Icma.az
close
up
RU
Sərnişin təyyarəsi ilə meteor toqquşdu

Sərnişin təyyarəsi ilə meteor toqquşdu

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ səmasında inanılmaz bir hadisə baş verib.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ-də “United Airlines”-a məxsus “Boeing 737 MAX” tipli sərnişin təyyarəsi Denver-Los Angeles reysi zamanı 36 min fut yüksəklikdə meteorla toqquşub.

Toqquşmanın təsiri ilə təyyarənin ön hissəsində kokpit şüşəsi çatlayıb, pilotlardan biri yaralanıb.Hadisə ötən cümə axşamı Utah səmasında baş verib. “United Airlines” təyyarəsi uçuş zamanı qəfil güclü bir toqquşma səsi eşidib. 

Kokpit şüşəsinin sağ üst hissəsinə dəyən naməlum cisim şüşənin bir hissəsini parçalayaraq pilotun qolunda dərin kəsiklər yaradıb və bəzi idarəetmə panellərinə zərər verib. Toqquşmadan sonra şüşənin tamamilə qırılmaması böyük bir faciənin qarşısını alıb. Pilot sərnişinlərə “Təyyarəyə naməlum cisim çırpıldı” elanını verdikdən sonra Salt Lake City Hava Limanına təcili eniş edib. Enişdən sonra hadisə yerinə ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) əməkdaşları göndərilib.

İlk araşdırmalarda cismin şüşənin sağ üst küncünə güclü şəkildə çırpıldığı və metal çərçivədə ciddi zədələnmələr yaratdığı müəyyən edilib.Rəsmilər çırpılan cismin kosmik tullantı ola biləcəyini nəzərdən keçirsələr də, mütəxəssislər meteor ehtimalının daha yüksək olduğunu vurğulayırlar. 

Alimlərin fikrincə, Yer atmosferinə hər il təxminən 17 min meteor daxil olur. Bununla yanaşı, insan mənşəli kosmik tullantıların bu cür hadisələrə səbəb olma ehtimalı xeyli aşağıdır. NTSB rəsmiləri şüşə və metal səthlərdəki izlərin detallı şəkildə analiz ediləcəyini və bu yolla cismin dəqiq mənşəyinin müəyyən ediləcəyini açıqlayıblar.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Oktyabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see364

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see346

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see326

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see315

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see307

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see289

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see273

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see272

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see260

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see257

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see251

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see246

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see246

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see246

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see236

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see233

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see231

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see205

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see200

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri