Icma.az
close
up
RU
Seriyası qırılan Sinenka: “Nəticəni meydandakı mübarizə müəyyən edəcək” MÜSAHİBƏ

Seriyası qırılan Sinenka: “Nəticəni meydandakı mübarizə müəyyən edəcək” MÜSAHİBƏ

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

“Oyundan-oyuna performansımızı artırmağa səy göstəririk, futbolçular bir-birinə daha yaxşı uyğunlaşır və meydanda effektiv əməkdaşlıq qururuq”.

Bu sözləri “İmişli”nin belaruslu qapıçısı Andrey Sinenka futbolinfo.az saytına müsahibəsi zamanı deyib.

– Söhbətə 6-cı turda “Zirə” ilə etdiyiniz heç-heçədən (1:1) başlayaq. 24-cü dəqiqədə hesabda önə keçsəniz də, üstünlüyünüzü sona qədər qoruyub saxlaya bilmədiniz. Sizcə, “İmişli” güclü rəqibi ilə dueldə 1 xal qazandı, yoxsa 2 xal itirdi?

– Düşünürəm ki, qarşılaşma hər iki komanda üçün gərgin və mübarizələrlə dolu keçdi. “Zirə” güclü kollektiv olmaqla yanaşı, keyfiyyətli oyunçulara və dəqiq taktiki sistemə malikdir. Belə rəqiblərlə oynamaq həmişə asan olmur, lakin mən bu cür qarşılaşmalardan zövq alıram. Oyunun gedişatını nəzərə alsaq, nəticə qənaətbəxşdir, ancaq ideal sayılmaz. Təbii ki, qarşılaşmanın sonlarında qol buraxmaq xoşagəlməzdir, amma biz irəliyə baxırıq və nəticələrimizi yaxşılaşdırmaq üçün əzmlə çalışacağıq.

– “Zirə” ilə matça qədər Azərbaycan Premyer Liqasında qol buraxmamışdınız. 10-15 dəqiqə də dözə bilsəydiniz, “quru seriya” davam edəcəkdi. Bu barədə nə deyə bilərsiniz?

– Bəli, bu, əlbəttə ki, üzücüdür. Göründüyü kimi, digər bir belaruslu futbolçu (“Zirə”nin hücumçusu Yeqor Boqomolskini nəzərdə tutur – red.) müdafiə xəttimizdə çaşqınlıq yaratdı və bunun nəticəsində qol buraxdıq. Lakin çalışacağam ki, qarşıdakı oyunlarda yenidən uğurlu seriyalar yaradım.

– “İmişli”nin ilk 6 turdakı çıxışını ümumilikdə necə analiz edərdiniz? Komandanızın performansı sizi tam qane edirmi?

– Başlanğıcımız qənaətbəxşdir. Həm müsbət, həm də inkişaf etdirilməli məqamlar mövcuddur. Lakin biz məşqlərdə intensiv çalışır, komanda oyununu və qarşılıqlı əlaqələri davamlı şəkildə təkmilləşdiririk. Oyundan-oyuna performansımızı artırmağa səy göstəririk, futbolçular bir-birinə daha yaxşı uyğunlaşır və meydanda effektiv əməkdaşlıq qururuq. Komanda vəziyyətinə dair dəyərləndirməni isə may ayında aparacağıq.

– Növbəti turda “Araz-Naxçıvan”ın qonağı olacaqsınız. Bu görüşdə şansları necə dəyərləndirirsiniz?

– “Araz Naxçıvan” böyük bir klubdur, yüksək məqsədləri və keyfiyyətli oyunçuları ilə seçilir. Biz isə qarşıdakı görüşə ciddi hazırlaşacaq, hərtərəfli analiz aparacaq və maksimum nəticə göstərməyə çalışacağıq. Qarşılaşmanın nəticəsini isə meydanda verilən mübarizə müəyyən edəcək.

– Baş məşqçi Jorj Kaştilya haqqında da fikrinizi bilmək istərdim. Onu bir məşqçi kimi necə xarakterizə edərdiniz? Kaştilyanın hansı xüsusiyyətlərini daha çox bəyənirsiniz?

– Başlanğıcdakı uğurlar tamamilə onun əməyinin nəticəsidir: gündəlik analizlər, təhlillər, məşqlər və hər bir oyunçu ilə fərdi iş. O, futbolçulara meydanda hər birinin öz vəzifəsini dəqiq və qəti şəkildə izah edir. Futbola və komandaya tam sadiqlik nümayiş etdirir. Komandanı bir məqsəd ətrafında birləşdirib. Biz isə onun əməyinə oyunlarımız və nəticələrimizlə layiqincə cavab verməyə çalışacağıq.

– Azərbaycan çempionatının səviyyəsi haqqında hansı fikirdəsiniz? Çempionatımızda sizə xoş gələn və bəyənmədiyiniz məqamlar hansılardır?

– Çempionatın səviyyəsi kifayət qədər yüksəkdir, lakin inkişaf və təkmilləşmə üçün daim imkanlar mövcuddur. Azərbaycan futbolunun aparıcı klubları ilə ciddi rəqabət yaradan bir çox keyfiyyətli komandalar və fərdi olaraq güclü oyunçular fəaliyyət göstərir. Legionerlərin çoxluğu isə həm rəqabəti, həm də çempionatın ümumi səviyyəsini yüksəldir.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 03 Oktyabr 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see221

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see213

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see211

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see204

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see184

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see177

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see177

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see168

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see166

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see152

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see141

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see132

“Prob qoyublar da, tutsa, seksiyaları artıracaqlar” Foto

04 Yanvar 2026 11:57see130

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri