyatlar baxımından da Hindistan istədiyinə nail ola bilmədi. Pakistanın cavab zərbələri nəticəsində Hindistana məxsus çox sayda silah anbarı, hərbi texnika, raket sistemləri, qırıcı təyyarələr və hərbi aerodromlar sıradan çıxarıldı.

Bu uğurlu əməliyyatlar nəticəsində əvvəllər hadisələrə biganə yanaşan və gözləmə mövqeyi tutan beynəlxalq güclər vəziyyətə müdaxilə etmək, vasitəçilik təşəbbüsü ilə çıxış etmək məcburiyyətində qaldılar. Sirr deyil ki, Hindistanın atəşkəs razılaşmasına razılıq verməsi birbaşa ABŞ-ın müdaxiləsindən sonra mümkün oldu. Halbuki cəmi üç gün əvvəl, Hindistan Pakistan ərazilərinə zərbələr endirdikdə, rəsmi Vaşinqton proseslərə qarışmaq niyyətində olmadığını bildirmişdi.

Nəticə etibarilə, tərəflər arasında atəşkəs razılaşması əldə olundu ki, bu da sevindirici haldır”.

Rəşad Bayramov

Politoloqun sözlərinə görə, müharibənin davam etməsi regionda daha genişmiqyaslı toqquşmalara və beynəlxalq güclərin birbaşa müdaxiləsinə səbəb ola bilərdi:

“Doğrudur, atəşkəsdən sonra bəzi lokal toqquşmalar müşahidə olundu, lakin bunlar qısa müddətli və məhdud xarakter daşıyır. Mövcud razılaşmanın yeni qarşıdurmaların qarşısını alacağına inanmaq üçün əsaslar var.

Hazırda hər iki ölkənin hərbi rəhbərlikləri arasında təmaslar davam edir, danışıqlar aparılır və Pakistan üçün həyati əhəmiyyət daşıyan bir məsələ Hindistanın su təchizatını bərpa etməsi də öz həllini tapıb. Hər iki tərəf atəşkəsə sadiq qalacaqlarını bəyan ediblər.

Düşünürəm ki, beynəlxalq güclər bu dəfə yeni bir münaqişədə maraqlı deyillər və Hindistan da yeni bəhanələrlə atəşkəsi pozmaqdan çəkinəcək. Hindistan tərəfindən yeni hücumlar olmayacağı halda, Pakistanın müharibəyə başlama ehtimalı real görünmür”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 May 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see176

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see170

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see131

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see127

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri