Sərnişinlərin yarım saat gözlədiyi marşrut avtobusu ilə bağlı AYNA dan QƏRAR
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
71 nömrəli avtobus marşrutu ilə bağlı sərnişinlərin şikayətləri artıb.
Oxu.Az-a müraciət edən sərnişinlər bildirirlər ki, avtobusu yarım saatdan çox gözləməli olurlar. Sürücülər isə gecikməni xəttə 14 avtobus ayrılmalı olduğu halda 7 avtobusun fəaliyyət göstərməsi ilə əsaslandırırlar.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, 71 nömrəli marşrut xətti də hazırda müsabiqəyə təqdim edilib.
"AYNA tərəfindən daşıyıcılara avtobus parkının yenilənməsi, nizamlı sərnişindaşıma fəaliyyətinin təqdim edilməsi barədə mütəmadi olaraq tapşırıqlar verilir.
Fəaliyyətlərində nöqsanlar aşkarlanan daşıyıcılara müvafiq tədbirlərin görülməsi barədə göstərişlər verilir. Tədbirlər görülmədiyi təqdirdə, marşrut xətləri müsabiqəyə çıxarılır. 71 nömrəli marşrut xətti də hazırda müsabiqəyə təqdim edilib", - deyə məlumatda qeyd olunub.
Məhərrəm Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 02 Oktyabr 2025 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















