Icma.az
close
up
RU
Səriyyə Müslümqızı: Qarabağa, Xocalıya, Xankəndiyə isti nəfəs gəlib

Səriyyə Müslümqızı: Qarabağa, Xocalıya, Xankəndiyə isti nəfəs gəlib

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

 “Bu gün mən öz evimdə, öz torpağımda yaşayıram. Bu, mənim üçün ən böyük mükafatdır”


“Mənim üçün ən fərəhli, ürəyimi titrədən hadisə öz evimizin, anamın əziyyətlə tikdiyi həmin o evin təkrar mənə qaytarılması, öz evimizin təmir edilərək yenidən bizə ərməğan edilməsi oldu. Buna görə cənab Prezidentə bir daha dərin təşəkkürümü bildirirəm”

Yola saldığımız il işğaldan azad olunan ərazilərimizdə nəhəng tikinti-quruculuq işlərinin davamı ili kimi yadda qalacaq. Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun, igid əsgər və zabitlərimizin işğalçı Ermənistan və Qarabağdakı separatçı ünsürlər üzərində əldə etdiyi qəti qələbədən başladılan quruculuq, yenidənqurma işləri 2024-cü ildə də sürətlə davam etdirildi. Qəbul edilmiş “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı icra olunur. 2024-cü ilin yekunları haqqında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi görülən işlər barədə ətraflı məlumat yayıb. Məlumatda qeyd olunur ki, 2023-cü ilin sentyabrında Azərbaycan ordusunun həyata keçirdiyi 1 günlük lokal xarakterli antiterror əməliyyatı nəticəsində nəzarətə götürülmüş ərazilərdə, o cümlədən Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında ötən dövr ərzində ölkə başçısının müəyyən etdiyi tapşırıqların icrası çərçivəsində iqtisadiyyatın bərpası, məskunlaşma, məşğulluğun təmin edilməsi, zəruri infrastrukturun yaradılması və bərpa-quruculuq sahəsində əhəmiyyətli işlər görülüb. İlk növbədə ərazidə inzibati idarəetmənin təşkili, əhalinin müxtəlif sahələr üzrə ehtiyaclarının ödənilməsi və xidmətlərdən faydalanması məqsədilə bir çox dövlət orqanları və təşkilatlarının regional fəaliyyəti təmin edilib. Xankəndidə, Ağdərə və Xocalı rayonlarında iqtisadi fəaliyyətin dəstəklənməsi, o cümlədən özəl sahibkarlıq subyektləri tərəfindən investisiyaların cəlb edilməsi sahəsində mühüm nailiyyətlər əldə edilib. Belə ki, hazırda ərazidə istehsal, xidmət, ictimai iaşə və kənd təsərrüfatı kimi sahələr üzrə yüzlərlə sahibkarlıq obyekti fəaliyyət göstərir. Qeyd olunan obyektlər üzrə on milyonlarla manat investisiya reallaşdırılıb və yüzlərlə insan işlə təmin edilib. Ərazidə xarici investisiyanın cəlb edilməsi ilə yaradılan və məşğulluğun təmin edilməsində böyük rol oynayan müəssisə kimi Xankəndi Tikiş Fabrikini qeyd etmək olar. Cari ilin noyabr ayında Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə videobağlantı vasitəsilə açılışı olmuş və Özbəkistan investisiyası əsasında fəaliyyətə başlamış müəssisədə ilkin mərhələdə 400, gələcəkdə isə 800 nəfərin işlə təmin edilməsi planlaşdırılır. Hazırda müəssisədə 300 nəfər işləyir. Müəssisə həm yerli, həm də Özbəkistan xammalı əsasında fəaliyyət göstərir. Regionda qeyri-neft ixracının artımına əhəmiyyətli töhfə verəcək fabrikdə istehsal olunacaq məhsulların 80 faizi müxtəlif ölkələrə ixrac ediləcək.

Bütün işğaldan azad edilmiş ərazilərdə olduğu kimi Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında da aparılan bərpa-quruculuq işləri cənab Prezidentinin birbaşa nəzarəti altında həyata keçirilir və bu işlərlə yerində tanışlıq məqsədilə ölkə başçısı tərəfindən ərazilərə tez-tez səfərlər təşkil edilir. Prezident İlham Əliyevin iştirakı ilə cari ilin 28 may tarixində Xocalı şəhərinə ilk 46 ailənin köçürülməsi ilə əraziyə keçmiş məcburi köçkünlərin geri qayıdışı prosesi start götürüb. Dekabrın 13-də Xocalının Ballıca kəndinə 27 və dekabrın 27-də isə daha 21 ailə köçürülüb. Yaxın müddətdə Xankəndidən olan keçmiş məcburi köçkünlərin məskunlaşması prosesi də start götürəcəkdir. Hazırda isə Xankəndidə 8 minə yaxın insan məskunlaşıb və bu say günü-gündən artmaqdadır. Bundan başqa, ötən dövr ərzində ölkə rəhbərinin iştirakı ilə mühüm əhəmiyyətli obyektlərin təməlqoyma mərasimi və açılışı baş tutub. 5 iyul 2024-cü il tarixli səfəri zamanı Prezident İlham Əliyev tərəfindən Xocalı Hava Limanının ərazisinə baxış keçirilib və hava limanının fəaliyyətinin bərpası ilə bağlı tapşırıqlar verilib. Ərazinin loqistik imkanlarının artırılması baxımından hava limanının fəaliyyətinin bərpası mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, səfər çərçivəsində Prezident İlham Əliyev Qarabağ Universitetində görülən işlərlə tanış olub, Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Qarabağ” və “Palace” hotellərinin açılışında iştirak edib, yaradılan şəraitlə tanış olub. Qeyd edilən səfər zamanı Prezident İlham Əliyev həmçinin Xankəndi Konqres Mərkəzinin təməlini qoyub. Qarabağın özünəməxsus memarlıq üslubunda inşa ediləcək Konqres Mərkəzi və onunla bir kompleksdə yer alacaq “Xankəndi” hotelinin layihəsi barədə ölkə başçısına məlumat verilib. 20 sentyabr 2024-cü il tarixində Prezident İlham Əliyev tərəfindən Xankəndiyə növbəti səfər baş tutub. Səfər çərçivəsində Qarabağ Universitetinin, yeni istifadəyə verilmiş orta məktəb və uşaq bağçasının açılışı olub. Qarabağ Universitetində müasir tədris korpusları, eləcə də Universitetin tələbə və müəllimləri üçün müasir standartlara uyğun yataqxana və mənzillər təqdim edilib. Eyni zamanda Prezident İlham Əliyev Xankəndi şəhərinin “Zəfər meydanı”nda Konqres Mərkəzinin tikintisi və Bulud hotelin təmir-bərpa işləri ilə də tanış olub. Mərkəzdə ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ən müasir tələblərə uyğun şərait yaradılacaq. Səfər çərçivəsində Prezident İlham Əliyev tərəfindən yerli əhəmiyyətli mədəniyyət abidəsi olan Maksim Qorki adına Xankəndi Dövlət Dram Teatrı binasına baxış keçirilib və binanın bərpası ilə bağlı mühüm tapşırıqlar verilib. Xankəndi şəhərində bərpa-quruculuq işlərinin davam etdirilməsi, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, abadlaşdırma və əhalinin geri dönüşü istiqamətində yaşayış məntəqələrində aparılan işlərin maliyyələşdirilməsi məqsədilə 2024-cü ildə ölkə başçısı tərəfindən bir sıra mühüm Sərəncamlar imzalanıb. Xankəndi şəhərində əhalinin istirahəti və şəhərin görkəminin yaxşılaşdırılması məqsədilə “Zəfər parkı”nın, “Zəfər muzeyi” və “Mədəniyyət mərkəzi”nin yaradılması istiqamətində işlərə başlanılıb. Hazırda dünyada nüfuzlu şirkətlərdən biri olan “Chapman Taylor” tərəfindən Xankəndi şəhərinin Baş planının hazırlanması istiqamətində işlər davam etdirilir. 2024-cü ildə olduğu kimi 2025-ci ildə də müvafiq ərazidə bir sıra mühüm infrastruktur obyektlərinin istismara verilməsi, yeni xidmət obyektlərinin fəaliyyətə başlaması və yaşayış məntəqələrində bərpa-quruculuq işlərinin aparılması ilə keçmiş məcburi köçkünlərin geri qayıdışı planlaşdırılır.


Xocalıya ilk köçənlərdən biri, Xocalı harayının dünyaya çatdırılmasında əvəzsiz xidmətləri olan, vaxtilə “Xocalının səsi” qəzetində müxbir vəzifəsində çalışmış jurnalist və publisist Səriyyə Müslümqızı “Sherg.az”a açıqlamasında 32 ildən sonra Yeni ili doğma ocaqda qarşılamağın ifadə edilməsi çox çətin sevinc, qürur hissi olduğunu dedi: 

- Bilirsiz ki, bu il may ayının 28-də Xocalının ilk sakinləri doğma şəhərə qayıtdılar. Cənab Prezident İlham Əliyev və ölkəmizin birinci xanımı Mehriban Əliyeva öz əlləriylə bizə mənzillərimizin açarlarını təqdim etdilər. Bu sevinci ifadə etməyə söz tapmaq çox çətindir. 32 ildən sonra nəhayət biz xocalılılar öz şəhərimizə, doğma evlərimizə qayıtdıq. O zaman da mən bildirmişdim ki, mənim üçün ən fərəhli, ürəyimi titrədən hadisə öz evimizin, anamın əziyyətlə tikdiyi həmin o evin təkrar mənə qaytarılması, öz evimizin təmir edilərək yenidən bizə ərməğan edilməsi oldu. Buna görə cənab Prezidentə bir daha dərin təşəkkürümü bildirirəm.  Əvvəlcə, ilkin mərhələdə 20, daha sonra 44 ailə Xocalıya köçürüldü.  Bu günlərdə Ballıcaya da ailələr köçürüldü. Qarabağa, Xocalıya, Xankəndiyə doğma insanlar qayıdıb, isti nəfəs, doğma nəfəs gəlib. Quruculuq işləri davam edir. Tikintisi yarımçıq qalmış evlər təmir olunur. Kommunal xidmətlər qaydasındadır. Mavi yanacaq, su, elektrik enerjisi daimidir. Bəzən fasilələr yaranır, amma bu, tikinti işləri ilə bağlı olur. Qısa müddət sonra bərpa edilir. Burada, Xocalıda yeni yaşayış məskənləri salınır. Tikinti işləri tam başa çatdıqdan sonra heç bir çatışmazlıq qalmayacaq. Dövlətimizin siyasəti, qarşıya qoyulan məqsəd budur ki, əhali təmin olunsun. Zaman-zaman bu işlərin hamısı yoluna düşəcək, hər şey həllini tapacaq. Qısa müddətdə burada nəhəng işlər görülüb, bunu etmək asan məsələ deyildi. Amma dövlətimiz bacardı.  

S.Müslümqızı qeyd etdi ki, hazırda Xocalıda, Xankəndidə yeni ilə hazırlıq gedir: 

- Şəhərdə yeni il ab-havası yaradılıb. Şam ağacları bəzədilir. Yeni il yarmarkaları təşkil olunur. Xocalıya köçmüş ailələrin uşaqlarına dünən yeni il sovqatı aparıldı. Mən də iştirak edirdim. Uşaqların sevincini görmək, Xocalı sakinlərini doğma yurdlarında Yeni il münasibətilə təbrik etməkdən böyük xoşbəxtlik ola bilməz. Bu, bizim hamımıza yüksək mənəvi zövq verir. Xocalılıların hamısı doğma yurda köçmək, qayıtmaq istəyir. Çünki bura Vətəndir. Vətəndə yaşamaqdan gözəl nə ola bilər?! Bu gün mən öz evimdə, öz torpağımda yaşayıram. Bu, mənim üçün ən böyük mükafatdır. 30 ildən sonra ilk dəfə Yeni ili doğma evimdə qarşılayacam. Buna görə şəhidlərə, qazilərə borcluyuq. Xocalını görməyən, Xocalıda anadan olmamış, amma köküylə bu torpağa bağlı körpələr böyüdü, torpaqlarımızı düşmən tapdağından azad etdilər. Bu, xalqımızın qürur mənbəyidir. Hazırda qış fəslidir. Amma elə bilirəm burada bahardır. Baharın istisini, hərarətini hiss edirəm. Bu hissi mənə yaşadan ocağımızın istisidi. Onu bizə qaytaranların qarşısında dərin ehtiramla baş əyirəm. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Dekabr 2024 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see126

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see125

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see124

“Yeganə məxluqam ki, özümdən başqa heç kimə...”

13 Aprel 2025 00:29see123

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see122

Suriyada silahlı qruplaşmalar silahlarını təhvil verir

12 Aprel 2025 21:19see122

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see119

Real Madrid 3 futbolçusunu göndərməyə qərar verdi ADLAR

13 Aprel 2025 00:00see117

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see116

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see115

Bu il əhali geyimə 2,2 milyard manat xərcləyib

12 Aprel 2025 20:46see114

Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

13 Aprel 2025 09:02see114

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see110

Şirvanda 36 yaşlı qadın özünü bıçaqlayıb

13 Aprel 2025 02:16see110

AMEA nın yubileyinə həsr olunmuş konfrans

13 Aprel 2025 04:16see110

İran AES lərin istifadəyə verilməsi prosesini sürətləndirəcək Vitse prezident

12 Aprel 2025 20:52see110

İtkin düşən azyaşlı tapıldı FOTO

12 Aprel 2025 23:13see110

Bu bürclər yaxın zamanda varlanacaq ÇOX AZ QALDI

13 Aprel 2025 09:18see110

Dublyor olmadan əfsanəyə çevrildi: Ölümə meydan oxuyan Cüneyt Arkın

13 Aprel 2025 02:32see110

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri