Icma.az
close
up
RU
“Sərlövhə tam mətni əhatə etməlidir”

“Sərlövhə tam mətni əhatə etməlidir”

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Əslində sərlövhə maraqlı, cəlbedici seçilməlidir. Lakin biri var diqqətçəkən sərlövhə, biri də var diqqət çəkmək üçün yaradılan sərlövhə. Bunlar arasında böyük fərq var. Məlum olduğu kimi, hazırda ölkəmizdə mətbuat iki formada fəaliyyət göstərir: ənənəvi və sosial”. Bu sözləri SİA-ya açıqlamasında əməkdar jurnalist Mətanət Məmmədova deyib.

O bildirib ki, diqqət çəkmək üçün seçilən sərlövhələrə daha çox sosial mediada rast gəlmək olur: “Bu gün yaradıcılıq, qabiliyyət, istedad anlayışı bir kənarda qalıb. Haradan gəldi mətbuat aləminə yığışanlar “like” qazanmaq üçün bu meydandan istifadə edir, etdikcə də onun ənənəviliyinə, keçdiyi tarixi yola ləkələr sala-sala gedirlər.

Sərlövhə tam mətni əhatə etməlidir. Lakin hazırda çoxsaylı yazılarla rastlaşırsan ki, səhlövhə ilə mətnin bir-biri ilə heç bir əlaqəsi olmur. Bütün bunlar isə ölkə mediasında peşəkar jurnalistlərin çox az sayda olmasının, ümumlikdə medianı mediadan xəbərsiz insanların zəbt etməsidir.

Səhlövhə necə seçilməlidir məsələsinə gəlincə, səhlövhə yazı ilə həmahəng olaraq, yazıda nədən bəhs edildiyini iki-üç sözlə ifadə edəcək mənalı bir şəkildə seçilməlidir. Daha doğrusu səhlövhəyə diqqət edərkən artıq yazıda nədən bəhs olunması oxucuda ilkin təəssürat yaratmalıdır.

Lakin jurnalistikanın qızıl qanunlarından olan sərlövhə məsələsi bu gün o qədər ucuzlaşdırılıb ki, qiymətcə, dəyərcə qızılın yanında adi dəmir kimi qalıb. “Like” qazanmaq oxucuları aldatmaq deməkdir. Oxucular isə zaman-zaman bu cür qabiliyyətsiz fəaliyyətə alışır və yenidən həmin sərlövhələrə aldanmırlar. Beləliklə də media itirir. “Qazancı” isə mətbuatın adı ləkələmək, insanları aldatmaq və bununla da nüfuzdan düşmək olur.

Düşünürəm ki, belə mətbuat orqanları üzərində nəzarət gərəkdir. Biz böyük ənənələri olan mətbuatımızı belələrinin qurbanı edə bilmərik. Söz, mətbuat azadlığı o demək deyil ki, kim nə istəyir yazsın, sərlövhə qoysun və insanların zövqünü korlasın”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Noyabr 2024 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see265

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see177

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see176

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see171

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see171

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see170

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see169

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see168

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see167

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see167

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see166

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see166

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see165

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see165

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see164

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see163

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see162

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see160

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see158

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri